Məhkəmə qərarları › İş №3(060)-394/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-394/2021

16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-394/2021 16.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X6 nümayəndəsi Nəcəfquliyeva Könül Rövşən qızının, Barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X5 iştirakı ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X6 rəisi vəzifəsini icra edən X2 inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X5 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Materialdan görünür ki, X9 idarə etdiyi **-BD-*** dövlət nömrə nişanlı, “Zil” markalı avtomaşınla qanunsuz olaraq ətraf mühitin mühafizəsi tələblərinə zidd olaraq Sumqayıt şəhəri, Xəzər bağları istiqamətində Xəzər dənizinin sahilindəki əraziyə məişət və tikintiinşaat tullantılarını tökmüşdür. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X6 rəisi vəzifəsini icra edən X2 inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərardan narazı qalan X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X11 tərəfindən ona qarşı tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN № ******* nömrəli protokolun və xx.xx.2021-ci il tarixli, MN № ******* nömrəli qərarın ləğv edilərək hesablanmış cərimənin silinməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə cavabdeh təşkilatın nümayəndəsi inzibati xəta haqqında MN № ******* nömrəli protokol tərtib etmişdir. Protokolda göstərilən hallar həqiqətə uyğun deyil. Protokolda göstərilmişdir ki, onun idarə etdiyi **-BR-*** dövlət nömrə nişanlı, “Zil” markalı avtomaşınla qanunsuz olaraq ətraf mühitin mühafizəsi tələblərinə zidd olaraq Sumqayıt şəhəri, Xəzər bağları istiqamətində, Xəzər dənizinin sahilindəki əraziyə məişət və tikinti-inşaat tullantılarının tökülməsi müəyyən edilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, MN № ******* nömrəli qərara əsasən o, AR İXM-nin 271-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə edilmişdir. Qərar qəbul edilərkən heç bir araşdırma aparılmamış, yalnız bir nəfərin tərtib etdiyi protokola əsaslanmışdır. O, Xəzər bağları massivi ərazisində, protokolun tərtib edildiyi əraziyə yaxın bir yerdə yaşayır. Həmin ərazinin zibillənməsi onun mənafeyinə uyğun deyil. Həmin gün o, həmin əraziyə əvvəlcədən tökülmüş kiçik həcmli daş və çınqıl toplayaraq həyətindəki tikintidə istifadə etmək üçün avtomaşınına yükləmək istəmişdir. Protokol tərtib edən şəxslər bunu onun ətrafa zibil tökməsi kimi qəbul etmişlər. Onun yanında çınqıl və daş materiallarını maşınına yükləyən şəxslər də olmuşdur. Onlar isə bunu nəzərə almamışlar. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs –Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X6 nümayəndəsi Nəcəfquliyeva Könül Rövşən qızı inzibati tənbeh vermə haqqında qərarın qanuna uyğun olaraq qəbul edildiyini bildirdi və şikayətin təmin edilməməsini xahiş etdi . Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X9 şikayətində göstərilənləri təsdiq edərək bildirdi ki, daş və çınqıl həmin əraziyə onun tərəfindən tökülməmişdir. O, həmin ərazidən götürdüyü daş və çınqılı evinin həyətində aparılan tikinti işləri zamanı istifadə etmək məqsədi ilə evinin zirzəmisinə tökmüşdür. Bu faktı təsdiq edən, evinin həyətinin və zirzəmisinin fotoşəkilləri yerləşdirilmiş diski məhkəməyə təqdim etmək istəyir. Ona görə də şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini, iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid X4 göstərdi ki, bazarda fəhlə işləyir. Sumqayıt şəhəri, Xəzər bağları istiqamətində Xəzər dənizinin sahilindəki əraziyə X9 tərəfindən aparılmışdır. O, həmin ərazidə olan daş və çınqılın X5 maşınına yüklənməsinə kömək etmişdir. Daş və çınqılın həmin əraziyə kim tərəfindən tökülməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid X8 göstərdi ki, bazarda fəhlə kimi fəaliyyət göstərir. X9 onu Sumqayıt şəhəri, Xəzər bağları istiqamətində Xəzər dənizinin sahilindəki əraziyə həmin ərazidə olan daş və çınqılın X5 maşınına yüklənməsinə kömək etməsi üçün aparmışdır. Daş və çınqılı həmin əraziyə kimin tökdüyünü bilmir. Məhkəməyə təqdim olunmuş diskdəki videogörüntüdə X7 məxsus evin həyətinin və zirzəmisinin, həmin zirzəmiyə tökülmüş daş və çınqılın videogörüntüsü əks edilmişdir. İş materiallarında olan fotoşəkillərdə X7 məxsus evin həyətinin və zirzəmisinin görüntüsü əks edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X6 MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən X5 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, X5 əməlində inzibati xəta tərkibi yoxdur. Sumqayıt şəhəri, Xəzər bağları istiqamətində Xəzər dənizinin sahilindəki əraziyə məişət və tikintiinşaat tullantılarının X9 tərəfindən tökülməsi iş materialları ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X9 barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X6 MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 şikayəti təmin edilsin. X5 İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə 500 (beş yüz) manat cərimə olunmasına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X6 MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar