Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-399/2022 07.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Qafan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 04.02.2022-ci il tarixli, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 26.12.2021-ci il tarixdə, ünvan 2 ünvanında yaşayan X3 yaşadığı ərazidə yerləşən obyektdən GREE markalı kondisionerin çölə çıxan mis borusunu oğurlayaraq ona 100 manat məbləğində, 03.02.2022-ci il tarixdə ünvan 3 ünvanında blokun 3-cü mərtəbəsində yerləşən kondisionerin təxminən 15 metr uzunluğunda mis naqillərini oğurlayaraq X4 98 manat məbləğində, 13.01.2022-ci il tarixdə Sumqayıt şəhər, 10-cu mikroayon, ev 1, mənzil 22-nin çöl hissəsində kondisionerin 10 metr uzunluğunda mis borusunu oğurlayaraq X2 300 manat məbləğində ziyan vurmuşdur. Həmin materiallar Sumqayıt Şəhər Məhkəməsinə 04.02.2022-ci il tarixində daxil olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Sumqayıt Şəhər polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən 04.02.2022-ci il tarixli, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı inzibati xəta haqqında protokollara əlavə edilmiş materiallar natamamdır. Belə ki, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilibödənilməməsi barədə izahatlar iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda zərərçəkmiş şəxslərin məhkəmə iclasında iştirakları təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən 04.02.2022-ci il tarixli, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı inzibati xəta haqqında protokollar ona əlavə olunmuş sənədlərlə birlikdə onu tərtib etmiş səlahiyyətli orqana yəni, Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən 04.02.2022-ci il tarixli, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı inzibati xəta haqqında protokollar ona əlavə olunmuş sənədlərlə birlikdə onu tərtib etmiş səlahiyyətli orqana yəni, Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinə geri qaytarılsın. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-399/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-399/2022
07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver