Məhkəmə qərarları › İş №3(060)-3979/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3979/2021

29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3979/2021 29.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci PB-nın sahə rəisi polis kapitanı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs Balaş oğlunun və onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1957-ci ildə Jdanov rayonu, Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Beyləqan rayonu, 2-ci Şahsevən kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y,Y/M, fərdi evdə yaşayan Şəxs Balaş oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Balaş oğlu barəsində 29.12.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Balaş oğlu 21.11.2021-ci il tarixdə saat 17:06 radələrində yaşadıqları evdə keçmiş gəlini Zərərçəkmiş şəxs zor tətbiq edərək döymüşdür. Nəticədə Şəxs Balaş oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs Balaş oğlu barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci PBnın sahə rəisi polis kapitanı X6 protokolda göstərilənlərə uyğun izahat verərək qanuni qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Balaş oğlu özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs oğlu Murad Həsənovun keçmiş həyat yoldaşıdır. Belə ki, Murad 2007-ci il tarixdə Aysel ilə ailə həyatı qurub, lakin Aysel heç bir səbəb olmadan oğlundan ayrılıb və təxminən 1 ildir ki, Muraddan boşanıb, azyaşlı oğlu üçün aliment kəsdirib və Sumqayıt şəhərində, anasının evində qalır. Buna baxmayaraq tez-tez onun evinə gəlib-gedir. O Ayselə evinə gəlib-getməsilə bağlı bir söz demir. 21.11.2021-ci il tarixdə təxminən saat 17:30 radələrində o evinin yaxınlığında olan zaman evindən səs gəldiyini eşidib evinə getmiş, görmüşdür ki, keçmiş gəlini Aysel gəlib və onunla tanımadığı xanım da gəlmişdir. O həmin xanımdan onun evinə nə üçün gəldiyini soruşan zaman Aysel xanımın onunla olduğunu, saçını düzəldəcəyini bildirmişdir. O isə həmin xanımın evinə daxil olmasına razı olmamışdır. Aysel onun hərəkətinə əsəbiləşərək evə keçib soyuducudan onlara məxsus əti, paltar dolabından ona məxsus paltarları çıxarıb eyvana atmışdır. Nənəxanım Ayselə nə üçün belə hərəkət etdiyini bildirəndə Aysel əsəbi halda saçından tutub ünvanına nalayiq sözlər demiş və Nənəxanımı eyvanda yıxıb sürümüş, eyvana atıb otağa keçərək qapını içəridən bağlamışdır. Onlar nə qədər desələr də Aysel qapını açmamışdır. Ona görə də o məcbur olub 102 xidmətinə məlumat vermişdir. Həmin vaxt oğlu Murad evə gəlmişdir. Lakin o, onu evə qoymamış, geri qaytarmışdır. Sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Aysel qapını açmışdır. O Ayseli vurmamışdır, ona görə də icraata xitam veriməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Balaş oğlunun müdafiəçisi Vəkil bildirdi ki, Şəxs Balaş oğlu heç bir xəta törətməmiş, Zərərçəkmiş şəxs vurmamışdır. Ona görə də, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs Balaş oğlu onun əlini tutub möhkəm sıxmış, sol əlin İİİ barmağının qançırı xəsarətini almışdır. Şəxs Balaş oğlu ilə barışmamış, barışmaq fikri yoxdur, ona görə də onun barəsində tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Balaş oğlunun müdafiəçisi Vəkil məhkəməyə təqdim etdiyi vəsatətdə göstərmişdir ki, X1 Aysel Təvəkkül qızını döyməmişdir, ona görə icraata xitam verilməsini xahiş edir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 06 dekabr 2021-ci il tarixli qərara əsasən Şəxs Balaş oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 1566 saylı, 23.11.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol əlin İİİ barmağının orta və prorksimal falanqalarının ovuc səthini əhatə edən qançırı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı ilə birlikdə araşdıraraq, işin hallarını, xəsarətin xarakterini, tərəflərin qarşılıqlı münasibətlərini nəzərə alaraq hesab edir ki, Şəxs Balaş oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmişdir. İş materiallarından və izahatlardan görünür ki, Zərərçəkmiş şəxs həmin vaxt Şəxs Balaş oğlundan başqa digər şəxslərlə də mübahisə etmişdir. İşdəki sübutlarla birmənalı olaraq ona sol əlin İİİ barmağının qançırı xəsarətini Şəxs Balaş oğlunun törətməsi təsdiq edilmir və işdə olan şübhələr də Şəxs Balaş oğlunun xeyrinə həll olunmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Balaş oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmədə Şəxs Balaş oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Şəxs Balaş oğlunun hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən 2 (iki) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil 12 (on iki) manat məbləğində pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Balaş oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə xitam verilsin. Şəxs Balaş oğlu müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB**********2500366125 VÖEN: **********) köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar