Məhkəmə qərarları › İş №3(060)-400/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-400/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-400/2024 26.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X2, Zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1993-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt ŞPİ DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, 09 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində sürücü Şəxs Sumqayıt şəhəri S.Vurğun küçəsində “Ləman” mebel evinin qarşısında idarə etdiyi “Toyota Prius” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri S.Vurğun küçəsi ilə H.Zeynalabdin qəsəbəsi istiqamətinə düzünə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan X1 idarə etdiyi “X6” minik markalı, **-GE-*** d.q.n-lı avtomobillə toqquşmuş, nəticədə sürücü Namidər Məmmədov və həmin nəqliyyat vasitəsində sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarəti almışdır. Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X4 bildirdi ki, 09 yanvar 2024-ci il tarixdə saat 19 radələrində sürücü Şəxs Sumqayıt şəhəri S.Vurğun küçəsində “Ləman” mebel evinin qarşısında idarə etdiyi “Toyota Prius” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri S.Vurğun küçəsi ilə H.Zeynalabdin qəsəbəsi istiqamətinə 40-50 km/saat sürətlə düzünə hərəkətdə olan zaman əks istiqamətdə “X6” minik markalı, **-GE-*** d.q.n-lı avtomobil hərəkətdə olmuş, daha sonra həmin avtmobilin uzaqda olmasını zənn edib sola dönüş etməklə həmin avtmobilin hərəkət yoluna çıxmış və toqquşma baş vermişdir. Hadisə nəticəsində sürücü Namidər Məmmədov və həmin nəqliyyat vasitəsində sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarəti almışdır. Araşdırma nəticəsində Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov tərəfindən 19 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, material aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin DYPŞ-ə göndərilmiş, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş bu səbəbdən sonuncu barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək bildirdi ki, etibarnamə əsasında “Toyota Prius” markalı, **-DL-*** d.q.n-lı avtomobili idarə edir. Həmin avtmobillə taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırmışdır. 09 yanvar 2024-ci il tarixdə saat 19 radələrində həmin avtomobillə Sumqayıt şəhəri S. Vurğun küçəsi ilə H. Zeynalabdin qəsəbəsi istiqamətinə düzünə təxminən 40-50 km/saat sürətlə hərəkətdə olmuş, əks istiqamətdə “X6” minik markalı, **-GE-*** d.q.n-lı avtomobil hərəktdə olmuş, işıqfora yaxınlaşıb tam dayanmış, sola dönmə işığını yandırıb gözləmiş, sonra həmin avtmobilin uzaqda olmasını zənn edib sola dönüş etməklə həmin avtmobilin hərəkət yoluna çıxmış və toqquşma baş vermişdir. Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəymiş, həmin avtomobildə arxa oturacaqda oturmuş bir qadın xəsarət almış və o Sumqayıt TTYX-a tibbi yardım alaraq evə buraxılmışdır. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş, yol patrul xidməti inspektoru onu alkotester vasitəsilə yoxlamış və spirtli içməsi faktı aşkar edilməmişdir. Avtomobili idarə etmək hüququ və qüvvədə olan sürücülük vəsiqəsi vardır. Əməlindən peşmandır, təqsirini etiraf edir. Qeyd olunanlara əsasən barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, etibarnamə əsasında “X6” minik markalı, **-GE-*** d.q.n-lı avtomobili idarə edir. 09 yanvar 2024-ci il tarixdə saat 19 radələrində avtomobili ilə Sumqayıt şəhəri S.Vurğun küçəsi ilə H.Zeynalabdin qəsəbəsi istiqamətindən Sumqayıt şəhəri istiqamətinə düzünə təxminən 60-70 km/saat sürətlə hərəkətdə olmuş, onunla əks istiqamətdə “Toyota Prius” markalı avtmobil öz hərəkət istiqamətindən sola dönüş etməklə onun hərəkət yoluna çıxmaqla toqquşma baş vermiş, hadisə nəticəsində hər iki avtomobilə ziyan dəymişdir. Avtomoilində arxa oturacaqda oturmuş qohumu Zərərçəkmiş şəxs1 xəsarət almış və o, Sumqayıt TTYX-a tibbi yardım alaraq evə buraxılmışdır. Hadisdən əvvəl spirtli içki içməmiş, atomobili idarə etmək hüququ və qüvvədə olan sürücülük vəsiqəsi vardır. Hadisə nəticəsində özü də xəsarət almışdır. Hazırda Şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Namidər Məmmədov 26 fevral 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, qonşusu Zərərçəkmiş şəxs2 “X6” minik markalı, **-GE-*** d.q.n-lı avtomobili idarə edir. 09 yanvar 2024-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin arxa turacağında olarkən Namidar avtomobili ilə Sumqayıt şəhəri S.Vurğun küçəsi ilə H.Zeynalabdin qəsəbəsi istiqamətindən Sumqayıt şəhəri istiqamətinə düzünə hərəkətdə olmuş, onlarla əks istiqamətdə “Toyota Prius” marakalı avtmobil öz hərəkət istiqamətindən sola dönüş etməklə hərəkət yoluna çıxmış və toqquşma baş vermişdir. Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəymiş, xəsarət almış və Sumqayıt TTYX-da tibbi yardım alaraq evə buraxılmışdır. Hazırda Şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs1 26 fevral 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Şəxsla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnikleytenantı Səadət Qənbərovun 19 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Toyota Prius markalı **-DL-*** d.q.nişanlı avtomobilin sürücüsü Şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri S. Vurğun küçəsində avtomobillə hərəkətdə olarkən həmin küçədə əks istiqamətdə düzünü hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi Volksvaqen Polo minik markalı, **-GE-*** d.q.n-lı avtomobilin hərəkət yoluna çıxmaqla toqquşma baş vermiş nəticədə Zərərçəkmiş şəxs2 və onun idarə etdiyi Volksvaqen Polo markalı **-GE-*** d.q.nişanlı avtomobildə sərnişin qismində olan olan Raidə Yaşar qızına ehtiyatsızlıqdan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirməklə İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verdiyindən qəbul edilmiş qərarın surəti icra edilməsi məqsədi ilə Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməlidir. İş materiallarında olan “MTE və PA Birliyi” X8 Sumqayıt şəhər Şöbəsinin məhkəmətibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 83 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol bazu oynağının şişkinlik və ağrı hesaına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sol bazu oynağını əhatə edən geniş ölçülü qançırı xəsarətləri. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, tibbi yardıma müraciət etdiyi vaxtdan 3-5 əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə YNHsi zamanı yarana bilərdilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan “MTE və PA Birliyi” X8 Sumqayıt şəhər Şöbəsinin məhkəmətibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 82 saylı ekspert rəyinə əsasən, Namidər Məmmədovun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ aşıq-baldır oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu il müşayət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi, qançırı, sağ diz oynağının ön səthinin sıyrığı, sol baldırın orta 3/1-nin ön səthinin qançırı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, tibbi yardıma müraciət etdiyi vaxtdan 3-5 əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə YNHsi zamanı yarana bilərdilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 izahatından görünür ki, qonşusu Zərərçəkmiş şəxs2 X6 minik markalı **-GE-*** d.q.nişanlı avtomobili idarə edir. 09 yanvar 2024-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs2 avtomobilin arxa turacağında olarkən Namidar avtomobili ilə Sumqayıt şəhəri S. Vurğun küçəsi ilə H. Zeynalabdin qəsəbəsi istiqamətindən Sumqayıt şəhəri istiqamətinə düzünə hərəkətdə olmuş, onunla əks istiqamətdə Toyota Prius marakalı avtmobil öz hərəkət istiqamətindən sola dönüş etməklə hərəkət yoluna çıxmış və toqquşma baş vermişdir. Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəymiş, xəsarət almış və Sumqayıt TTYX-da tibbi yardım alaraq evə buraxılmışdır. Beləliklə məhkəmə hesab edir, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapır. Ona görə də, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 327.8-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinə görə Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Maddənin 5-ci hissəsinə görə Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını məsiliyyəti yüngüləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X2 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar