Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3963/2021 30.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İrad Allahverdi qızının katibliyi Vəsatət vermi şəxs X1 iştirakı ilə, X1 barəsində olan inzibati xəta haqqında qərardan şikayət vermə müddətinin bərpası barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DYP-nin 24.08.2012-ci il tarixli, AYP 075927 saylı inzibati xəta haqqında protokol üzrə 24.08.2012-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsi ilə təqsirli bilinərək 40 AZN məbləğində cərimə edilmişdir. X2 qeyd olunan qərardan şikayət verilməsi müddətinin bərpası barədə ərizə və şikayət ərizəsilə 27.12.2021-ci ildə məhkəməyə müraciət etmişdir. X2 ərizəni onunla əsaslandırmışdır ki, tərtib olunmuş bu qərardan ona bildiriş və ya xəbərdarlıq gəlmədiyi, onun da xəbəri olmadığı üçün şikayət vermə müddətini ötürmüşdür. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası DYP-nin 24.08.2012-ci il tarixli qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət verilməsi müddətinin bərpası barədə ərizəyə baxılması ilə əlaqədar məhkəmə iclası 30.12.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında vəsatət vermi şəxs X2 şikayət müddətinin bərpası barədə ərizəsini müdafiə edərək müddətin bərpa edilməsini xahiş etdi. Məhkəmə vəsatəti və müddətin buraxılmasının dəlillərini, eləcə də, iş materiallarını nəzərdən keçirib hesab edir ki, DYP tərəfindən tərtib edilmiş 24.08.2012-ci il tarixli qərardan şikayət verilməsi müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Belə ki, verilmiş şikayətdən, ərizədən və qərarın surətindən görünür ki, qərar 2012-ci ildə qəbul olunmuşdur, lakin X2 şikayət ərizəsini 27.12.2021-ci il tarixdə məhkəməyə vermişdir. Qərarın qəbulundan 9 ildən çox vaxt keçmişdir və bu müdətdə X1 həmin qərardan məlumatı olmaması inandırıcı deyildir, bununla bağlı mötəbər sübutlar da təqdim edilməmişdir. Belə sübutların olmaması müddətin bərpasını mümkünsüz edir, çünki 9 ildən sonra belə sübutlar olmadan, yalnız vəsatət vermiş şəxsin göstərdiklərinə əsaslanıb buraxılmış müddət bərpa edilsə bu ədalət mühakiməsinin səmərələliyini azaldar. Ona görə də, şikayət verilməsi ilə bağlı ötürülmüş müddətin üzürlü olmasına dair məhkəməyə heç bir sənəd təqdim edilmədiyindən məhkəmə ərizənin rədd olunması nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 118, 130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DYP-nin 24.08.2012-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətinin bərpası barədə ərizəsi rədd edilsin. Qərardan 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-3963/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3963/2021
30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver