Məhkəmə qərarları › İş №3(060)-405/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-405/2022

07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-405/2022 07.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi X13 oğlunun, zərərçəkmiş şəxs X4 etibarnamə üzrə nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məhəmməd oğlunun və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1978-ci ildə Xaçmaz rayonu, Çarxı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Məhəmməd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Məhəmməd oğlu barəsində cinayət işinin başlanmasının rədd olunması barədə 13.11.2021-ci il tarixli və 25.12.2021-ci il tarixli qərarlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələri ilə (bundan sonra mətndə İXM-nin) 07 fevral 2022-ci il tarixli MN seriyalı 1127692, 07 fevral 2022-ci il tarixli MN seriyalı ******* №li və 07 fevral 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs Məhəmməd oğlu 14.11.2021-ci il tarixdə Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsində küçədə keçmiş həyat yoldaşı X7 təhqir etmişdir; bundan başqa Şəxs Məhəmməd oğlu Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsində keçmiş həyat yoldaşı X7 mütamadi olaraq nalayiq ifadələrlə təhqir etmişdir; bundan başqa Şəxs Məhəmməd oğlu 15.12.2021-ci il tarixdə, sat 15:30-dək olan müddət ərzində X8 aid 50,00 manat dəyərində olan dəmir stolu Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, fərdi evin həyətindən oğurlanmışdır. Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs Məhəmməd oğlu barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 07 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Sumqayıt şəhər Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərardadı ilə Şəxs Məhəmməd oğlunun İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-405/2022, 3(060)-406/2022 və 3(060)-407/2022 №li işlər bir icraatda 3(060)-405/2022 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi X10 tərtib etdiyi inzibati protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 etibarnamə üzrə nümayəndəsi X5 izahatında bildirdi ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən fərdi evə qızı gedərkən, evin həyətində dəmir stolun yerində olmadığını müşahidə edilmişdir. Qızının keçmiş həyat yoldaşı Şəxs spirtli içki aludəçisi olduğundan evin əşyalarını sataraq spirtli içkiyə sərf etmişdir. Həmçinin Şəxs mütamadi olaraq qızı X3 yaşadığı Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, fərdi evdə nalayiq ifadələrlə təhqir etmişdir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məhəmməd oğlu inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, o, Sumqayıt şəhəri, St.ünvan 2 ünvanda keçmiş həyat yoldaşı ilə aralarında mübahisə baş versə də o X7 nalayiq ifadələrlə təhqir etməmişdir. Keçmiş həyat yoldaşının həmin evə köçürülməsi ilə bağlı məhkəmə qətnaməsi var. Uzun müddətdir ki, spirtli içki qəbul etmir. Ona məxsus olan dəmir stolu özü hazırlamış və pula ehtiyacı olduğundan dəmir stolu 3,00 manata satmışdır. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbl edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsini və protokolları tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Məhəmməd oğlunun İXMnin 510 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyi üçün həmin protokollara xitam verilməlidir. İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs Məhəmməd oğlunun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs Məhəmməd oğluna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Məhəmməd oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, təhqir özü-özlüyündə bir mənalı olaraq ictimai qaydanı pozma kimi qiymətləndirilməməlidir. Bu xarakterli inzibati xətalarda əməlin hansı məqsədlə və niyyətdə törədilməsinin müəyyənləşdirilməsi subyektiv baxımdan, belə hüquqpozmaların tövsüfünə bir başa təsir edir. Xuliqanlıq hüquqpozmalarında yol verilən hərəkətlər şəxsi münasibətlər zəmnində, qarşılıqlı münaqişə, konflikt nəticəsində deyil, mənəmmənəmlik, müştəbehlik, özünün ətrafdakıların fövqünə qoyma səbəbindən törədilir. İşin faktiki hallarından görünür ki, Şəxs Məhəmməd oğlu, X4 ünvanına nalayiq sözlər işlətməsi subyektiv baxımdan, mənəmmənəmliyə, özünü ətrafdakıların fövqünə qoymağa, ictimai qaydanı pozmağa deyil, yaranmış münaqişəni bu yolla həll etməyə yönəlmişdir. Başqa sözlə, Şəxs Məhəmməd oğlunun əməli xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Şəxsi münasibətlər zəmnində yaranmış münaqişə nəticəsində baş vermiş təhqir, zor tətbiq etmə və.s. bu kimi hərəkətlər xuliqanlıq hüquqpozması kimi qəbul edilməməlidir. Digər tərəfdən, şəxsi münasibətlər zəminində baş verən təhqir xarakteri daşıyan hüquqpozmaların təhqirin formasından, xarakterindən, edilmə şəraitindən aslı olaraq digər hüquqi tənzimləmə mexanizimləri var. Məsələn, cinayət xarakterli olduqda xüsusi ittiham qaydasında, mülki xarakterli olduqda şərəf və ləyaqətin alçaldılması üzrə və.s. Bundan başqa Şəxs Məhəmməd oğlu tərəfindən özünə məxsus dəmir stolun satılması xırda talama, yəni oğurlama, mənimsəmə, və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama kimi qiymətləndirilə bilməz. Şəxs Məhəmməd oğlunun hərəkətlərində İXM-nin 227 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaların tərkibi yoxdur. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs Məhəmməd oğlunun əməlində İXM-nin 227 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında icraata xitam verilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Məhəmməd oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələri ilə təqsirləndirilən Şəxs Məhəmməd oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar