Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-393/2021 05.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, X5 nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, X5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli qərarından məhkəməyə şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizəsinə və təqdim edilmiş materiallara baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinə X5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli qərarından X5 verdiyi şikayət daxil olmuşdur. Eyni zamanda, X8 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli qərarından məhkəməyə şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizə vermişdir. Məhkəmə iclasında X5 nümayəndəsi və vəkili X3 ərizənin təmin edilməsini, buraxılmış prosessual müddətin bərpa edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli qərarından X5 verdiyi şikayətin icraata götürülərək baxılmasını xahiş etdi. Məhkəmə hesab edir ki, X5 mübahisələndirdiyi qərar inzibati xəta haqqında qərar olmadığı üçün həmin qərarla bağlı məsələlərə Sumqayıt Şəhər Məhkəməsində baxıla bilməz və materiallar geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.[2] Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, X8 barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli qərarı inzibati xəta haqqında qərar yox, inzibati orqanın qəbul etdiyi inzibati aktdır. Bu baxımdan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət xidmətinin xx xxxxxxx 2020-ci il tarixli qərarından X5 verdiyi şikayət icraata götürülüb ümumi məhkəmədə baxıla bilməz. X8 Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinin tələblərinə əməl etməklə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etməlidir. Ona görə də, hazırda X5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət xidmətinin xx xxxxxxx 2020-ci il tarixli qərarından məhkəməyə şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizəsinə də baxılmalı deyildir. Beləliklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət xidmətinin xx xxxxxxx 2020-ci il tarixli qərarından X5 verdiyi şikayət icraata qəbul edilməyərək geri qaytarılmalıdır. X1 izah edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 118, 132-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayət və bununla bağlı materiallar X6 geri qaytarılsın. X6 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №3(060)-393/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-393/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver