Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-397/2021 01.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs oğlunun, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru – X1, Müdafiəçi- Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1989-cu Sumqayıt şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhəri, 9-cu mkr, ev 38A, mənzil 34 ünvanıında qeydiyyatda olan və yaşayan, Şəxs oğlunun, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru – X4 oğlu tərəfindən 01 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı№li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1069/2020 saylı, 25.08.2020-ci il tarixli qərara əsasən 240 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinə gəlməsinə dair bildiriş və icraata başlama haqqında qərar FeziyevAsif Tapdıq oğlunun yaşadığı ünvana göndərilmiş və sonuncu tərəfindən qəbul edilməsinə baxmayaraq qərəzli olaraq icra idarəsinə gəlməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 529.4cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 bildirdiki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1069/2020 saylı, 25.08.2020-ci il tarixli qərara əsasən 240 saat ictima işlər inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinə gəlməsinə dair bildiriş və icraata başlama haqqında qərar FeziyevAsif Tapdıq oğlunun yaşadığı ünvana göndərilmiş və sonuncu tərəfindən qəbul edilməsinə baxmayaraq qərəzli olaraq icra idarəsinə gəlməmişdir. Bununla da Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 529.4-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdəndə barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu bir neçə dəfə dərman almaq üçün narkoloji dispanserə getdiyini, buna görə də icra məmurunun çağırışlarına gedə bilmədiyini bildirdi. Odur ki, barəsində iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xətaya dair iş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1069/2020 saylı, 25.08.2020-ci il tarixli qərarı ilə Şəxs barəsində 240 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan icra məmuru Fəqan Murtuzayev tərəfindən qəbul edilmiş 17 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1069/2020 saylı, 25.08.2020-ci il tarixli qərarı üzrə icraata başlanılmış, bu barədə Şəxs bildiriş göndərilmişdir. İş materiallarında olan 30 noyabr 2020-ci il tarixli aktın surətindən görünür ki, icra məmurları Şəxs yaşadığı ünvan 2 ünvanında olmuş, həmin mənzilin qapısını Şəxs qardaşı arvadı Şəfa xanım açmış, Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən göndərilmiş bildiriş və icraata başlama haqqında qərarın poçt vasitəsilə gəldiyini, qaynı Şəxs verdiyini bildirmişdir. İş materiallarında olan 10 dekabr 2020-ci il tarixli aktın surətindən görünür ki, icra məmurları Şəxs yaşadığı ünvan 2 ünvanında olmuş, qapını açan Şəxs qardaşı arvadı Şəfa xanım Şəxs həmin ünvanda yaşadığını bildirmiş, Şəfa xanımın Şəxs Sumqayıt şəhər Probasiya Şöbəsinə getməli olduğunu deməsinə baxmayaraq onun Probasiya Şöbəsinə gəlməməsi aşkar olunmuşdur. İnzibati xətaya dair iş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 7 (060)-31/2021 saylı, 18.01.2021-ci il tarixli qərarı ilə Şəxs məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, 01.02.2021-ci il tarixdə Məhkəməyə təqdim edilmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin izahatı, aktlar, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxsin özünün izahatı və digər iş materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cu maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cu maddəsinin 2.3-cü bəndindən görünür ki, İXM-nin məcəlləsinin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür: ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək. Həmin Məcəllənin 21-ci maddəsinəəsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini Şəxs oğlunun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 01 fevral 2021-ci il tarixdən, saat 16:35dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs oğluna göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə vəya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-397/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-397/2021
01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver