Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3981/2021 29.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin YNH inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 6, mənzil 21 qeydiyyatda olan və yaşayan (5T185SY) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında AP seriyalı, ******* №-li, 26 dekabr 2021-ci il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs 25.12.2021-ci il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi daxilində sola manevr edərək qarşıdan düzünə hərəkətdə olan Toyota Prius markalı 90NY746 dövlət qeydiyyat nişanlı avtomaşının qabaq hissəsiylə toqquşmuş, həmin avtomaşına maddi ziyan vurmuşdur. Sürücü sürücülük vəsiqəsi və etibarnamə olmadan avtomaşını idarə etmişdir və hadisə törətmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmədə iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin YNH inspektoru, polis kapitanı X4 göstərdi ki, Şəxs 25.12.2021-ci il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi daxilində sola manevr edərək qarşıdan düzünə hərəkətdə olan Toyota Prius markalı 90NY746 dövlət qeydiyyat nişanlı avtomaşının qabaq hissəsiylə toqquşmuşdur. Sürücü sürücülük vəsiqəsi və etibarnamə olmadan avtomaşını idarə etmişdir və hadisə törətmişdir. Buna görə də qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, qardaşı X3 etibar edilən VAZ 2102 markalı 10KR647 nömrəli maşınla 25.12.2021-ci il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində xəstəxana istiqamətindən Sumqayıt istiqamətinə hərəkət etmişdir. Bu zaman qarşıda avtobus markalı avtomaşın dayanmış və sağ zolaqdan sol zolağa qarşı yola çıxaraq qarşıdan gələn Toyota Prius markalı avtomaşının sol hissəsindən toxunmuşdur. Hadisə zamanı bədən xəsarətləri alan olmamışdır. Üç uşağı var, əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan nəqliyyat vasitəsinin AD seriyalı, 105405 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ-2102 markalı, ** KR *** qeydiyyat nişanlı avtomobil Quliyeva Təranə İbrahim qızına məxsusdur. İş materiallarında olan “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə”nin surətindən görünür ki, VAZ-2102 markalı, ** KR *** qeydiyyat nişanlı avtomaşının sahibi Quliyeva Təranə İbrahim qızı Sumqayıt şəhəri 4 saylı notariat ofisində həmin avtomaşına sərəncam verilməsi və s. ilə bağlı X2 8 (səkkiz) il 5 (beş) ay 19 (on doqquz) gün müddətinə etibarnamə vermişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmədə müəyyən edildi ki, Şəxs 25.12.2021-ci il tarixdə saat 18:30 radələrində qardaşı X3 etibar edilən VAZ 2102 markalı 10KR647 nömrəli avtomaşını sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etmiş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi daxilində sola manevr edərək qarşıdan düzünə hərəkətdə olan Toyota Prius markalı 90NY746 dövlət qeydiyyat nişanlı avtomaşının qabaq hissəsiylə toqquşmuş, həmin avtomaşına maddi ziyan vurmuşdur. Bu işdə olan sübutlarla təsdiq edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinin 2-ci hissəsinə əsasən mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır: motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvaylarıvə trolleybusları idarə etmək üçün; traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün. Həmin Qanunun 34-cü maddəsinin İV hissəsinin 3-cü bəndinə əsasən bu Qanunun 34-cü maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları və altkateqoriyaları göstərilir: “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutlmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində üç uşağı olması, peşman olmasıdır, məsuliyyətini ağırlaşdiran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-3981/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3981/2021
29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver