Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-406/2022 07.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi X11 oğlunun, zərərçəkmiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məhəmməd oğlunun və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1978-ci ildə Xaçmaz rayonu, Çarxı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Məhəmməd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Məhəmməd oğlu barəsində cinayət işinin başlanmasının rədd olunması barədə 13.11.2021-ci il tarixli və 25.12.2021-ci il tarixli qərarlarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələri ilə (bundan sonra mətndə İXM-nin) 07 fevral 2022-ci il tarixli MN seriyalı 1127692, 07 fevral 2022-ci il tarixli MN seriyalı ******* №li və 07 fevral 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs Məhəmməd oğlu 14.11.2021-ci il tarixdə Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsində küçədə keçmiş həyat yoldaşı X6 təhqir etmişdir; bundan başqa Şəxs Məhəmməd oğlu Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsində keçmiş həyat yoldaşı X6 mütamadi olaraq nalayiq ifadələrlə təhqir etmişdir; bundan başqa Şəxs Məhəmməd oğlu 15.12.2021-ci il tarixdə, sat 15:30-dək olan müddət ərzində X7 aid 50,00 manat dəyərində olan dəmir stolu Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, fərdi evin həyətindən oğurlanmışdır. Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs Məhəmməd oğlu barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 07 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Sumqayıt şəhər Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərardadı ilə Şəxs Məhəmməd oğlunun İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-405/2022, 3(060)-406/2022 və 3(060)-207/2022 №li işlər bir icraatda 3(060)-405/2022 nömrə ilə birləşdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Məhəmməd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-405/2022, 3(060)-406/2022 və 3(060)-407/2022 №li işlər bir icraatda 3(060)-405/2022 nömrə ilə birləşdirilsin. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-406/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-406/2022
07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver