Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3968/2021 29.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, X1, Müdafiəçi Vəkil, Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Xocavənd rayonu, Qaradağlı kəndində, doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xocavənd rayonu, Qaradağlı ərazi dairəsi, Qaradağlı kəndində qeydiyyatda olan, işləməyən və Sumqayıt şəhəri, 12-ci mkr., ev 8, mənzil 35-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialla müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8259/2019 saylı, 14.10.2019-ci il tarixli icra sənədinə əsasən 12.09.2019-cu il tarixdən başlayaraq cavabdeh Şəxs 12.03.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək ananın saxlanılması üçün hər ay 50 manat məbləğində aliment, ümumilikdə 210 manat məbləğində aliment tutulub X4 verilməlidir. İcra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və 18.08.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borclu Şəxs bildiriş göndərilmişdir. Lakin borclu alimenti ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Borclunun ümumilikdə 4930 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində 28.12.2021-ci il tarixdə icra məmuru Toğrul Rüstəmov tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru Toğrul Rüstəmov izahat verərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8259/2019 saylı icra sənədinə əsasən 12.09.2019-cu il tarixdən başlayaraq cavabdeh Şəxs 12.03.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək ananın saxlanılması üçün hər ay 50 manat məbləğində aliment, ümumilikdə 210 manat məbləğində aliment tutulub X4 verilməlidir. İcra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya bildiriş göndərilmişdir. Lakin borclu borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Hal-hazırda 2520 manat borcu vardır. Borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq qətnamə üzrə öhdəliklərini icra etməmişdir. Məhkəmə iclasında dindirilən tələbkar X6 izahat verərək bildirdi ki, borclu alimenti qəsdən ödəmir. İcra sənədi yenidən icraya yönəldilənə qədər yığılmış aliment borcundan imtina edir, bu haldan sonra yaranmış 1050 manat aliment borcu tələb edir. Eyni zamanda xahiş etdi ki, borcun ödənilməsinə vaxt verilməsi hazırda ödənilmədiyi təqdirdə borcluya ağır cəza verilsin. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, O, icra sənədini icra etməkdən boyun qaçırmır, hal-hazırda həmin borcdan ödəniş etmək imkanı yoxdur. O, eyni zamanda qeyd etdi ki, iki gündən sonra aliment borcundan 500 manat pul ödəyə bilər. Göstərilənlərə əsasən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirdi ki, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8259/2019 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 12.03.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək ananın saxlanılması üçün hər ay 50 manat məbləğində aliment, ümumilikdə 210 manat məbləğində aliment tutulub X4 verilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən tərtib edilmiş 28.12.2021-ci il tarixli inzibati xəta haqqında protokolla, işin halları və materiallara əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İnzibati həbsin əvvəli 29 dekabr 2021-ci il tarixdən saat 16.05-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114- 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 29 dekabr 2021-ci il tarixdən saat 16.05-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(060)-3968/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3968/2021
29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver