Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-398/2021 22.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs Məmmədov Maarif Mahmud oğlunun iştirakı ilə, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 23.01.2021-ci il tarixli TP ******* saylı Qərarından Məmmədov Maarif Mahmud oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X3 Mahmud oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 23.01.2021-ci il tarixli TP ******* saylı Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı lazımi qaydada xəbardar edilmiş Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi Məmmədov Maarif Mahmud oğlu izahatında bildirdi ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin inzibati tənbeh vermə haqqında qərarına əsasən 22.01.2021-ci il tarixdə saat 12:31 radələrində Mercedes Benz 250 Minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yerindən yayınma və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə 100 manat məbləğində cərimə edilmişdir. İnzibati xətanı törətməmişdir və iş üzrə özünü təqsirli bilmir. Odur ki, şikayətinin təmin edilməsini və Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 23.01.2021-ci il tarixli TP ******* saylı Qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan Məmmədov Maarif Mahmud oğluna təqdim edilmiş 23.01.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Məmmədov Maarif Mahmud oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələri ilə inzibati xəta törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. İş materiallarından görünür ki, 12 fevral 2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə inzibati xəta haqqında 23.01.2021-ci il tarixli TP ******* saylı qərar üzrə inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən inzibati xətanı aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə ilə çəkilmiş foto və video materialların Sumqayıt şəhər Məhkəməsinə təqdim edilməsi məqsədilə sorğu verilmişdir. Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən həmin sorğuya 17.02.2021-ci il tarixdə cavab verilmiş və göstərilmişdir ki, 22.01.2021-ci il tarixdə Mercedes markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobillə vət. Məmmədov Maarif Mahmud oğlu tərəfindən törədilən inzibati xətanı təsdiq edən videogörüntü materialları arxivdə saxlanılmadığı üçün Məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Məmmədov Maarif Mahmud oğlunun qərardan şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Məmmədov Maarif Mahmud oğlunun İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Odur ki, Məmmədov Maarif Mahmud oğlunun şikayəti təmin olunmalıdır. Məmmədov Maarif Mahmud oğlu barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin 23.01.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Məmmədov Maarif Mahmud oğlunun şikayəti təmin edilsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş 23.01.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-398/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-398/2021
22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver