Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3953/2021 23.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızının, Əsədli İlahə Yusif qızının katibliyi ilə, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis bölməsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis bölməsi tərəfindən 23.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati materialı araşdıraraq hesab edir ki, daxil olmuş materiallar natamam olduğundan və işə baxılarkən həmin natamamlığın aradan qaldırılması qeyri-mümkün olduğundan inzibati material geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Hazırda zərər çəkmiş şəxs X3 məhkəmə iclasına gəlmədiyindən, bununla da onun inzibati xəta törətmiş şəxslə barışıb-barışmadığını müəyyən etmək mümkün olmadığından inzibati xəta haqqında protokola baxılması mümkün deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə geri qaytarılsın. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №3(060)-3953/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3953/2021
23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver