Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-404/2023 01.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə Qərardan şikayət vermiş şəxs Orucov Nurəli Hacı oğlunun iştirakı ilə, Orucov Nurəli Hacı oğlunun İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-ci il tarixli, MN ******* saylı qərarı ilə Orucov Nurəli Hacı oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 (altı yüz) manat cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Qərara görə Orucov Nurəli Hacı oğlu Sumqayıt şəhəri, Novxanı bağları, Qaçaq Nəbi ünvanında yerləşən 509 nömrəli bağ sahəsindən lisenziya və ya icazə olmadan faydalı qazıntı olan qum daşımışdır. Qeyd edilən qərardan narazı qalan Orucov Nurəli Hacı oğlunun şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ilə ünvan 2 ünvanında daimi qeydiyyatda olan Orucov Nurəli Hacı oğlu Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Aşağıdakılara əsasən hesab edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar araşdırılmamış, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar sübuta yetirilməmişdir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar ləğv olunmalıdır. Belə ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi öz qərarını onunla əsaslandırmışdır ki, vətəndaş Orucov Nurəli Hacı oğlu Sumqayıt şəhəri, Novxanı bağları, Qaçaq Nəbi ünvanında yerləşən 509 nömrəli bağ sahəsindən lisenziya və ya icazə olmadan faydalı qazıntı olan qum daşımışdır. Tərtib olunmuş protokoldan və qəbul edilmiş qərardan da göründüyü kimi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hər hansı mötəbər sübuta əsaslanmamış, yalnız şikayətçinin ərizəsində qeyd olunan əsassız xüsusatlar əsas götürərək qanunsuz qərar qəbul etmişdir. O Sumqayıt şəhəri, Novxanı bağları, Qaçaq Nəbi ünvanında yerləşən 509 nömrəli bağ sahəsini ərazidə fərdi yaşayış evi tikdirmək üçün müəyyən müddət əvvəl almış, lakin sonradan maddi imkanları məhdud olduğu üçün digər şəxsə satılması üçün təklif etmiş və 6-7 aydan sonra satmışdır. O Sumqayıt şəhəri, Novxanı bağları, Qaçaq Nəbi ünvanında yerləşən 509 nömrəli bağ sahəsindən faydalı qazıntı olan qum daşımamışdır. Belə ki, nə tərtib olunmuş inzibati protokolda, nə də qəbul olunmuş qərarda onun tərəfindən Sumqayıt şəhəri, Novxanı bağları, Qaçaq Nəbi ünvanında yerləşən 509 nömrəli bağ sahəsindən faydalı qazıntı olan qumun daşınmasını təsdiq edən sübutlar yoxdur və bu kimi faktlar aşkar edilməmişdir. Göründüyü kimi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi işin faktiki hallarını araşdırmayaraq sübutlara düzgün qiymət verməyərək onun tərəfindən inzibati xətanı törətməsi qənaətinə gəlmişdir. İnzibati xəta haqqında protokol tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası İXMnin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında qeyd edir ki, inzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları əks etdirən sənəd olaraq inzibati delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs Orucov Nurəli Hacı oğlu şikayətini müdafiə etdi, təmin edilməsini xahiş etdi və bildirdi ki, təxminən 2021-ci ildə həmin torpaq sahəsini notarial alqı-satqı müqaviləsi ilə almış, orada ev tikdirmək istəmiş, problem olduğundan fikrindən daşınmış, torpaq sahəsini notarial alqısatqı müqaviləsi ilə satmışdır. Torpaq sahəsini alanda ora qazılmış vəziyyətdə olmuşdur. Orada qzıntı işi aparmamış, qum satmamış, oranın qumundan və torpağından icazəsiz istifadə etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilərək Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı bu işlə əlaqəsi olan, xx.xx.2022-ci il tarixli, NK- 1/2795 saylı material Sumqayıt ŞPİ-nin 1-ci PB-dən alınaraq öyrənilmişdir. xx.xx.2022-ci il tarixli, NK-1/2795 saylı materialla bağlı aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Qaçaq Nəbi küçəsi, bağ evi sahəsində yaşayan X4 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək qeyd olunan ünvanda bağ sahələrində evlərinin kənarının 12 metr dərinliyində qazılaraq evlərinə zərər vurulması, evlərinin qəzalı vəziyyətə düşməsi, ətrafdakı ərazilərdə dərin quyular yaranması və qum daşınmasını bildirmiş və bu barədə tədbir görülməsini xahiş etmişdir. Təhqiqat zamanı izahatı alınmış X4 izahatında göstərmişdir ki, onun Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən bağlar massivində özünə məxsus olan 12 sot torpaq sahəsi var, həmin torpaqda ev tikmiş və bağ evi kimi istifadə edir. Lakin qonşuluqda yaşayan şəxslər onun bağ sahəsinə bitişik torpaq sahəsində torpağı xeyli dərin qazaraq həmin torpağı aparıb satırlar, həmin torpaq sahəsini dərin qazdıqdan sonra onun bağ sahəsinin divarı qismən dağılmışdır. Bağının divarının dağılması nəticəsində ona təxminən 3-4 min manat ziyan vurulmuşdur. Həmin işin materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən ərazi Hidayət Musayevə məxsus bağ evidir. Torpaq sahəsi təxminən 12 sotdur. Ərazi genişdir, dəmir darvaza açıldıqdan sonra həyətə daxil olunur. Həyətə dar uzun yol gedir, həmin yoldan keçib həyətə daxil olunur, həyətin digər tərəfində divar uçmuşdur, dağılmışdır. Həmin həyət evinə bitişik olan digər torpaq sahəsi çox dərin qazılmışdır, orada divar xətti dağılmışdır, dərin qazılmış torpaq sahəsinə xeyli tör-töküntü yığılmışdır. Həmin işin materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış yoxlama materialları üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan “Cinayət işi üzrə icraatın rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir. Həmin işin materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş, Orucov Nurəli Hacı oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri olduğunda onun barəsində inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. NK-1/2795 saylı material məhkəmədə araşdırılarkən məlum olmuşdur ki, həmin araşdırmada Orucov Nurəli Hacı oğlunun həmin bağ sahəsində qazıntı işləri apararaq oradan faydalı qazıntı olan qumu daşıması, onun həmin işlərə aidiyyatı olması barədə heç bir sübut əldə olunmamış, həmin materialda yoxdur. X8 Hacı oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri olduğunda onun barəsində inzibati təsir tədbirləri görülməsi üçün qərarın surətinin aidiyyatı üzrə göndərilməsi hissəsi isə məhz Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bu iş üzrə tərtib etdiyi inzibati xəta haqqında protokol olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından görünür ki, Orucov Nurəli Hacı oğlu Sumqayıt şəhəri, Novxanı bağları, Qaçaq Nəbi ünvanında yerləşən 509 nömrəli bağ sahəsindən lisenziya və ya icazə olmadan faydalı qazıntı olan qum daşıdığına görə Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 76998 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında yaşayan X4 ona məxsus B-592 Novxanı bağ massivinin qonşuluğunda olan bağ sahəsində qazıntı işləri aparılması nəticəsində bağın hasarının uçması ilə bağlı ETSN-ə ünvanladığı şikayət məktubu araşdırılması üçün idarəyə göndərilmişdir. Vətəndaşın şikayət ərizəsi idarənin 05 yanvar 2023-cü il tarixli 006 saylı sərəncamına əsasən şikayətçi X2 iştirakı ilə yerində araşdırılma aparılmışdır. Aparılan araşdırma zamanı Novxanı bağ massivi, Qaçaq Nəbi ünvanında B-509 saylı bağa baxış keçirilərkən məlum oldu ki, bağ ərazisinin eni 20 metr, uzunluğu 80 metr olan boş sahədir. Dərin qazıntı işləri aparılmış, H.Musayevə məxsus B-592 saylı bağ sahəsinin yan divarı qazıntı aparılan tərəfə aşmışdır. Faktla bağlı araşdırma zamanı məlum olmuşdur ki, sözügedən bağ sahəsi ünvan 2-də yaşayan Orucov Nurəli Hacı oğluna məxsus olmuşdur. N.Orucovun verdiyi izahata görə bağ sahəsində ev tikmək məqsədi ilə ərazidə olan qumu daşımaq və digər işləri görmək üçün tanışı Abşeron rayon, Ceyranbatan qəsəbəsi, H.Əliyev küçəsi, ev 45-də yaşayan X3 müraciət etmişdir. R.Mehdiyevin izahatına görə bu işlərin aparılması üçün 2022-ci ilin yay aylarında əraziyə iki özüboşaldan Kamaz markalı avtomaşın və bir ekskavator cəlb edərək bağ ərazisində olan qumu 10-15 gün müddətində bağın ön tərəfindən eni 16 metr, uzunluğu 25 metr, dərinliyi 4 metr, orta hissəsindən eni 16 metr, uzunluğu 15 metr, dərinliyi 15 metr, giriş hissəsindən eni 16 metr, uzunluğu 40 metr, dərinliyi 0,2 metr cəmi 2080 kubmetr faydalı qazıntı olan qumu satış məqsədi ilə naməlum yerə daşımışdır. Ərazidə isə heç bir tikinti-quraşdırma işləri aparılmamışdır. Bağ sahəsi tam qazılandan sonra bağı Fuad adlı vətəndaşa satmışdır. Fuadla telefon əlaqəsai saxlanılmış və o bildirmişdir ki, sözügedən bağ sahəsini qazılmış vəziyyətdə Nurəli adında vətəndaşdan almışdır. Sonra Əsgər adlı bir nəfərə satmışdır. Qanunsuz götürülmüş 2080 kubmetr faydalı qazıntı olan quma görə 29120 manat məbləğində ziyan hesablanmışdır. Beləliklə sözügedən bağın əvvəlki sahibi N.Orucov və qumun daşınmasına və qazıntı işlərinə avtomaşınları cəlb edərək bu işlərə rəhbərlik edən R.Mehdiyev “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13,17 və 27-ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli 238 saylı qərarının tələblərini pozmuşdurlar. Ərazidən çəkilən fotoşəkillər akta əlavə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir...” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “..İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən və araşdırma aparılarkən araşdırma aparılmasının və inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə əməl edilməmiş, İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən Orucov Nurəli Hacı oğlunun şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, sözügedən bağ sahəsi xüsusi mülkiyyətdə olmuş, Orucov Nurəli Hacı oğlu həmin bağ sahəsini almış, sonra başqa şəxslərə satmışdır, onun göstərilən inzibati xətanı törətməsi öz təsdiqini tapmır. Sözügedən torpaq sahəsinin mülkiyyətçiləri, kimə məxsus olması, torpaq sahəsindən qum daşınmasının kim tərəfindən, nə vaxt təşkil edilməsi, Nurəli Orucovun buna aidiyyatı olubolmaması barədə qərəzsiz, inandırıcı və mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Orucov Nurəli Hacı oğlunın əməlində inzibati xəta tərkibi yoxdur, işdə olan bütün şübhələr onun xeyrinə həll edilməlidir. Eyni zamanda, səlahiyyətli orqan nəzərə almamışdır ki, tikinti aparılması üçün (araşdırmalarda bu göstərilir) qazıntı işlərinin aparıldığı torpaq sahəsi xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. Bağ sahələrində fərdi yaşayış evlərinin tikintisi və bu məqsədlə müvafiq işlərin görülməsi, həmin evlərin Dövlət qeydiyyatına alınması və s. Qanunla qadağan edilməmişdir və bu münasibətlər “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənmir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, Orucov Nurəli Hacı oğlu barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Orucov Nurəli Hacı oğlunın şikayəti təmin edilsin. Orucov Nurəli Hacı oğlunın İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-404/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-404/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver