Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-405/2021 11.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X2 iştirakı ilə, Sumqayıt şəhər polis idrarəsi X12 şöbəsinin yol patrul xidmətinin 22.12.2020-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X4 şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər polis idrarəsi X12 şöbəsi tərəfindən qəbul edilmiş 22.12.2020-ci il tarixli TP ******* saylı qərarın və həmin qərara əsasən hesablanmış cərimənin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsni xahiş etmişdir. X4 ərisəsində göstərmişdir ki, Sumqayıt şəhər polis idarəsi DYPŞ-si tərəfindən 22.12.2020-ci ildə TP ******* saylı qərar qəbul edilərək o, Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə edilmişdir. O, barəsində tərtib olunmuş qərarla razılaşmır. Belə ki, o, 8103 nömrəsinə sms icazə almaq üçün müraciət etmişdir. Lakin fikirli olduğundan SMS gec catmış, o SMS-in cavabı gəlmədən 5-6 dəqiqə evdən tez çıxmışdir. Buna görə də Sumqayıt şəhər DYPŞ-nin YPX-nin əməkdaşı tərəfindən Sahil küçəsində polis postunda cərimə olunmuşdur. Maddi imkanı çox acınacaqlı vəziyyətdədir, evi yoxdur. 11.01.2019-cu il tarixdə arvadı dəm qazından vəfat etmişdir. O, həmin qərarı qanunsuz və əsassız hesab edir və həmin qərarın məhkəmə tərəfindən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 02.02.2021ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır .İnzibati xəta haqqında işə baxılması 11 fevral 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsi X12 şöbəsinin nümayəndəsi məhkəməyə gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən X4 ərizəsini müdafiə edərək, ərizəyə uyğun izahat verib məhkəmədən şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisəli qərardan görünür ki, X4 barəsində 22.12.2020-ci il tarixdə saat 13:54-də TP ******* saylı qərar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Prezitenti Yaninda Vətandaşlara Xidmət və Sosial İnavasiyalar üzrə X3 X8 Mərkəzi və X9 birgə ərsəyə gətirdiyi 8103 SMS icazə sistemi 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Xüsusi Karantin Rejiminin X1 müəyyən olunmuş qaydada həyata keçirilir. Evdən çıxmalarına dair sms əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər. İcazələrin məqsədinə dair 2 kod təyin edilir. İcazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X4 törətdiyi inzbati xəta 22.12.2020-ci il tarixdə saat 13:54-də aşkar edilmişdir. Göründüyü kimi X4 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən onun Xüsusi Karantin Rejiminin X11 çıxmasına dair icazəsi olmamışdır. Müafiq qanunvericiliyin tələblərinə əsasən o, icazəni aldıqdan sonra yaşayış yerini tərk edə bilərdi. Məhkəmənin gəldiyi nəticə iş materiallarındakı sənədlərlə və şikayətçinin özünün izahatı ilə təsdiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər polis idarəsi X12 şöbəsinin inzibati xəta haqqında 22.12.2020-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarı qanunvericiliyin tələblərinə uyğundur və X2 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər polis idrarəsi X12 şöbəsinin inzibati xəta haqqında 22.12.2020-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər polis idrarəsi X12 şöbəsinin inzibati xəta haqqında 22.12.2020-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin olunmasın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-405/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-405/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver