Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-402/2025 12.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov isfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında MN ******* seriyalı, xx.xx.2025-ci il tarixli protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 3928/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Protokolu tərtib etmiş böyük icra məmuru Gülmalı Əzizov izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin qeyd olunan icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 4150 manat borc və ödənilməmiş 61.50 manat dövlət rüsumu tutularaq X8ya ödənilməlidir. Həmin icra vərəqəsi xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin icra sənədi əsasında qəbul edilmiş icraata başlamaq haqqında qərar və bildiriş borcluya təqdim edilmiş, lakin tələb könüllü icra müddətində, nə də sonraki vaxtlarda icra edilməmişdir. Borclu Şəxs Yasamal rayonu ərazisndə qeydiyyatsız yaşaması barədə DİN-dən təqdim edilmiş arayışa əsasən həmin icra sənədi Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Yasamal rayon icra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Akt”-ın məzmunundan görünür ki, adı çəkilən icra sənədini icra etmək məqsədilə arayışda göstərilən ünvan 2 ünvanına gedilmiş, lakin borclu Şəxs həmin ünvanda yaşamadığı müəyyən edilmiş, bu səbəbdən xx.xx.2024-cü il taridə icra sənədi ərazi aidiyyatı üzrə yenidən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Qeyd edir ki, borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı əmlak və ya rəsmi gəlir yeri aşkar etməmişdir. Şəxs “Vətən Müharibəsi” iştirakçısı olduğundan və ona dövlət tərəfindən aylıq 80 manat müavinətə 3 ay inkasso sərəncamı göndərmiş, müvafiq olaraq hər ay tutmalar həyata keçrimişdir. Lakin tələbkar xanım İcra İdarəsinə özünə məxsus bank hesabını təqdim etmədiyi üçün həmin məbləğləri tələbkara ödəmək mümkün olmamışdır. İnkasso sərəncamları nəticəsində borcludan tutulan pullar İcra İdarəsinin depozit hesabında saxlanılır. X8 borcu tam tələb etdiyi üçün hesab təqdim etməkdən imtina etmişdir. Məhkəmə iclasında İcra məmuru Gülmalı Əzizov ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, borclunun 3-cü şəxslərdə olan əmlak vəziyyətini yoxlamamış, bundan başqa Elektron icra İnformasiya sistemində Şəxs "xxxx" MMC-də işlədiyi qeyd edilsə də, sonuncunun həmin müəssisədə işləyib- işləmədiyini, işədiyi halda tələbin həmin şəxsin gəlirlərinə yönəldilməsi barədə hər hansı icra tədbiri həyata keçirməmiş, bundan başqa zərəçəkmiş şəxsin borclunun Sumqayıt şəhəri Corat qəsəbəsində yaşadığı ünvanı işarə etsə də, həmin ünvana baxış keçirərək mənzildə tələbin yönəldilə biləcəyi hər hansı daşınar əşyanın olub-olmamasını müəyyən etməmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, tələbkara 4150 manat borc və ödənilməmiş 61.50 manat dövlət rüsumunu qəbul edir. Halhazırda həmin borcdan heç bir ödəniş edə bilmir. Belə ki, Vətən müharibəsi iştirakçısı olmaqla hal hazırda Bakı şəhəri Yasamal rayonu ərazisində Murtuza Muxtarov küçəsi fərdi yaşayış evində ailəsi ilə birlikdə kirayə yaşayır. Dəfələrlə tələbkara bank hesabını təqdim etməsini xahiş etsə də, nə o, nə də İcra İdarəsi tərəfindən ona ödəniş etməsi üçün bank hesabı təqdim edilməmişdir. Hər ay borcundan 200 manat ödəniş edə bilər. 2 azyaşlı övladı var, fəhləlik etməklə ailəsinin dolanışığını təmin edir, ailədə ondan başqa işləyən yoxdur. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. X6 məhkəmədə verdiyi izahatında bildirdi ki, həmin pula ehtiyacı var. Onda olan dəqiq məlumata əsasən borclu Şəxs Sumqayt şəhəri Saray qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Buna öz gözləri ilə şahidi olmuş, bu barədə icra məmurunu məlumatlandırsa da, həmin ünvana baxış keçirilməmişdir. Borcludan tutularaq depozit hesabına köçürülmüş məbləğin az olduğu üçün o, özünə məxsus bank hesabını nə icra məmuruna, nə də Ehtirama vermişdir. Qeyd edir ki, ayda 40 manat ödənişin edilməsini qəbul etmir, hər ay 500 manat ödənilərsə hissə-hissə ödənişə razılaşa bilər. Əks halda Şəxs həbs olunmasını tələb edir. Barəsində protokol tərtib edilmiş Şəxs vəkili Vəkil borclunun hərəkətlərində hər hansı qərəz olmadığını, imkansızlıq səbəbindən borcu ödəyə bilmədiyini bildirmişdir. İcra məmuru tərəfindən qanunamüvafiq bütün icra tədbirləri edilmədən protokol tərtib edilməsini, 2 azyaşlı övladının olmasını əsas gətirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3928/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 4150 manat borc və ödənilməmiş 61.50 manat dövlət rüsumu tutularaq iddiaçı Günel Əbilovaya ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərar və “Qərarın könüllü icrası barədə” xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs qərarı və könüllü icra barədə bildirişi xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin elektron portalından verilmiş müvəqqəti qeydiyyat vəsiqəsinə görə Şəxs ünvan 2 ünvanında müvəqqəti qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verrilməsi üzrə komissiyadan verilmiş M/V 098900 № li Vəsiqədən Şəxs müharibə veteranı olması müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamları ilə “Fizulinin azad olunması”, “Xocavəndin azad olunması”, “Cəbrayılın azad olunması” medalları ilə təltif edilmişdir. Elektron İcra İnformasiya sistemindən işə əlavə edilmiş məlumatdan görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. “İcra haqqında” qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Belə ki, “İcra haqqında” AR qanunun 43-cü maddəsində qeyd olunan məcburi icra tədbirlərindən biri də tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə və tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsidir. Həmin Qanunun 43.1.5-ci maddəsinə görə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər həyata keçirilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsin izahatını dinləyib inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən icra sənədindəki tələbin ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Məhkəmə göstərilənlərlə bağlı aşağıdakıları qeyd etməyi vacib hesab edir: Belə ki, göründüyü kimi qeyd edilən icra vərəqəsi xx.xx.2023-cü il tarixdə İcra İdarəsinin icraatına daxil olmuş, daha sonra borclunun Yasamal rayonu ərazisində yaşadığı əsas tutularaq həmin iş ərazi aidiyyatı üzrə qeyd edilən İcra şöbəsinnə göndərilmiş, lakin Yasamal rayon İcra şöbəsindən həmin icra sənədi aidyyatı üzrə yenidən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş elektron icra informasiya sistemindən əldə edilmiş çıxarışdan borclunun "xxxx" MMC-də işlədiyi müəyyən edilsə də, bu barədə icra məmuru tərəfindən hər hansı qanunamüvafiq icra tədbiri həyata keçirilməmişdir. Bundan başqa məhkəmə iclasında zərəçəkmiş şəxs Günel Əbilova icra məmuruna borclunun Sumqayıt şəhərində faktiki yaşadığı yer barədə məlumat verməsinə baxmayaraq sonuncu bu hissədə yenə də hərəkətsizlik edərək nədənsə qanunamüvafiq icra tədbirini həyata keçirməmiş, həmin ünvana baxış keçirməklə mənzildə tələbin yönəldilə biləcəyi hər hansı daşınar əşyanın olub-olmasını yoxlamamşdır. Eyni zamanda qeyd edilməlidir ki, icra məmuru borclunun 3-cü şəxslərdə əmlakının olub-olmaması barədə hər hansı icra tədbiri həyata keçirməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu “Vətən Müharibəsi” iştirakçısı olmaqla aktiv döyüş əməliyyatlarında iştirak etmişdir. Onun aylıq əldə etdiyi 80 manat müavinətə icra məmuru tərəfindən inkasso sərəncamları tətbiq edilmiş, vəsait tutulsa da zərəçəkmiş şəxs tərəfindən ona məxsus bank hesabı təqdim edilmədiyindən köçürmə mümkün olmamışdır. Halbuki depozit hesabında zərəçəkmiş şəxsə məxsus vəsait hazırda qalmaqdadır. Bundan başqa məhkəmə iclasında o da müəyyən edilmişdir ki, borclu zərərçəkmiş şəxsdən borcunu hissə-hissə ödəmək üçün bank hesabını tələb etmiş, lakin zərərçəkmiş borcu tam tələb etdiyi üçün bank hesabı təqdim etməmişdir. Göründüyü kimi icra məmuru borclunun məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi görüntüsü yaradaraq zərəçəkmiş şəxsin ona təqdim etdiyi borclunun faktiki yaşadığı ünvanda hər hansı qanuni icra tədbiri həyata keçirməmiş, borclunun elektron sistemdə gəliri müəyyən edilsə də, bu hissədə hər hansı tədbir görməmiş, borclunun 3-cü şəxslərdə əmlakının olub-olmamasını yoxlamamış, borcludan inkasso sərəncamı əsasında tutulan vəsaitin Günül Əbilovanın hesabına köçürülməsi üçün bank hesabının əldə edilməsində hərəkətsizlik etmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, icra məmuru borclunun borcunu ödəməsi üçün “İcra Haqqında” qanuna uyğun olaraq bütün mümkün icra tədbirlərini həyata keçirmədən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Göründüyü kimi bütün imkanlar tükənmədən icra məmuru sərt inzibati təsir tədbirinin tətbiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Ehtiram Hüseynovun əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil İlham qızına həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-402/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-402/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver