Məhkəmə qərarları › İş №3(060)-3957/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3957/2021

23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3957/2021 23.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə icra İdarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3, zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1983-cü ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 23.12.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında ******* №li protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.06.2020-ci il tarixli 2(060)- 2552/2020 saylı, icra sənədi borclu Şəxs tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3 maddəsinə görə inzibati tənbeh növündə cərimə nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2552/20 saylı, 10.06.2020-ci il tarixli icra sənədinə əsasən 19.03.2008-ci il təvəllüdlü X9 və 10.08.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatana kimi saxlanılması üçün 14.07.2020-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment Səbinə Quliyevanın xeyrinə tutulmalıdır. Lakin, Şəxs onlar arasında məhkəmə mübahisəsi getdiyini bildirərək alimenti ödəməkdən imtina edir. Onun aliment borcu 3640 manat təşkil edir. Buraya əvvəlki borc, eyni zamanda Sumqayıt Şəhər Məhkəməsinin 23.02.2021-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra yığılmış borc daxildir. Qeyd edilənlərə əsasən icra məmuru Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Şəxs oğlunun müdafiəçisi X10 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, məhkəmə qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş hər iki uşağın Səbinə Quliyevanın yanında saxlanması və Şəxs iki uşağa görə alimentin tutulması qət edilsə də, faktiki olaraq X12 uzun müddətdir ki, öz arzusu ilə Şəxs yanında qalır. Şəxs 10.06.2020-ci il tarixli qətnamə qəbul edildikdən sonra uşağın onun yanında saxlanması, aliment borcundan azad edilmə və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin vaxta qədər o, alimenti tam ödəmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23.02.2021-ci il tarixli qətnaməsi ilə Şəxs iddiası qismən təmin edilmiş, X5 atasının yanında saxlanması, Şəxs aliment ödəməkdən azad edilməsi və Səbinə Quliyevadan onun xeyrinə 130 manat alimentin tutulması qət edilmişdir. Şəxs həmin vaxtdan sonra ödəməli olduğu 130 manat alimenti ödəməmiş və onun xeyrinə tutulmalı olan alimenti tələb etməmişdir. O, hesab etmişdir ki, həmin məbləğlər bir-birini əvəzləyir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.07.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 23.02.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilməmişdir. Şəxs borcu əsasən həmin dövrdə yığılmış borcdur. Bundan sonra isə Şəxs yenidən oxşar tələblə məhkəməyə müraciət etmişdir və iş məhkəmənin icraatındadır. Bu səbəbdən iş yekunlaşana kimi o, alimenti ödəməmişdir. Yəni, Şəxs alimenti ödəməkdən qəsdən boyun qaçırmamışdır. Qeyd edilənlərə əsasən vəkil inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, X12 4 ildir ki, onunla bərabər yaşayır. Onun bütün xərclərini özü çəkir. Onunla birlikdə yaşayan bir uşaq üçün isə Səbinə Quliyevaya aliment ödəməli deyildir. Alimenti ödəməməsinin səbəbi isə onunla Səbinə Quliyeva arasında məhkəmə mübahisəsinin getməsi olmuşdur. Qeyd edilənlərə əsasən Şəxs inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, uşaq təxminən 3 ilə yaxındır ki, Şəxs yanındadır. Şəxs uşağı öyrədərək ona qarşı uşaqda mənfi fikir yaradır. Sumqayıt Şəhər Məhkəməsinin 23.02.2021-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra da, Şəxs onun yanında saxlanılmış uşaq üçün aliment ödəməmişdir. Halhazırda da o, alimenti ödəməkdən yayınır. Qeyd edilənlərə əsasən zərərçəkmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri 23.12.2021-ci il tarixli, ******* №li inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(060)-32/2016 saylı qətnaməsi ilə Səbinə Quliyeva ilə Şəxs arasında qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra 19.03.2008-ci il təvəllüdlü X7 və 10.08.2012-ci il təvəllüdlü X4 Səbinə Quliyevanın yanında qalmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 03.06.2016-cı il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(060)-32/2016 saylı qətnaməsi dəyişdirilərək, 19.03.2008-ci il təvəllüdlü X7 və 10.08.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 23 may 2016-cı il tarixdən başlayaraq Şəxs hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq Səbinə Quliyevaya ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2552/20 saylı, 10.06.2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, Şəxs hər ay, hər uşaq üçün 130 manat olmaqla, 260 manat alimentin tutulması qət edilmişdir. Sonradan Şəxs uşağın onun yanında saxlanması, aliment borcundan azad edilmə və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23.02.2021-ci il tarixli qətnaməsi ilə Şəxs iddiası qismən təmin edilmiş, X5 atasının yanında saxlanması, Şəxs aliment ödəməkdən azad edilməsi və Səbinə Quliyevadan onun xeyrinə 130 manat alimentin tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.07.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 23.02.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin əsas dəlilləri ondan ibarət olmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin 23.02.2021-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra Şəxs məhkəmə qətnamələrinə əsasən tutulan aliment məbləğlərinin bir-birini əvəz etdiyini düşünmüş və digər uşaq üçün aliment ödəməmişdir. Məhkəmə həmin dəlili əsassız hesab edərək qeyd edir ki, həmin qətnamə ilə X11 Quliyevin xeyrinə alimentin tutulması qət edilsə də, bu Şəxs digər uşaq üçün aliment ödəmək vəzifəsindən azad etmirdi. Eyni zamanda Sumqayıt Şəhər Məhkəməsinin 23.02.2021-ci il tarixli qətnaməsi ləğv edildikdən sonra onun bütün hüquqi nəticələri öz qüvvəsini itirdiyindən Şəxs məhkəmə mübahisəsi gedən dövr üçün də iki uşağa görə aliment ödəməli idi. Lakin, o bunu etməyərək, yenidən analoji iddia tələbi ilə məhkəməyə mürtaciət etmiş və hesab etmişdir ki, yenə tərəflər arasında məhkəmə mübahisəsi olduğu üçün o, aliment öhdəliyini yerinə yetirməkdən azaddır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Bu səbəbdən o, 500 manat məbləğində cərimə edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar