Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-404/2022 29.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Şikayət verən şəxs X2 iştirakı ilə, X5 tərəfindən verilmiş TP ******* saylı, 28 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə ictaata xitam verilməsinə dair şikayət ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş TP ******* saylı, 28 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayətə baxılması 06 may 2022-ci il tarixə təyin edilmiş, lakin qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işin baxılması 25 may 2022-ci il tarixə təxirə salınmışdır. 25 may 2022-ci il tarixdə qərarından şikayət verilmiş orqanın nümayəndəsi yenə də məhkəmə iclasına gəlmədiyindən işin baxılması 29 iyun 2022-xi il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında X5 ərizə təqdim edərək TP ******* saylı, 28 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla ona tətbiq edilmiş 150,00 manat məbləğində cəriməsini ödədiyini, buna görə də şikayətinin baxılmadan geri qaytarmasını xahiş etmişdir. Məhkəmə şikayətçini və onun ərizəsini nəzərə alaraq hesab edir ki, qərardan verilmiş şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, X5 tərəfindən verilmiş ərizədən görünür ki, X5 TP ******* saylı, 28 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar üzrə barəsinə 150,00 manat məbləğində cəriməsini ödəmiş və hazırkı işi baxılmadan geri qaytarmasını bildirmişdir. Məhkəmə hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddəsinə əsasən, məhkəmə qərara aldı: X5 tərəfindən verilmiş TP ******* saylı, 28 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə ictaata xitam verilməsinə dair şikayət ərizəsi ona əlavə olunmuş sənədlə birlikdə X3 geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-404/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-404/2022
29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver