Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3927/2021 21.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İbrahimova Nuranə Əjdər qızının katibliyi, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin İcra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 21.12.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(060)-185/2021 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Sumqayıt şəhər Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(060)-185/2021 saylı icra sənədinə əsasən tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzilə görə ödənilmiş 14,835 manat iddiaçı X5 və cavabdeh Şəxs arasında hər birinin payı ½ hissədə, yəni 7417,50 manat müəyyən olunmaqla bölünməsi, birgə nikah dövründə əldə edilmiş dəyəri 1100 manat olan divan, dəyəri 200 manat olan stol, 4 ədəd stul və 2 ədəd tabletka, dəyəri 300 manat olan şkaf və dekor, dəyəri 150 manat olan taxt, dəyəri 12 manat olan qaz peçi, dəyəri 300 manat olan mətbəx mebeli, dəyəri 600 manat olan kombi aparatı və ya onların ümumi dəyəri olan 1770 manat iddiaçı X5 və cavabdeh Şəxs arasında hər birinin payı ½ hissədə müəyyən olunmaqla bölünməsi, ümumi dəyəri 600 manat olan televizor, soyuducu, paltaryuyan maşını və ya onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin 21.12.2021-ci il tarixli, 2(060)-185/2021 saylı icra sənədinə əsasən ödəməli olduğu borc məbləğini qəbul etdi. Əşyaların götürülməsinə razı olduğunu bildirdi, lakin pulu tam həcmdə ödəməyə imkanı olmadığını, hissə-hissə ödəyə biləcəyini, yaxud evi satıb pulu elə verə biləcəyini qeyd etdi. Bununla yanaşı mənzilinin ipoteka ilə yüklü olduğundan ucuz qiymətə istənildiyindən sata bilmədiyini qeyd etdi. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Lamiyə Hüseynquliyeva bildirdi ki, tələbkar əmlaklardan imtina edir, onların icra sənədində qeyd edilən həcmdə pulunu tələb edir. Ona görə də barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar əşyaları çıxarmağa yeri olmadığını, 2 ay əvvəl aliment borcu üçün vaxt istəmişdir. Evi satacağını qeyd etsə də, evin ucuz satılacağı üçün satmayacağını ona bildirmişdir. Odur ki, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclunun müdafiəçisi izahat verərək bildirdi ki, borclunun qətnamənin icrasından yayınması qərəzli deyil, maddi imkansızlıqdır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq proses iştirakçılarının izahatlarını, vəkilin çıxışını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdırıcı və yüngülləşdirici hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, Sumqayıt şəhər Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(060)-185/2021 saylı icra sənədinə əsasən tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzilə görə ödənilmiş 14,835 manat iddiaçı X5 və cavabdeh Şəxs arasında hər birinin payı ½ hissədə, yəni 7417,50 manat müəyyən olunmaqla bölünməsi, birgə nikah dövründə əldə edilmiş dəyəri 1100 manat olan divan, dəyəri 200 manat olan stol, 4 ədəd stul və 2 ədəd tabletka, dəyəri 300 manat olan şkaf və dekor, dəyəri 150 manat olan taxt, dəyəri 12 manat olan qaz peçi, dəyəri 300 manat olan mətbəx mebeli, dəyəri 600 manat olan kombi aparatı və ya onların ümumi dəyəri olan 1770 manat iddiaçı X5 və cavabdeh Şəxs arasında hər birinin payı ½ hissədə müəyyən olunmaqla bölünməli, ümumi dəyəri 600 manat olan televizor, soyuducu, paltaryuyan maşını və ya onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir, lakin borclu icra sənədlərini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona cərimə cəzası tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №3(060)-3927/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3927/2021
21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver