Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3967/2021 29.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsinin 18 dekabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla təyin olunmuş cərimənin ləğv edilməsinə dair X2 ərizəsinə hazırlıq iclasında baxaraq müəyyən etdi: X5 şikayət şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 18 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolla təyin olunmuş cərimənin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər 28 dekabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolla cərimə təyin olunmur, cərimə inzibati xəta haqqında qərarla təyin olunduğu halda şikayətə həmin qərar əlavə olunmamışdır. İnzibati xəta haqqında qərarın mövcudluğu halında həmin qərarla hüquqları məhdudlaşdırılan inzibati xəta törədən şəxs İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada şikayətlə (ərizə ilə yox) məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, X2 məhkəməyə təqdim etdiyi sənədlər natamam olduğundan ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsinin 18 dekabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla təyin olunmuş cərimənin ləğv edilməsi barədə ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə X3 geri qaytarılsın. Şikayət vermiş şəxs X3 izah olunsun ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3967/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3967/2021
29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver