Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3944/2021 22.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhəri Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi , polis leytenantı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, natamam orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 3-cü PB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 21.12.2021-ci il tarixli, MN seriyalı ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş ******* №-li protokoldan görünür ki, 21.12.2021-ci il tarixdə Sumqayıt şəhəri, 15-ci məhəllə, “ASAN Xidmət”in qarşısında vətəndaş Zərərçəkmiş şəxs nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik etmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta hqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhəri Polis İdarəsinin 3cü Polis Bölməsinin sahə rəisi , polis leytenantı X3 21.12.2021-ci il tarixdə Sumqayıt şəhəri, 15-ci məhəllə, “ASAN Xidmət”in qarşısında vətəndaş Zərərçəkmiş şəxs nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik etmişdir. Buna görə də onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, əvvəl taksi xidməti ilə məşğul olmuşdur, hazırda isə yox. 21.12.2021-ci il tarixdə axşam saatlarında sonradan adını bildiyi Zərərçəkmiş şəxs ona zəng gələrək nömrəsini qonşudan aldığını bildirmiş və taksi lazım olduğunu söyləmişdir. O, isə Bakıda olduğu üçün 40 dəqiqəyə gələ biləcəyini demişdir. Gəldikdən sonra Röyaya zəng edərək burada olduğunu söyləsə də, Zərərçəkmiş şəxs ona 10 dəqiqə gec gəldiyini söyləyərək, aqressiv cavablar vermişdir. O isə Röyaya Bakıdan gəldiyini, yolun tıxac olduğunu söyləsə də, gələ bilmirsənsə gəlmə demişdir. Polis əməkdaşları onlara yaxınlaşmış, xidməti geyimdə olmasalarda xidməti vəsiqə təqdim edərək səs küy saldıqları üçün, onları polis bölməsinə dəvət etmişlər, o polis əməkdaşnın tələbi ilə razılaşaraq onlarla birlikdə öz avtomobili ilə polis bölməsinə getmişdir. Röyü Süleymanlıya qarşı heç bir nalayiq ifadə işlətməmiş polisin tələbinə dərhal tabe olmuşdur, ona görədə hesab edir ki, protokol əsassız tərtib olunub. Odur ki qeyd etdiklərinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 21.12.2021-ci il tarixdə axşam saatlarında rəfiqəsigildə olarkən taksi xidməti göstərən və əvvəl bir dəfə onu taksi kimi aparan Nahidə zəng edərək, gəlməsini xahiş etmişdir. Lakin 40 dəqiqə vaxt keçməsindən sonra Nahid gəlmişdir. Gec gəldiyinə görə sakit şəkildə Nahidə irad bildirdikdə, Nahid onu nalayiq ifadələrlə yük səslə təhqir etməyə başlamışdır. Bundan sonra iki nəfər onlara yaxınlaşaraq xidməti vəsiqə göstərib polis olduqlarını bildirmiş bə Nahidə sakit olmağını demişlər, lakin Nahid yenədə onu təhqir etməyi davam etmişdir. Polis əməkdaşları Nahidin sakitləşmədiyini görərək, bölməyə getməli olduğunu ona demişlər və Nahid polis əməkdağları ilə bölməyə getmişdir. O özüdə bölməyə getmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X2 izahat verərək göstərdi ki, polis əməkdaşıdır, 21.12.2021-ci il tarixdə axşam saatlarında “ASAN Xidmət” Mərkəzinin qarşısında xidmət apararkən sonradan adları ona məlum olmuş Zərərçəkmiş şəxsyla Şəxs mübahissəsini görmüşdür. O, xidmət yoldaşı Samidlə birlikdə mübahisə edənlərə yaxınlaşaraq Nahidi sakitşməyə və intizama dəvət etsədə, sonuncu əvvəlcə hərəkətlərinə davam etmiş, lakin sonradan sakitləşərək onlarla birlikdə bölməyə getmişdir. Bölməyə gedərkən Nahid öz avtomoblini idarə edərək getmişdir. Nahid bölməyə dəvət edilərkən onların tələbi ilə razılaşmış, lakin ondan əvvəl sakitləşməsi və qadını təhqir etməsinin dayandırılması tələblərini öncə qəbul etməyərək, sonra qəbul etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X4 izahat verərək göstərdi ki, polis əməkdaşıdır, 21.12.2021-ci il tarixdə axşam saat təqribi 20:30 radələrində ərazi üzrə xidmət apararkən yüksək səslə danışan şəxsləri görmüş, xidmət yoldaşı ilə həmin şəxslərə yaxınlaşdırda, sonradan adlarını bildiyi Nahidin Röyanı təhqir etdiyini görmüşdür. Nahidə sakitləşməyi xahiş etsələrdə, sonuncu hərəkətlərini davam etmiş, lakin bölməyə dəvət olunmasını eşitdikdə sakitləşmişdir. Bölməyə Nahid öz avtomobili ilə getmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil protokolun əsassız olaraq tərtib edildiyini bildirərək , müdafiə etdiyi şəxsin hərəkətlərində heç bir hüquqa zidd əməl olmadığını qeyd edərək işə xitam verilməsini xahiş etdi. İş materiallarında oaln AZA 1345 №-li inzibati qaydada tutma haqqında protokoldan görünür ki, 21.12.2021-ci il, saat 21:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, vəkilin çıxışını və şahidlərin ifadəsini dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə iş üzrə icraata xitam verilməli, lakin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilirərək təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə iş materialları araşdırılaraq, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı, şahidlərin ifadəsi və vəkilin çıxışı dinlənilərək müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 50 manat məbləğində cərimə olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, onun barəsində həmin Məcəllənin 535.1-ci maddəsi ilə əməlində tərkib olmadığından həmin maddə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi hissəsində həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən barəsində olan inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM Elmir Hüseynov
Məhkəmə qərarları › İş №3(060)-3944/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3944/2021
22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver