Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-4/2024 15.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan huquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan huquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında 08 dekabr 2023-cü il tarixli, EP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir ona görə ki, Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2023-cü il tarixdə alınmış məlumata əsasən AZ5000, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək müddət ərzində rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə ümumilikdə 8054.70 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan huquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 bildirdi ki, Azərbaycan Respublikası Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında 08 dekabr 2023-cü il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2023-cü il tarixdə alınmış məlumata əsasən AZ5000, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək müddət ərzində rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə ümumilikdə 8054.70 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Lakin bildirmək istəyir ki, Şəxs MMC Rusiya Federasiyasının OOO “Aqora Enerdji” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Rusiya Federasiyasına 2756740.00 Rus rublu məbləğində pul vəsaiti göndərmiş, həmin məbləğdən 2746290.00 Rus rublu məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixdə, qalıq qalan 10450 Rus rublu məbləğində pul vəsaiti isə xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə daxil olmuşdur. Buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi protokolda Şəxs MMC-nin 8054.70 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Şəxs MMC Rusiya Federasiyasının OOO “Aqora Enerdji” şirkətinə göndərmiş olduğu 2756740.00 Rus rublu məbləğində pul vəsaiti müvəkkil banka köçürülmüşdür. Şəxs MMC tərəfindən 10450 Rus rublu məbləğində pul vəsaiti keçikmə ilə müvəkkil banka köçürüldüyündən həmin məbləğin müəyyən faizi miqdarında cərimə oluna biləcəklərini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli konsiqnasiya əməliyyatları üzrə hesabatdan görünür ki, invoysun dəyəri 2756740.00 Rus rublu, bank ödənişi 2746290.00 Rus rublu, qalıq isə 10450 Rus rublu göstərilmiş, lakin növbəti qrafada 8054,70 ABŞ dolları qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Rusiya Federasiyasının OOO “Aqora Enerdji” şirkətindən xx.xx.2023-cü il tarixdə 2746290.00 Rus rublu məbləğində pul vəsaiti, xx.xx.2023-cü il tarixdə isə 10450 Rus rublu məbləğində pul vəsaiti xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən banka daxil olmuşdur. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli konsiqnasiya əməliyyatları üzrə hesabatda invoysun dəyəri 2756740.00 Rus rublu, bank ödənişi 2746290.00 Rus rublu, qalıq isə 10450 Rus rublu göstərilmiş, lakin növbəti qrafada 8054,70 ABŞ dolları qeyd edilmişdir. Bununla da məbləğlər arasında ziddiyyətlər yaranmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan huquqi şəxs Şəxs MMC barəsində həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 08 dekabr 2023-cü il tarixli, EP seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta haqqında iş üzrə icraat aparılan huquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 08 dekabr 2023-cü il tarixli, EP seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə geri qaytarılsın. Azərbaycan Respublikası Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-4/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-4/2024
15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver