Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-399/2023 13.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt ŞPİ-nin DYPŞ inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında İXP seriyalı, ******* №-li, xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində Sumqayıt şəhəri, Bədəlbəyli küçəsində özünə məxsus “Hyundai Hİ Mikroavtobus” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük kateqoriyası (D) olmadan idarə edərək X3 məxsus “Mercedes” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncuya maddi zərər vurmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyət məsələsinə baxılması üçün inzibati xəta haqqında protokol və iş üzrə toplanmış materiallar məhkəməyə göndərilmişdir. Məhkəmədə iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ inspektoru, polis kapitanı X4 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində Sumqayıt şəhəri, Bədəlbəyli küçəsində özünə məxsus “Hyundai Hİ Mikroavtobus” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobili srücülük kateqoriyası (D) olmadan idarə edərək X3 məxsus “Mercedes” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncuya maddi zərər vurmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, avtomobili idarə etmək üçün “D” kateqoriyalı sürücülük vəsiqəsinin lazım olduğunu bilməmişdir. Əməlindən peşmandır. Ailəlidir, iki övladı vardır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Müdafiəçi şəxs barəsində tərtib edilmiş protokolu məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan nəqliyyat vasitəsinin AD seriyalı, 954062 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Hİ Mikroavtobus” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs məxsusdur. İş materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, Şəxs AC 245236 saylı, xx.xx.2018-ci il tarixli sürücülük vəsiqəsi vardır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi Dövlət X9 tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs sürücülük hüququnun olub-olmaması DYPŞ-nin MMS-dən yoxlanılmış və müəyyən olunmuşdur ki, onun avtomobili idarə etmək üçün “D” kateqoriyası olmamışdır. İş materiallarında olan avtonəqliyyat vasitələrinin texniki ekspertizası rəyindən görünür ki, “Mercedes Benz 190” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 50 manat, işçilik xidmətləri isə 650 manat müəyyən olunur. Avtomobilə dəymiş cəmi zərər 700 manatdır. İş materiallarında olan ƏN-İV № 417296, xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X5 tərəfindən “Mercedes Benz 190” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ X3 verilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X2 izahatından görünür ki, etibarnamə ilə idarə etdiyi “Mercedes Benz 190” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində Sumqayıt şəhər, Bədəlbəyli küçəsi ilə Çerkassi küçəsində hərəkətdə olan zaman sağa dönmək üçün surətini azaltmış, bu zaman arxadan hərəkət edən “Hyundai Hİ Mikroavtobus” markalı avtomaşın onun avtomobilinin arxa hissəi ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutlmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını və qanunvericiliyin tələbini nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-399/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-399/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver