Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-40/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 11000/1646 saylı, 29 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X5 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən qəbul edilmiş 11000/1646 saylı, 29 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır ona görə ki, inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Məktub ünvanına gec çatdırıldığından fiziki şəxsin inzibati xəta üzrə icraatda iştirak etməyi mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən barəsində İXM-nin 483-cü maddəsi ilə inzibati xəta barədə qərar qəbul edilmişdir. Mübahisələndirilən inzibati xəta barədə 11000/1646 saylı, 29 noyabr 2021-ci il tarixli qərar 04 dekabr 2021-ci il tarixdə ünvanına daxil olmuşdur. Mübahisələndirilən inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasından ibarətdir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin dispozisiyasına əsasən inzibati məsuliyyətin yaranmasının əsası məhz vəsaitin əldə edilməsi ilə şərtləndirilir, vəsaitlər əldə edilmədiyi halda şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Belə ki inzibati xətaya əsas olmuş məbləğlər iddiaçıya məxsus bank hesabına mədaxil olunmuşdur. Odur ki, 11000/1646 saylı, 29 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq şikayət vermiş şəxs və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə bütün materialları tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair 11000/1646 saylı, 29 noyabr 2021-ci il saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir və onun ləğv olunması üçün hər hansı hüquqi əsas yoxdur. Azərbaycan Respublikasının prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”-nın 12-ci bəndinin icrasının təmin edilməsi və eyni zamanda qanunun 12.2 və 12.3-cü bəndələrinin tələblərinə əsasən 180 gün müddətində xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçı nın Azərbaycan Respulikasında müvəkkil bankdakı olan hesabına köçürülməsinın təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. İş materiallarında olan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan X5 tərəfindən 03.02.2021-ci il tarixdən 19.02.2021-ci il tarixə kimi Gürcüstan Respubliaksı, Tiblisi şəhəri, İ.Yevdosvlils 13 ünvanında qeydiyyatda olan LTD “İKA FRUTİ” firmasına Gürcüstan Respublikası, Marnueli şəhəri, Şadaklo kəndində qeydiyyatda olan LTD Megabon firmasına Ukrayna Respublikası, Lvov şəhəri Jeleznodorojnaya küçəsi, 24 ünvanında qeydiyyatda olan "xxxx" MMC firmalarına göndərilmiş “təzə nar, təzə xurma və təzə tomat” yüklərinin müqabilində ödənilməli olan 13972 ABŞ dolları məbləğində valyuta vəsaitinin təyin olunmuş müddəti ərzində müvəkkil bank hesanına köçürülməsini təmin etməmiş və bununla da qeyd olunan fiziki şəxs tərəfindən qanuvericiliyin tələbləri pozulmuşdur. ünvan 2 ünvanında qeydiyyatda olan X6 barəsində aparılan araşdırma ilə əlaqədar olaraq onun ünvanına 02.09.2021-ci il tarixli 1600-019/005-26/004173 saylı məktub göndərilərək Qərb Ərazi Baş Gömrük idarəsinə dəvət olunmuşdur. Lakin bu günə kimi X2 Ərazi Baş Gömrük İdarəsinə gəlməmiş və gəlməməsinin səbəbi ilə bağlı müraciət etməmişdir. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 10.11.2021-ci il tarixdə 11000-1604/21 saylı inzibatı xəta haqqında iş üzrə inzibatı araşdırma başlanmışdır. Araşdırma ərzində ödənilməli olan 13972 ABŞ dolları məbləğində vəsaitin müvəkkil banka ödənilməsinin təmin olunmamasının səbəbinin aydınlaşdırılması məqsədilə izahat verməsi üçün 10.11.2021-ci il tarixli 1600-013/004-26/005491 saylı məktubla ünvan 1 ünvanında qeydiyyatda olan X4 müraciət olunmuşdur. X1 Qərb Ərazi Baş Gömrek Komitəsinə gəlməmiş və qeyd olunan məsələ üzrə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ılə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12.2-ci bəndinin tələbinə əsaəsən 180 gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, X5 tərəfindən tərəfindən 03.02.2021-ci il tarixdən 19.02.2021-ci il tarixə kimi Gürcüstan Respubliaksı, Tiblisi şəhəri, İ.Yevdosvlils 13 ünvanında qeydiyyatda olan LTD “İKA FRUTİ” firmasına Gürcüstan Respublikası, Marnueli şəhəri, Şadaklo kəndində qeydiyyatda olan LTD Megabon firmasına Ukrayna Respublikası, Lvov şəhəri Jeleznodorojnaya küçəsi, 24 ünvanında qeydiyyatda olan "xxxx" MMC firmalarına göndərilmiş “təzə nar, təzə xurma və təzə tomat” yüklərinin müqabilində ödənilməli olan 13972 ABŞ dolları məbləğində xarici valyutanın bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsi təmin olunmamışdır. X5 tərəfindən 03.02.2021-ci il tarixdən 19.02.2021-ci il tarixədək ixrac edilmiş yüklərə dair təsdiq olunmuş bəyənnamələrdə gömrük bəyannamələrinin 23-cü qrafasında 1 ABŞ dollarının həmin tarixə Azərbaycan manatına olan nisbəti 1.7000 manatla ifadə edilmişdir və beləliklə, ixrac olunmuş yüklərə dair qaytarılmaslı olan məbləğ 23752.40 ( iyirmi üç min yeddi əlli iki manat qırx qəpik) manat hesablanmışdır. Beləliklə, X5 tərəfindən konsiqnasiya əməliyyatı əsasında 03.02.2021-ci il tarixdən 19.02.2021-ci il tarixədək ixrac edilmiş yükün dəyərinin 13972 (on üç min doqquz yüz yetmiş iki) ABŞ dolları və yaxud 23752.40 ( iyirmi üç min yeddi əlli iki manat qırx qəpik) AZN məbləğində olan valyuta vəsaitini xaricdən qaytarmamaqla gömrük qaydalarının əleyhinə olan inzibati xətaya yol vermişdir. Nəticədə, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci madəsinin 208-ci maddəsinin qeyd hissəsində “xeyli miqdar” dedikdə qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan yuxarı, lakin otuz min manatdan artıq olmayan məbləği, “külli miqdar” dedikdə otuz min manatdan artıq olan məbləği başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin Azərbaycan Respublikası CM-nin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 25 dekabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin cinayət məsuliyyəti müəyyən edilmədiyindən bu şəxslərə münasibətdə inzibati xətanın zəruri əlaməti kimi yalnız xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması əməlinin törədilməsi çıxış edir. Müvafiq olaraq xarici valyuta vəsaitlərinin iyirmi min manatdan artıq məbləğdə xaricdən qaytarılmaması hallarında da zəruri əlamət kimi yalnız xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması nəzərdə tutulmuşdur. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, X8 oğlunun barəsində tərtib olunmuş 11000/1646 saylı, 29 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X8 oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X5 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 11000/1646 saylı, 29 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X8 oğlu tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən X3 barəsində qəbul edilmiş 11000/1646 saylı, 29 noyabr 2021-ci il saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-40/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-40/2022
25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver