Məhkəmə qərarları › İş №3(060)-390/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-390/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-390/2025 10.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X12, Qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X7 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X14 Xidmətinin Abşeron X17 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından X12 verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X21 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X21 şikayət verərək qərarın ləğv edilməsi və barəsində olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. X21 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron X17 07 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, o, "xxxx" İstehsalat Müəssisəsinin direktoru kimi vətəndaş X4 "xxxx" İstehsalat Müəssisəsində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətinə aiddiyyəti üzrə Nazirlik yanında X14 Xidmətinin Abşeron-Xızı Regional şöbəsində baxılaraq aşkar olunmuş qanun pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbələrinə uyğun 07 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən inzibati məsuliyyətə cəlb olunaraq 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron Xızı Regional şöbəsi tərəfindən qəbul edilmiş 07 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, Sumqayıt şəhərinin Yayım (Poçt) şöbəsinin xx.xx.2025-ci il tarixdə, axşam saatlarında ona təqdim etdiyi 28 yanvar 2025-ci il tarixli, 3-17-5/2-7838/2025 nömrəli bildirişindən görünür ki, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron X17 28 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2025-ci il tarixə saat 11:00-a təyin olunmuşdur. Növbəti gün xx.xx.2025-ci il tarixdə səhər saatlarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron Xızı Regional şöbəsində olmuş və protokolun tərtib edilməsi səbəblərini öyrənmiş və ona təqdim edilən sənədlərdən məlum olmuşdur ki, vətəndaş - X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə olan 15YD02T240002 nömrəli, xx.xx.2024-cü il tarixli şikayəti əsasında, onun "xxxx" İstehsalat Müəssisəsində xx.xx.2024-xx.xx.2024-cü ilədək əmək müqaviləsi olmadan sürücü kimi fəaliyyət göstərməsi, işlədiyi ayların əmək haqqısı və son haqq hesabın ödənilməməsi qeyd edilmiş və həmin vaxtlarda fəaliyyətini təsdiq edən “Yol vərəqələrini” təsdiqedici sənəd kimi təqdim edərək, ona köməklik göstərilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı, X14 Xidmətinin Abşeron-Xızı Regional şöbəsindən əldə edilən və X4 şikayəti üzrə təsdiqedici sənəd kimi təqdim etdiyi “Yol vərəqələrinin” həqiqiliyinin araşdırılması ilə müəyyən edilmişdir ki, bu “Yol vərəqələri” saxta sənəd olmaqla yanaşı şikayətçi tərəfindən də bu sənədlərin hansı yolla əldə edildiyinin müəyyən edilməsi də mümkün olmamışdır. Belə ki, “Yol vərəqələrinin” tərtib edilməsində yazı xətlərinin başqa-başqa şəxslər tərəfindən icra edilməsi ilə yanaşı, alt hissəsindəki dispetçer qrafası qarşısında olan imzaların da başqa-başqa şəxslər tərəfindən icra edilməsinə heç bir şübhə də qalmamışdır. Hətta, “Yol vərəqələrinin” alt hissəsindəki - “sürücü” qrafası qarşısındakı imzaların belə bir-biri ilə oxşarlığı olmadığından, bu imzalar şikayətçi X4 şəxsiyyət vəsiqəsindəki imzası ilə müqayisəsi aparılmış və müəyyən edilmişdir ki, şəxsiyyət vəsiqəsindəki imza ilə “Yol vərəqələr”indəki və bir-biri ilə oxşarlığı olmayan həmin imzalar bir-birindən tamamilə fərqli xətlə icra edilmişdir. Bundan başqa, istifadə edilməsi müddətinin xx.xx.2024-xx.xx.2024 tarixləri göstərilmiş “Yol vərəqəsinin” alt hissəsində “sürücü” qrafasının qarşısında isə ümumiyyətlə “sürücü”- şikayətçi X4 imzası belə olmamışdır. Bu cür saxtakarlığın aşkar edilməsi ilə, müəssisədəki işçilərin ştat cədvəli əsasında dispetçer vəzifəsində işləyən bütün şəxslər dərhal tərəflərindən baş ofisə dəvət edilərək, həmin “Yol vərəqələri” onlara nümayiş etdirilmiş, həmin sənədin kimlər tərəfindən icra edildiyi və həmin yol vərəqələrinin alt hissəsindəki imzaların onlara məxsus olubolmaması ilə bağlı onların izahatları da alınmışdır. Operativ şəkildə aparılan bu araşdırmanın nəticəsindən müəyyən olunmuşdur ki, şikayətçi X8 tərəfindən şikayəti üzrə təsdiqedici sənəd kimi təqdim etdiyi “Yol vərəqələrindəki” imzalar, müəssisənin işçilərinindispetçerlərin imzaları olmamış, bu yol vərəqələrinin tərtib edilməsindəki yazı xətləri də onlara məxsus deyildir. Bununla əlaqədar olaraq araşdırmanın nəticəsi kimi, xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Elektron ünvan elektron poçt ünvanı vasitəsi ilə, həmçinin, həmin tarixdə teleqramla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin rəisi cənab Vəli Quliyevə ətraflı məlumat verməklə yanaşı, həmin gün saat 10:00-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Abşeron-X17 rəisi - cənab Aqşin Əhədova apardıqları araşdırmanın nəticəsi kimi şikayətçinin onlara təqdim etdiyi “Yol vərəqələrinin” saxta olması barədə müraciətlər də təqdim edilmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidməti Abşeron-Xızı Regional şöbəsi tərəfindən onların şikayətlərinə heç bir əhəmiyyət verilməmiş və o, 07 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən "xxxx" İstehsalat Müəssisəsinin direktoru kimi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbələrinə uyğun inzibati məsuliyyətə cəlb olunaraq 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Göstərilənlərə əsasən X14 Xidmətinin Abşeron-X17 07 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X21 şikayətini müdafiə edərək bildirmişdir ki, sürücü tərəfindən təqdim edilmiş yol vərəqələri saxtadır. Belə ki, yol vərəqlərindəki imzalar və yazılar onun işçilərinə aid deyil. Bundan başqa, qeyd etmişdir ki, Muradov Sərxan onun dispetçer işləyən Elşad adlı işçisinə həmin şirkətdə işləmək istədiyini söyləmiş, lakin, Elşad isə maşınların şirkətə məxsus olduğunu, onun işə götürmək səlahiyyətinin olmadığını bildirmiş, Sərxan da acığa düşüb Müfəttişliyə müraciət etmişdir. Həmçinin, Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, “yol vərəqələri”ndə olan möhür şirkətin möhürüdür, möhür şirkətin rəhbəri kimi onda olur, möhürün həmin yol vərəqələrinə necə vurulması barədə məlumatı yoxdur. Elşad adlı işçinin əvvəlcə dispetçer olduğunu bildirsə də, daha sonrakı məhkəmə iclasında çilingər olduğunu söyləmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X13 bildirmişdir ki, X1 şikayət edərək onunla əmək müqaviləsi bağlanmadan sürücü kimi işlədiyini, ona əmək haqqının ödənilmədiyini bildirmişdir. O, həmçinin DOST mərkəzində verdiyi izahatında da MMC tərəfindən işlədildiyini, ona lakin əmək haqqının ödənilmədiyini qeyd etmişdir. Nümayəndə şikayətin əsassız olduğunu, qərarın qanuni olduğunu, məhkəmə iclasında iştirak edən Elşad adlı işçinin də dolayısı ilə qeyd edilən halı təsdiq etdiyini bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 izahatında bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 596 nömrəli avtobusda sürücü kimi işləmişdir. Həmin avtobus Xırdalan-Sədərək-Binə marşrut xətti üzrə hərəkət etmişdir. Onu işə Elşad adlı şəxs götürmüş, işə qəbul olunarkən sənədlərini də ona təqdim etmişdir. İşlədiyi müddət ərzində gündəlik 160 manat plan ödəmiş, özünə 10-15 manat pul qaldığını bildirmiş, lakin ona əmək haqqı və işdən çıxarkən son haqq-hesabın ödənilmədiyini söyləmişdir. Sonuncu dəfə tarixini xatırlamadığı qar yağan gün işə çıxmış, avtobusu işlətmək istəyərkən isitmə sisteminin işləmədiyini görmüş, qaraja qayıdaraq avtobusun nasaz olduğunu bildirmiş, Elşad da ustanın olmadığını, avtobusu qaraja qoymasını söyləmişdir. Onunla eyni vaxtda digər bir sürücü də avtobusu qaraja qoymuşdur. Lakin, səhəri gün digər sürücünü işə çağırmışlar, onu isə çağırmamış və ona işlədiyi ayların əmək haqqını da ödəməmişlər. Bundan sonra o, DOST mərkəzinə müraciət etmiş, müraciətdən sonra onun qeyri-qanuni işlədilməsi barədə məlumatı olmuşdur. Belə ki, o sənədlərini təqdim etməsinə baxmayaraq, rəsmi qaydada qeydiyyatdan keçirilməyərək müqaviləsiz işlədilmişdir. Bu günədək də ona əmək haqqı və son haqq hesabın ödənilmədiyini və həmin şirkətdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X15 izahatında "xxxx" İstehsalat Müəssisəsində çilingər işlədiyini, həmin müəssisədə 596 nömrəli avtobusun Xırdalan- Sədərək marşrut xətti üzrə fəaliyyət göstərdiyini və Sərxan Muradovu tanıdığını bildirmişdir. Belə ki, Sərxan sürücü işləmək üçün iki-üç dəfə şirkətə müraciət etmiş, o isə şirkətin müdirinin Elşən Quliyev olduğunu, onun işə götürmək səlahiyyətinin olmadığını bildirmişdir. Bu barədə müdiriyyətə məlumat verilmiş, yer olmadığı üçün Sərxan işə götürülməmişdir. Sərxanın təqdim etdiyi yol vərəqələrindən məlumatının olmadığını, yol vərəqələrinin müdiriyyət tərəfindən ayda bir dəfə təqdim edildiyini, Sərxan tərəfindən işə düzəlmə ilə bağlı sənədlərin ona təqdim edilmədiyini qeyd etmişdir. Daha sonra isə suala cavab olaraq Sərxan Muradovun avtobusun isitmə sistemi işləmədiyi üçün iş vaxtı kafedə yeyib, içki içdiyi üçün işdən kənarlaşdırıldığını bildirmişdir. Məhkəmə iclasında şahid X5 izahatında "xxxx" İstehsalat Müəssisəsində üç ildir ki dispetçer işlədiyini, Sərxan Muradovu orada görmədiyini, onu tanımadığını bildirmiş, həmçinin, qeyd etmişdir ki, yol vərəqələrinə möhür Elşən Quliyev tərəfindən vurulur, o, isə həmin vərəqələri sürücülərə paylayır. Bundan başqa, izahatında Elşən Muradovun içkili vəziyyətdə avtobus idarə etdiyi üçün işdən kənarlaşdırıldığını eşitdiyi bildirmişdir. Məhkəmə iclasında şahid X16 izahatında "xxxx" İstehsalat Müəssisəsində yeddi ildir ki dispetçer işlədiyini, Sərxan Muradovu tanımadığını bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, yol vərəqələrinə möhür Elşən Quliyev tərəfindən vurulur və həmin vərəqələr onlara aylıq verilir, o, isə həmin vərəqələri sürücülərə paylayır. Sərxan Muradovun iş vaxtı içki içdiyi üçün işdən kənarlaşdırılmasından məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid X9 izahatında "xxxx" İstehsalat Müəssisəsində dispetçer işlədiyini, Sərxan Muradovu tanımadığını, həmçinin, yol vərəqələrinə möhürün Elşən Quliyev tərəfindən vurulduğunu və qarajda sürücülərə paylandığını, onun tərəfindən Elşən Muradova yol vərəqəsi verilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron-Xızı Regional şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, X21 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. "xxxx" İstehsalat Müəssisəsinin möhürü olan xx.xx.2024-cü il tarixdə verilən yol vərəqəsində sürücü X4 İsuzi markalı, **-CO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Sədərək-Binə Ticarət Mərkəzi istiqamətində idarə etmək tapşırığı verilməsi qeyd edilmişdir. "xxxx" İstehsalat Müəssisəsinin möhürü olan xx.xx.2024-cü il tarixdə verilən yol vərəqəsində sürücü X4 İsuzi NP37 markalı, **-CK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Sədərək-Binə Ticarət Mərkəzi istiqamətində idarə etmək tapşırığı verilməsi qeyd edilmişdir. "xxxx" İstehsalat Müəssisəsinin möhürü olan xx.xx.2024-cü il tarixdə verilən yol vərəqəsində sürücü X4 İsuzi NP37 markalı, **-CO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Sədərək-Binə Ticarət Mərkəzi istiqamətində idarə etmək tapşırığı verilməsi qeyd edilmişdir. X14 Xidmətinin Abşeron-Xızı Regional şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025ci il tarixli MN ******* nömrəli protokolda, "xxxx" İstehsalat Müəssisəsində işəgötürəndirektor X21 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinin pozularaq X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi qeyd edilmişdir. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib, şikayətin dəlillərini, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, X12 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, işəgötürən X21 tərəfindən X8 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bununla da X21 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron Xızı Regional şöbəsi tərəfindən X21 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə əsaslı olaraq xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, qeyd edilən hal sürücü X4, iş üzrə şahid qismində izahat vermiş X10 izahatları və işdə olan digər sübutlarla da öz təsdiqini tapmışdır. X3 sürücü Sərxan Muradovun "xxxx" İstehsalat Müəssisəsində işləmədiyini və yol vərəqələrində olan dispetçer imzalarının saxta olmasını bildirsə də, möhürün həmin müəssisəyə aid olduğunu qeyd etmiş, möhürün yol vərəqəsinə necə və kimin tərəfindən vurulmasına dair hər hansı bir əsaslı arqument söyləyə bilməmişdir. Bundan başqa, iş üzrə şahid Elşad Salahov ilk öncə Sərxan Muradovun qeyd edilən müəssisədə işləmədiyini desə də, daha sonra sürücünün iş vaxtı içki içdiyi üçün işdən kənarlaşdırıldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, X3 və şahid X10 ziddiyyətli izahatları şikayətçinin məsuliyyətdən yaxa qurması üçün özünü müdafiə xarakterli olduğundan şikayətin təmin edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, qeyd edilənlərə və qanunvericiliyin normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron X17 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən X12 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron Xızı Regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X14 Xidmətinin Abşeron Xızı Regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar