Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-401/2021 01.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, protokol tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin yol patrul xidmətinin inspektoru, polis serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Həmzəli ərazisi D., Əfədnilər kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin yol patrul xidmətinin inspektoru, polis serjantı X3 tərəfindən 26.01.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.2-ci maddələri ilə inzibati xəta haqqında AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, **-VS-*** dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobili etibarnamə ilə idarə edən xx.xx.1984-cü ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Həmzəli ərazisi D., Əfədnilər kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi fərdi evdə yaşayan sürücü Şəxs Sumqayıt şəhəri, Sülh-Koroğlu küçələrinin kəsişməsində hərəkət edən zaman işıq cihazından istifadə qaydasını pozaraq saxlanılmışdır. Həkim yoxlanışından keçən zaman sürücünün sərxoş olması müəyyən olunmuşdur. Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 01 fevral 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin yol patrul xidmətinin inspektoru, polis serjantı X3 izahatında göstərdi ki, **-VS-*** dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobili etibarnamə ilə idarə edən Şəxs Sumqayıt şəhəri, Sülh-Koroğlu küçələrinin kəsişməsində hərəkət edən zaman işıq cihazından istifadə qaydasını pozduğuna görə saxlanılmışdır. Yoxlama zamanı sürücünün sərxoş olması aşkar olunmuşdur. Protokolu tərtib edən şəxs qeyd olunanların nəzərə alınmaqla məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsni xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaların törədilməsində özünü təqsirli bilərək, izahatında göstərdi ki, Sumqayıt şəhəri, Sülh-Koroğlu küçələrinin kəsişməsində hərəkət edən zaman işıq cihazından istifadə qaydasını pozaraq saxlanılmışdır. Həkim yoxlanışından keçən zaman onun sərxoş olması müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətalardan peşman olduğunun nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs 333.2-ci maddədən əlavə Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə də inzibati protokol tərtib edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun AR İXM-nin 329.1-ci maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Həmin Qanunun 37-ci maddəsinin İ bəndinin 13-cü hissəninə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Narkoloji Dispanserin baş həkimi K.Ə.Mehdiyev tərəfindən verilmiş 471 №li, 26 yanvar 2021 il tarixli aktdan görünür ki, Şəxs 26 yanvar 2021-ci il tarixdə həkim müayinəsindən keçmişdir. Müayinə zamanı sürücünün sərxoşluq vəziyyəti təsdiq olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə olunmuş Ağsu rayon polis şöbəsi tərəfindən Şəxs barəsində 10.03.2020-ci il tarixdə tərtib olunmuş İXP ******* inzibati protokola əsasən Şəxs 10.03.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək, 400 manat məbləğində cərimə olunmuşdur. İş materiallarından görünür ki, Şəxs məxsus AC 225442 № li sürücülük vəsiqəsi 21.07.2016-cı ildən 21.07.2026-cı ilədək etibarlıdır. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, onun özünün izahatı, Ağsu rayon polis şöbəsinin 10.03.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı və Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 471 №li 26.01.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə Şəxs il ərzində təkrar sərxoş halda avtomobili iadrə etməsi öz təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmaqla, cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-401/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-401/2021
01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver