Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-402/2022 28.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, qərardan şikayət vermiş şəxs X8, qərarından şikayət verilmiş orqan- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat –İstintaq Baş İdarəsinin təhqiqatçısı X5 iştirakları ilə, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 509.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin 12 yanvar 2022-ci il tarixli, 10000/0022 saylı inzibati tənbeh vermə haqqında qərarından X16 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X16 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin (bundan sonra mətndə Əməliyyat-İstintaq Baş İdarəsinin) tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 509.1-ci maddəsi ilə inzibati qaydada 600,00 manat cərimə olunması ilə bağlı tərtib olunmuş 12.01.2022-ci il tarixli 10000/0022 saylı inzibati tənbeh vermə haqqında qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X16 şikayətində göstərmişdir ki, o, 02.07.2021-ci il tarixdən "xxxx" MMC-də gömrük brokeri vəzifəsində işləyir. 02.01.2022-ci il tarixdə işdə olduğu zaman AR Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən "xxxx" MMC və "xxxx" MMC-nin ofisində gömrük brokeri kimi fəaliyyətin gömrük qanunvericiliyinə uyğun olubolmaması məqsədi ilə yoxlama tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlərin nəticəsi olaraq onun və 6 nəfər işçi barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq qərarlar qəbul olunmuşdur. Belə ki, onun barəsində Əməliyyat-İstintaq Baş İdarəsi İXM-nin 509.1 maddəsilə inzibati qaydada 600 AZN cərimə olunması ilə bağlı inzibati tənbeh vermə haqqında 12.01.2022-ci il tarixli ( N 10000/0022) qərar qəbul olunmuşdur. İnzibati tənbeh vermə haqqında 12.01.2022-ci il tarixli qərarlar ona və 6 nəfər işçiyə rəsmi qaydada təqdim olunmasa da, Əməliyyat-İstintaq Baş İdarəsinin vəzifəli şəxsi tərəfindən 25.01.2022-ci il tarixdə sözü gedən qərarların kserosurəti şəxsən şirkətin rəhbəri X10 təqdim olunmuşdur. Barəsində tərtib olunmuş qərarla bağlı material tərəfindən öyrənilərkən məlum olmuşdur ki, aparılmış araşdırma zamanı sübutlar kifayət qədər toplanılmamışdır. Nəticədə barəsində əsassız və qanunsuz qərar qəbul olunmuşdur. Onun qanunsuz brokerlik fəaliyyəti ilə məşğul olmasını özündə əks etdirən inzibati xəta törətdilməsi faktı öz təsdiqini tapmamışdır. Araşdırma zamanı da verdiyi izahatda o heç bir qanunsuz brokerlik fəaliyyəti ilə məşğul olmadığını bildirmişdir. O, sadəcə təcrübəçi kimi işi öyrənmək məqəsədi ilə ixtisas attestatı olan brokerlərin yanında işi öyrənmiş və müstəqil heç bir iş görməmişdir. Eyni zamanda şirkətin rəhbəri X6 imtihandan keçmək üçün onun nəzəri təlimlərində iştirakçı olmuşdur. İzahatı alınarkən ona psixoloji və digər təzyiq təsir tədbirləri göstərilmişdir. İzahatında saxtalaşdırma aparılmışdır. O, izahatında heç bir bəyannamə tərtib etmədiyini və buna səlahiyyətinin olmamasını qeyd etmişdir. Lakin, izahatında isə bunun tam əks qeyd olunaraq ona imza etdirilmişdir. Nəticədə barəsində heç bir sübut və dəlil olmadan inzibati tənbeh vermə haqqında qəbul olunmuş qərarı düzgün hesab etməmişdir. Buna görə də vətəndaş olaraq hüquqlarının pozulduğu qənaətindədir. Hesab edir ki, yuxarıda qeyd etdiyi halların olmasını nəzərə alaraq pozulmuş hüquqlarının bərpası və barəsində əsassız qəbul olunmuş qərarla bağlı məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 07.02.2022ci il tarixdə daxil olmuşdur. İXM-nin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 16 fevral 2022-ci il tarixə təyin edilmişdir. Lakin, qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş materiallar məhkəməyə göndərilmədiyindən işin baxılması 28 fevral 2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X16 şikayətə uyğun izahat verərək barəsindəki 12.01.2022-ci il tarixli 10000/0022 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X14 izahatında bildirdi ki, X16 Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 25.1-ci maddəsinə tələblərinə əsasən, səlahiyyətli gömrük orqanından ixtisas attestatı aldıqdan sonra gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirməli olduğu halda, belə hüquq olmadan qanunsuz olaraq, 02 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Xocasən qəsəbəsi ərazisində “Abşeron” Logistika Mərkəzinin yaxınlığında yerləşən "xxxx" MMC-yə məxsus ofisdə həmin Cəmiyyətin və faktiki olaraq eyni ofisdə fəaliyyət göstərən "xxxx" MMC-nin əməkdaşları olan Azərbaycan Respublikası vətəndaşları X19, X3, X25, X17 ilə bir qrup şəxs halında, müvafiq ixtisas atestatları olan, buna görə də bəyannamələri tərtib etmək hüququna malik direktor X18 ilə broker vəzifəsində işləyən X7 elektron imza kartları ilə gömrük bəyannamələri tərtib etməklə, Azərbaycan Respublikası gömrük qanunvericiliyinin tələbləri pozulmaqla gömrük təmsilçisi kimi qanunsuz fəaliyyət göstərmiş, elə həmin gün Əməliyyat-İstintaq Baş İdarəsi ilə Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş kompleks tədbirlər nəticəsində inzibati xətanın törədildiyi müəyyən edilmişdir. X8 İXM-nin 509.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı 34/154/059339 nömrəli raport, Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 1400- 013/001-25/008734 nömrəli məktub, 34/013/031438 nömrəli 03.12.2021-ci il tarixli raport, 02.12.2021-ci il tarixli akt, X20, X3, X25, X19, X16, X18, X15, əməliyyat müvəkkilləri X28, X9, X11 izahatları və işdə olan digər sənədlər ilə tam və kifayət qədər sübuta yetirilmişdir. X16 izahatında göstərmişdir ki, 2021-ci ilin iyul ayından "xxxx" MMC-də işləyir. Şirkətin fəaliyyəti logistik daşımalar, bəyannamələrin yazılmasından ibarətdir. Onun isə vəzifəsinə uyğun işi ofis işlərində ixtisas attestatı olan işçilərə köməklik etməkdən ibarət olmaqla, əlavə olaraq öyrənmək və köməklik etmək məqsədilə müxtəlif şikətlərin mənafeyi üçün bəyannamələri tərtib edir. Bu ilin noyabr ayında Dövlət Gömrük Komitəsində təşkil edilmiş gömrük təmsilçiliyi üzrə mütəxəssis müsabiqəsində o, Aytac Hacıyeva və Süleymanova Günay iştirak etmişdirlər, lakin müsabiqədən uğurla keçə bilmədikləri üçün ixtisas attestatı əldə edə bilməmişlər. 02 dekabr 2021-ci il tarixdə işdə olan zaman əvvəllər tanımadığı bir neçə mülki geyimli şəxs ofisə daxil olaraq, bəyannamə tərtib edib-etmədiklərini soruşmuşdurlar. O isə cavabında ixtisas attestatına malik mütəxəssilərə köməklik üçün gömrük bəyannamələrni tərtib etdiyini bildirmişdir. Gömrük bəyannamələrinin tərtib etmək təcrübəsinə tam olaraq yiyələnməsə də, ixtisas attestatına malik mütəxəssisin köməkliyi ilə tərtib etməyi öyrənir. Həm deklarantlara kömək etmək, həm də müəyyən bilikləri əldə etmək üçün bəyannamələr tərtib edir. X1 və digər şəxslərin izahatlarını məhkəməyə təqdim edərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X16 barəsində 12.01.2022-ci il tarixli 10000/0022 saylı qərar qəbul edilərək X16 barəsində İXM-nin 509.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 600,00 manat məbləğində cərimə olunmuşdur. İş materialında olan 02 dekabr 2021-ci il tarixli aktdan görünür ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsinin Əməliyyat İdarəsinin Əməliyyat-Axtarış şöbəsinin böyük əməliyyat müvəkkili, gömrük xidməti polkovnikleytenantı X28, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili, gömrük xidməti polkovnik-leytenantı X21, həmin şöbənin böyük əməliyyat müvəkkili, gömrük xidməti baş leytenantı X9, bu aktı tərtib ediblər ondan ötrü ki, gömrük brokeri kimi fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən gömrük qanunvericiliyinin tələblərinə riayət olunub-olunmaması yoxlamaq məqsədi ilə kompleks tədbirləri həyata keçirilmişdir. Kompleks tədbirlər nəticəsində "xxxx" MMC-nin faktiki fəaliyyət göstərdiyi ünvanda X16, X17, X3, X26, X12 faktiki olaraq bəyannamə tərtib etmək hüququna malik X15 və X4 elektron imza kartları ilə gömrük bəyannamələrinin tərtibatı fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. İş materialında olan 04.12.2021-ci il tarixli X8 izahatından görünür ki, o izahatında göstərmişdir ki, 2021-ci ilin iyul ayından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində broker vəzifəsində işləyir. Şirkətin fəaliyyəti logistik daşımalar, bəyannamələrin yazılmasından ibarətdir. Onun isə vəzifəsi uyğun işim ofis işlərində İxtisas attestatı olan işçilərə köməklik etməkdən ibarət olmaqla, əlavə olaraq öyrənmək və köməklik etmək məqsədilə müxtəlif şikətlərin mənafeyi üçün bəyannamələri tərtib edir. 02 dekabr 2021-ci il tarixdə işdə olan zaman əvvəllər tanımadığı bir neçə mülki geyimli şəxs ofisilərinə daxil olaraq, onlardan bəyannamə tərtib edib-etmədiklərini soruşduqda o, isə cavabında ixtisas attestatına malik mütəxəssilərə köməklik üçün gömrük bəyannamələrni tərtib etdiyini bildirmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.12-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 231.1, 480 – 505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 25.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından ixtisas attestatı almış mütəxəssislər gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququna malikdirlər. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən bu Məcəllənin 25.1-ci maddəsində göstərilən mütəxəssislər gömrük rəsmiləşdirilməsi ilə əlaqədar əməliyyatları gömrük brokerinin adından yerinə yetirdikdə, onlar gömrük brokerini təmsil edən şəxs hesab olunurlar. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Əməliyyat- İstintaq Baş İdarəsinin 12 yanvar 2022-ci il tarixli, 10000/0022 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi X16 tərəfindən məhkəməyə təqdim olunmamışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X16 ixtisas attestatı almış mütəxəssislər gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququna malik olmadan qanunsuz olaraq ixtisas attestatına malik mütəxəssislərə köməklik üçün gömrük bəyannamələri tərtib etdiyini özü izahatında etiraf etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 25.2-ci maddəsinə əsasən bu Məcəllənin 25.1-ci maddəsində göstərilən mütəxəssislər gömrük rəsmiləşdirilməsi ilə əlaqədar əməliyyatları gömrük brokerinin adından yerinə yetirdikdə, onlar gömrük brokerini təmsil edən şəxs hesab olunurlar. X16 gömrük brokerini təmsil edən şəxs hesab olunmadan ixtisas atesstatına malik mütəxəssislərə köməklik üçün gömrük bəyannamələrini tərtib etmişdir. Beləliklə də inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X8 İXM-nin 509.1-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X8 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta haqqında 10000/0022 saylı, 12 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X16 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-402/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-402/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver