Məhkəmə qərarları › İş №3(060)-403/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-403/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-403/2024 12.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X7, Zərərçəkmiş şəxslər X2, X8 və X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx.xx.1986-cı ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, Laçın rayonu, Seyidlər kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində saat 00:20 radələrində taksi kimi fəaliyyət göstərən X3 idarə etdiyi “Opel Astra” minik markalı, 99SS628 dövlət qeydiyyat nişanlı avtomobilinə sərnişin qismində əyləşərək Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazinə sürməsini xahiş etmiş, həmin ərazidə avtomobildən düşüb danışmaq adı ilə Ə.Məmmədova məxsus hal-hazırda dəyəri 380 manat olan “Samsung Galaxy M14” markalı mobil telefonu alaraq kənara çəkilib guya telefonla danışmış, daha sonra oradan qaçıb uzaqlaşmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində X8 idarə etdiyi “Renault Megane” markalı avtomobilinə sərnişin qismində əyləşmiş və ona məxsus 01 ədəd 260 manat dəyərində “Honor X5” markalı mobil telefonu oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:40 radələrində X5 idarə etdiyi “Toyota” minik markalı, 77KF634 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Mərkəzi Bazarın yanında olan zaman Şəxs sərnişin qismində avtomobilə əyləşmiş, sürücü Şəxs Sumqayıt şəhəri, mkr 13, ev 53 nömrəli evin yanına gətirmiş, Şəxs danışmaq adı ilə F.Dəmirova məxsus hal-hazırda dəyəri 440 manat olan “Honor X8” markalı mobil telefonu götürüb getmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X12 tərtib etdiyi protokollara uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Xırdalan şəhərində olan zaman adını və nömrəsini bilmədiyi taksi sürücüsünə zəng edib aparmağı xahiş etmiş, daha sonra taksi sürücüsü onu Sumqayıt şəhəri, mkr 17 ərazisinə gətirmişdir. O, avtomobildən düşüb taksi sürücüsündən danışmaq adı ilə telefon istəmiş, sürücü öz telefonunu ona təqdim etmiş, daha sonra o, özünü telefonla danışmış kimi göstərərək həmin telefonu götürüb qaçmışdır. Telefon sahibi arxasınca qaçsa da ona çata bilməmiş, o hadisə yerindən uzaqlaşmışdır. Lakin, bundan bir neçə dəqiqə sonra əraziyə yaxın yerdə polis əməkdaşları onu saxlamışlar. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayonda olan zaman sərnişin kimi əyləşdiyi “Renault Megane” markalı avtomobildən X10 məxsus telefonu gizli olaraq götürməklə ərazidən uzaqlaşmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 18:40 radələrində Sumqayıt şəhəri Mərkəzi Bazarın yanında taksi kimi dayanan “Toyota” minik markalı, 77KF634 dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb onu Sumqayıt şəhəri, mkr 13, ev 53 saylı ünvana aparmağı xahiş etmiş, sürücü F.Dəmirov onu həmin ünvana çatdırmış, daha sonra o, danışmaq üçün sürücüdən mobil telefon istəmiş, sürücü mobil telefonu ona vermişdir. O, sürücünün başının qarışmasından istifadə edərək danışa-danışa ərazidən uzaqlaşmışdır. Etdiyi əməllərdən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X1 Yasin Sərdar oğlunun əməlindən peşman olduğunu, məcburi köçkün olmasını və götürdüyü 1 ədəd telefonu zərərçəkmiş şəxs Ələmdar Məmmədova qaytardığını bildirərək onun barəsində həbslə bağlı olmayan yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixində saat 00:20 radələrində taksi kimi fəaliyyət göstərən idarə etdiyi “Opel Astra” minik markalı, 99SS628 dövlət qeydiyyat nişanlı avtomobilinə Şəxs sərnişin qismində əyləşərək Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazinə sürməsini xahiş etmiş, həmin ərazidə avtomobildən düşüb danışmaq adı ilə ona məxsus hal-hazırda dəyəri 380 manat olan “Samsung Galaxy M14” markalı mobil telefonu alaraq kənara çəkilib telefonla danışmışdır. Həmin vaxt Şəxs hərəkətlərindən şübhələnərək yerə düşmüş və telefonunu tələb etmişdir. Şəxs isə telefonu indi qaytaracam deyərək danışmağa davam etmiş və anidən qaçaraq oradan uzaqlaşmışdır. Şəxs arxasında qaçaraq telefonunu tələb etsə də, sonuncu onun çağırışlarına əhəmiyyət verməmişdir. Bu zaman ərazidə olan PPX əməkdaşlarını görmüş, hadisə barədə onlara məlumat vermişdir. Bir az sonra PPX əməkdaşları həmin şəxsi saxlamışlar və onun telefonunu bölmədə təqdim etmişlər. Telefonu qaytarılsa da ona maddi və mənəvi zərər dəymişdir. Ona görə də şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X14 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində onun idarə etdiyi “Renault Megane” markalı avtomobilinə Şəxs sərnişin qismində əyləşmiş, daha sonra onu 17-ci kimrorayona gətirmişdir. Həmin yerdə Şəxs ona məxsus 01 ədəd 260 manat dəyərində “Honor X5” markalı mobil telefonu və 2-3 manat məbləğində pulu başının qaışmasından istifadə edib gizli olaraq talamışdır. Şikayətçi olduğunu göstərərək dəymiş ziyanın ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, o, “Toyota” minik markalı, 77KF634 dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 18:40 radələrində Sumqayıt şəhəri Mərkəzi Bazarın yanında taksi kimi dayanan zaman Şəxs ona yaxınlaşaraq onu Sumqayıt şəhəri, mkr 13, ev 53 saylı ünvana aparmağı xahiş etmiş, o da Şəxs həmin ünvana çatdırmış, daha sonra Şəxs yerə düşdüküdən sonra həyat yoldaşı ilə danışmaq adı ilə ondan mobil telefon istəmişdir. O, telefonu Yasinə vermiş, özü isə avtomobildə gözləmişdir. Daha sonra avtomobildən düşərək həmin şəxsi axtarsa da, tapa bilməmişdir. O, telefonu 3 gün olar kreditlə almış, hadisə nəticəsində ona 540 manat maddi ziyan dəymişdir. Telefonu kerditlə 540 manata almışdır. İndiki real dəyəri isə 440 manat ola bilər. Şikayətçi olduğunu göstərərək dəymiş ziyanın ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan HK-1/350 saylı yoxlama materialı üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Şahmar Səfərov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar şəxsin müəyyən edilib barəsində inzibati təsir tədbirinin görülməsindən ötrü qəbul olunmuş qəarın surəti aidiyyəti üzrə verilmişdir. İş materiallarında olan NK-1/336 material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Şəhriyar Kərimli tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar şəxsin müəyyən edilib barəsində inzibati təsir tədbirinin görülməsindən ötrü qəbul olunmuş qəarın surəti aidiyyəti üzrə verilmişdir. İş materiallarında olan NK-1/326 material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Səbuhi Dadaşov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar şəxsin müəyyən edilib barəsində inzibati təsir tədbirinin görülməsindən ötrü qəbul olunmuş qəarın surəti aidiyyəti üzrə verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixində saat 00:20 radələrində X3 380 manat olan “Samsung Galaxy M14” markalı mobil telefonu alaraq zərərçəkmiş şəxs görə-görə qaçıb uzaqlaşması əməlində Azərbaycan Respublikasının CM-nin 180-ci maddəsinin, xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində X8 idarə etdiyi “Renault Megane” markalı avtomobildən isə 01 ədəd 260 manat dəyərində “Honor X5” markalı mobil telefonu isə gizli olaraq talaması əməlində isə Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin əlamətləri olduğu üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin epizodlar üzrə xitam verilməli və iş üzrə materiallar həmin hissələrdə Sumqayıt şəhər prokurorluğuna göndərilməlidir. Belə ki, qeyd edilən epizodlardan birincisində soyğunçuluq cinayətinin, ikincisində isə oğurluq cinayətinin əlamətləri müəyyən edilmişdir. İkinci epizod üzrə zərər 500 manatdan aşağı olsa da şəxsin əməllərində təkrarçılığın olması səbəbindən Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin Qeydinin 3-cü hissəsinə əsasən həmin epizod üzrə cinayət əməldə cinayət əlamətləri müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeydin 3-cü hissəsinə əsasən bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 noyabr 2022-ci il tarixli Qərarına əsasən istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. İş üzrə həmçinin müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs X4 vurulmuş zərər üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi mövcudddur. Qeyd edilən inzibati xətanının törədilməsi barəsində icraat aparılan şəxsin öz etirafı, həmçinin zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, eyni zamanda digər iş materialları ilə tam sübuta yetirilmişdir. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxs X2 epizodu üzrə xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə Şəxs məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İş materiallarında olan "İnzibati qaydada tutma haqqında" xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:30-da tutulmuşdur və bu nəzərə alınaraq inzibati həbsin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X13 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 85, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli onun faktiki olaraq tutulduğu xx.xx.2024-cü il tarixdən, saat 00:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Şəxs oğlunun barəsində xx.xx.2024-cü il tarixli MN2009417 saylı və xx.xx.2024-cü il tarixli MN2009412 saylı inzibati xəta haqqında protokollar əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və inzibati xəta haqqında işdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177 və 180 maddəsində nəzərdə tutulmuş cinayətlərin əlamətləri olduğu üçün iş üzrə materiallar Sumqayıt Şəhər Prokurorluğuna göndərilsin. Vəkil X13 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar