Məhkəmə qərarları › İş №3(060)-3966/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3966/2021

27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3966/2021 27.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs oğlunun, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Abbasov Qoşqar Məcid oğlunun, X1 və X11, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru- X12 oğlunun iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən 27 dekabr 2021-ci il tarixdə Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5365/2015 saylı, 11.06.2015-ci il tarixli qətnaməsinə əsasən K.Abbasovaya 8532 manat, Abşeron rayon Məhkəməsinin 2(012)- 2632/2016 saylı, 08.09.2016-cı il tarixli qətnaməsinə əsasən A.Vəliyevaya 14490 manat aliment borcunu ödəməmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5365/2015 saylı, 11.06.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 12 may 2015-ci il tarixdən başlayaraq hər ay 10.06.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğində aliment X6 xeyrinə tutulmalıdır. Lakin borclu ödəməli olduğu aliment borcunu vaxtında və lazımi qaydada icra etmədiyi üçün onun tələbkara 8532 manat aliment borcu yaranmışdır. Abşeron rayon Məhkəməsinin 2(012)-2632/2016 saylı, 08.09.2016-cı il tarixli qətnaməsinə əsasən borclu Şəxs 18 mart 2016-cı il tarixdən başlayaraq hər ay 01.01.2006-cı il təvəllüdlü X8, 25.09.2011-ci il təvəllüdlü X5 və 29.09.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində aliment X11 xeyrinə tutulmalıdır. Lakin borclu ödəməli olduğu aliment borcunu vaxtında və lazımi qaydada icra etmədiyi üçün onun tələbkara 14490 manat aliment borcu yaranmışdır. Borcluya dəfələrlə icra sənədinin icrası ilə bağlı xəbərdarlıq olunsa da icradan yayınır, icra məmurunun çağırışlarında üzrsüz səbəbdən gəlmir və ödhəliyi yerinə yetirmir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, qeyd olunan icra sənədləri barədə məlumatlı olmaqla öhdəliyini yerinə yetirməmişdir. Belə ki, o, işsizdir, bu səbəbdən aliment borcunu ödəyə bilmir, eləcə də səhhətində problemləri var. Lakin aliment borcunu ödəməkdən imtina etmir, 2022-ci ilin yanvar ayından etibarən hər icra sənədi üzrə 100 manat ödəyəcəkdir. Qeyd olunanların nəzərə alınaraq barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi müdafiə etdiyi şəxsin göstərdiklərini nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. X2 məhkəmədən borclunun barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Eləcə də, bildirdi ki, Şəxs hər dəfə aliment borcunu ödəmək üçün bəhanələr gətirir, işləyib ödəyəcəyini bildirsə də heç bir ödəniş etməmişdir. Hazır ki, vaxtadək 8532 manat aliment borcu vardır. Məhkəmədən borclunun barəsində həbslə bağlı tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. X3 öz izahatında bildirdi ki, borclunun hazır ki tarixə icra sənədi üzrə 14490 manat aliment borcu vardır. Hər dəfə Natiq Əliyev alimenti ödəyəcəyini bildirsə də, heç bir ödəniş aparmır, onu aldadır. Məhkəmədən borclunun barəsində qanuna müvafiq tədbir görülməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi Şəxs oğlu qanunvericiliyin qeyd olunan tələblərini pozaraq heç bir üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs oğlunun inzibati xətanın törədilməsində özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır və iş materialları ilə təsdiq olunmur. Beləliklə, Şəxs oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi icra sənədi üzrə toplanmış materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 27 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 06 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 dekabr 2021-ci il tarixdən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10 göstərdiyi 01 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 06 (altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar