Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-407/2021 09.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1, 499.1.2 və 499.1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş 05 fevral 2021-ci il tarixli 00700-0012/21 saylı, 03 fevral 2021-ci il tarixli 00700-0008/21 saylı və 29 yanvar 2021-ci il tarixli 00700- 0001/21 saylı inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işə Sumqayıt şəhərində, Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 9 olan Şəxs Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Şəxs ASC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İnzibati Xətalar Məcəlləsi) 499.1.3-cü maddəsinə əsasən 29 yanvar 2021-ci il tarixli 00700-0001/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs ASC (VÖEN **********) Sumqayıt Baş Gömrük İdarəsi Sənaye Parklarında Gömrük İşinin təşkili şöbəsindən daxil olmuş 22.12.2020-ci il tarixli 34/014/003203 saylı raportda ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs assc **********3092, **********3093, **********3430, **********3432, **********3428, **********3433, **********3434, **********3435 sorğu nömrəli gömrük bəyannamələri ilə “Müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirdiyi 8 ədəd ağır texnikanı ölkəyə geriyə qaytarılmasına dair öhdəlik müddətinin 15.11.2020-ci il tarixdə bitməsinə baxmayaraq yüklərin geri qaytarılmadığı qeyd edilmişdir. Faktla əlaqədar Sumqayıt Bas Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat bölməsində Şəxs asc barəsində 00700-0001/21 saylı inzibati xəta haqqında is üzrə icraat başlamışdır. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 9 olan Şəxs ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsinə əsasən 03 fevral 2021-ci il tarixli 00700-0008/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs ASC (VÖEN **********) Sumqayıt Bas Gömrük İdarəsi Sənaye Parklarında Gömrük İsinin təşkili şöbəsindən daxil olmuş 29.12.2020-ci il tarixli 34/014/003204 saylı raportda ünvan 5 ünvanında qeydiyyatda olan Şəxs Açıq Səhmdar Cəmiyyətinin **********6446, **********6448, **********6450 sorğu nömrəli gömrük bəyannamələri ilə “Müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirdiyi 3 ədəd ağır texnikanı ölkəyə geriyə qaytarılmasına dair öhdəlik müddətinin 29.11.2020-ci il tarixdə bitməsinə baxmayaraq yüklərin geri qaytarılmadığı qeyd edilmişdir. Faktla əlaqədar Sumqayıt Bas Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat bölməsində Şəxs Acıq Səhmdar Cəmiyyəti barəsində 00700- 0008/21 saylı inzibati xəta haqqında is üzrə icraat başlamışdır. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 9 olan Şəxs ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinə əsasən 05 fevral 2021-ci il tarixli 00700-00012/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs ASC (VÖEN **********) Sumqayıt Bas Gömrük İdarəsi Sənaye Parklarında Gömrük İsinin təşkili şöbəsindən daxil olmuş 29.12.2020-ci il tarixli 34/014/003205 saylı raportda ünvan 6 ünvanında qeydiyyatda olan Şəxs ASC **********1482 sorğu nömrəli gömrük bəyannamələri ilə “Müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirdiyi 2 ədəd ağır texnikanı ölkəyə geriyə qaytarılmasına dair öhdəlik müddətinin 20.12.2020-ci il tarixdə bitməsinə baxmayaraq yüklərin geri qaytarılmadığı qeyd edilmişdir. Faktla əlaqədar Sumqayıt Bas Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat bölməsində Şəxs ASC barəsində 00700-0012/21 saylı inzibati xəta haqqında is üzrə icraat başlamışdır. İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinə əsasən tərtib edilmiş 29 yanvar 2021-ci il tarixli 00700-0001/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və və qeyd olunan material 02.02.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işlərə baxılması 16.02.2021-ci il tarixə təyin olunmuşdur. Lakin, Şəxs ASC tərəfindən məhkəməyə daxil olmuş vəsatətə əsasən işin baxılması 18.02.2021-ci il tarixə təxirə salınmış, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən işin baxılması 25.02.2021-ci il tarixə təxirə salınmışdır. Şəxs ASC tərəfindən məhkəməyə daxil olmuş vəsatətə əsasən qeyd olunan hər üç işə baxılması 09 mart 2021-ci il tarixə təyin olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli qərardadı ilə “Şəxs ” ASCnin İnzibati Xətalar Məcəlləsinin 499.1.1, 499.1.2 və 499.1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-4134/2019 və 3(060)-407/2021 №li işlər bir icraatda 3(060)-407/2021 nömrə ilə birləşdirilmiş və işə baxılması 09 mart 2021-ci il tarixə təyin olunmuşdur. 16 fevral 2021-ci il tarixli məhkəmə iclasında Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 təmsil etdiyi hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsirli bilməyərək məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs ASC **********3092, **********3093, **********3430, **********3432, **********3428, **********3433, **********3434, **********3435 sorğu nömrəli gömrük bəyannamələri ilə “Müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirdiyi 8 ədəd ağır texnikanı 15.11.2019-cu il tarixədək geri qaytarmağı öhdəliyinə götürərək Sumqayıt Baş Gömrük İdarəsində müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirərək Gürcüstan Respublikasına ixrac etmişdir, Daha sonra Şəxs ASC 27 sentyabr 2019-cu il tarixdə müvəqqəti ixrac müddətinin **********3092, **********3093, **********3430, **********3432, **********3428, **********3433, **********3434, **********3435 sorğu nömrəli gömrük bəyannamələrində göstərilən son qaytarılma müddətindən daha 01 (bir) il artırılması üçün Sumqayıt Baş Gömrük İdarəsinə müraciət etdiklərini və müraciətləri nəzərə alınaraq müvəqqəti ixrac müddəti daha bir il uzadılmışdır. Lakin qeyd olunan ağır texnikanın geri qaytarılmasına dair öhdəlik müddətinin bitməsinə baxmayaraq dünyada baş verən pandemiya səbəbindən yükü geri qaytara bilməmişlər. Belə ki, qeyd olunan malların təkrar idxal edildiyi zaman, onların eyniləşdirilməsini təmin etmək məqsədilə, Şəxs ASC-nin əməkdaşları Gürcüstana gedib həmin texnikanı qarşı tərəfdən təhvil almalıdırlar. Lakin dünyada yayılmış COVİD-19 pandemiyası səbəbindən vətəndaşların ölkə ərazisindən çıxışına qadağa qoyulduğu üçün cəmiyyətin əməkdaşlarının Gürcüstana getməsi mümkün olmamış bu səbəbdən də texnikanı geri qaytara bilməmişdirlər. Məhkəmə iclasında Şəxs ASC-nin nümayəndəsi X1 Xətalar Məcəlləsinin 499.1.1, 499.1.2 və 499.1.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməyinə baxmayaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi-X2 protokollara uyğun izahat verərək məhkəmədən Şəxs ASC barəsində müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 499.1.1, 499.1.2 və 499.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokollar və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs ASC İnzibati Xətalar Məcəlləsinin 499.1.1, 499.1.2 və 499.1.3-cü maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Şəxs ASC-nin idarə heytətinin sədri vəzifəsini icra edən Faiq Ağayev tərəfindən vəsatət 18.02.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Vəsatətdə qeyd olunmuşdur ki, Şəxs ASC barəsində Sumqayıt Baş Gömrük idarəsi tərəfindən edilmiş 00700-0258/20 saylı, 00700-0012/21 saylı, 00700-0008/21 saylı və 00700-0001/21 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən Şəxs ASC barəsində Sumqayıt Şəhər Məhkəməsində icraatda olan işlərin bir icraatda birləşdirilməsi və baxılmasına köməklik göstərilməsini xahiş edilmişdir. İş materiallarından olan 29.12.2020-ci il tarixli 34/014/003203 saylı raporta əsasən müəyyən edilmişdir ki, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov, ev 9 olan Şəxs ASC (VÖEN **********) **********3092, **********3093, **********3430, **********3432, **********3428, **********3433, **********3434, **********3435 saylı GB-lərlə 8 ədəd ağır texnikanı Sumqayıt BGİ-də müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirərək 17.11.2017-ci il tarixdə 24 (iyirmi dörd) ay müddətinə Gürcüstan Respublikasına müvəqqəti ixrac etmişdir. 27.09.2019-cu il tarixdə Şəxs ASC-nin qeyd olunan yüklərin müvəqqəti ixrac müddətinin bəyannamələrdə göstərilən müddətlərdən daha 01 (bir) il artırılması barədə müraciəti əsasında müvəqqəti ixrac müddəti 1 il uzadılmışdır. Daha sonra Şəxs ASC ümumdünya pandemiyası olan koronavirus COVİD-19 virusunu əsas gətirərək müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilərək ixrac olunmuş ağır texnikanın müvəqqəti ixrac rejimindən ixrac rejiminə keçiriləməsi barədə gömrük orqanına 27.11.2020-ci il tarixdə müraciət etsədə, həmin malların ixrac gömrük proseduru altında rəsmiləşdirilməsi üçün 25.12.2020-ci il tarixdə ixrac bəyannamələrini təqdim etmişdir. Eyni zamanda iş materiallarında olan 29.12.2020-ci il tarixli 34/014/003204 saylı raporta əsasən müəyyən edilmişdir ki, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov, ev 9 olan Şəxs ASC (VÖEN **********) 29.11.2017-ci il tarixdə **********6446, **********6448, **********6450 saylı GB-lərlə 3 ədəd ağır texnikanı Sumqayıt BGİ-də müvəqqəti ixrac gömrük - proseduru altında rəsmiləşdirərək 24 (iyirmi dörd) ay müddətinə Gürcüstan Respublikasına müvəqqəti ixrac etmişdir. 27.09.2019-cu il tarixdə Şəxs ASCnin qeyd olunan yüklərin müvəqqəti ixrac müddətinin bəyannamələrdə göstərilən müddətlərdən daha 01 (bir) il artırılması barədə müraciəti əsasında müvəqqəti ixrac müddəti 01 il uzadılmışdır. Daha sonra ‘Şəxs” ASC ümumdünya pandemiyası olan koronavirus COVİD-19 virusunu əsas gətirərək müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilərək ixrac olunmuş ağır texnikanın müvəqqəti ixrac rejimindən ixrac rejiminə keçiriləməsi barədə gömrük orqanına 27.11.2020-ci il tarixdə müraciət etsədə, həmin malların ixrac gömrük proseduru altında rəsmiləşdirilməsi üçün 26.12.2020-ci il tarixdə bəyannamə təqdim etmişdir. Eyni zamanda iş materiallarında olan 29.12.2020-ci il tarixli 34/014/003205 saylı raporta əsasən müəyyən edilmişdir ki, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov, ev 9 olan Şəxs ASC (VÖEN **********) 20.12.2017-ci il tarixdə **********1482 saylı GB-si ilə 2 ədəd ağır texnikanı Sumqayıt BGİ-də müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirərək 24 (iyirmi dörd) ay müddətinə Gürcüstan Respublikasına müvəqqəti ixrac etmişdir. 27.09.2019-cu il tarixdə Şəxs ASC-nin qeyd olunan yüklərin müvəqqəti ixrac müddətinin bəyannamələrdə göstərilən müddətlərdən daha 01 (bir) il artırılması barədə müraciəti əsasında müvəqqəti ixrac müddəti 01 il uzadılmışdır. Daha sonra Şəxs ASC ümumdünya pandemiyası olan koronavirus COVİD-19 virusunu əsas gətirərək müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilərək ixrac olunmuş ağır texnikanın müvəqqəti ixrac rejimindən ixrac rejiminə keçiriləməsi barədə gömrük orqanına 27.11.2020-ci il tarixdə müraciət etsədə, həmin malların ixrac gömrük proseduru altında rəsmiləşdirilməsi üçün 25.12.2020-ci il tarixdə bəyannamə təqdim etmişdir. İş materiallarında olan **********3092, **********3093, **********3430, **********3432, **********3428, **********3433, **********3434, **********3435 saylı gömrük bəyannamələrindəm görünür ki, Şəxs ASC 8 ədəd ağır texnikanı 27.09.2019-cu il tarixdə Şəxs ASC-nin qeyd olunan yüklərin müvəqqəti ixrac müddətinin bəyannamələrdə göstərilən müddətlərdən daha 01 (bir) il artırılması barədə müraciəti əsasında müvəqqəti ixrac müddəti 1 il uzadılmaqla geri qaytarmağı öhdələrinə götürmüşdür. İş materiallarından olan **********6446, **********6448, **********6450 saylı gömrük bəyannamələrindəm görünür ki, Şəxs ASC 3 ədəd ağır texnikanı 27.09.2019-cu il tarixdə Şəxs ASC-nin qeyd olunan yüklərin müvəqqəti ixrac müddətinin bəyannamələrdə göstərilən müddətlərdən Sumqayıt BGİ-də müvəqqəti ixrac gömrük - proseduru altında rəsmiləşdirərək 24 (iyirmi dörd) ay müddətinə Gürcüstan Respublikasına müvəqqəti ixrac etmişdir. 27.09.2019-cu il tarixdə Şəxs ASC-nin qeyd olunan yüklərin müvəqqəti ixrac müddətinin bəyannamələrdə göstərilən müddətlərdən daha 01 (bir) il artırılması barədə müraciəti əsasında müvəqqəti ixrac müddəti 01 il uzadılmaqla geri qaytarmağı öhdələrinə götürmüşdür. İş materiallarından olan **********1482 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs ASC 2 ədəd ağır texnikanı Sumqayıt BGİ-də müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirərək 24 (iyirmi dörd) ay müddətinə Gürcüstan Respublikasına müvəqqəti ixrac etmişdir. 27.09.2019-cu il tarixdə Şəxs ASC-nin qeyd olunan yüklərin müvəqqəti ixrac müddətinin bəyannamələrdə göstərilən müddətlərdən daha 01 (bir) il artırılması barədə müraciəti əsasında müvəqqəti ixrac müddəti 01 il uzadılmaqla geri qaytarmağı öhdələrinə götürmüşdür. İş materiallarında olan Sumqayıt Baş Gömrük İdarəsinin təhqiqat bölməsinin təhqiqatçısı gömrük xidməti kapitanı Nümayəndə tərəfindən qəbul edilmiş 05 yanvar 2021ci il tarixli, 08 yanvar 2021-ci il tarixli və 12 yanvar 2021-ci il tarixli qərardadlarından görünür ki, Şəxs ASC barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında “qərar” qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 6.7-ci bəndində göstərilmişdir ki, müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Beləliklə də, Şəxs ASC ölkə ərazisinə geri qaytarmağı öhdəliyinə götürərək **********3092, **********3093, **********3430, **********3432, **********3428, **********3433, **********3434, **********3435 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti ixrac gömrük proseedurunda ədəd sayı cəmi 8 (səkkiz) olan “ağır texnika”-nı, **********6446, **********6448, **********6450 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti ixrac gömrük proseedurunda rəsmiləşdirdiyi ədəd sayı cəmi 3 (üç) olan “ağır texnika”-nı və **********1482 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti ixrac gömrük proseedurunda ədəd sayı cəmi 2 (iki) olan “ağır texnika”-nı götürdüyü öhdəlik müddəti bitənədək ixrac prosedurunun tələblərinə uyğun olaraq nə təkrar ixrac etmiş, nə də digər gömrük proseduru altında yerləşdirməmişdir. Şəxs ASC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 499.1.1, 499.1.2 və 499.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi iş materialları ilə tam sübut olunur. İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinə əsasən on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 499.1.2-ci maddəsinə əsasən on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 499.1.3-cü maddəsinə əsasən bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs ASC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 9 olan Şəxs Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) 05 fevral 2021-ci il tarixli 00700-0012/21 saylı inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətanın törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinsin və 600,00 (altı yüz) manat məbləğində, 03 fevral 2021-ci il tarixli 00700-0008/21 saylı inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətanın törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirli bilinsin və 1.200,00 (bir min iki yüz) manat məbləğində, 29 yanvar 2021-ci il tarixli 00700-0001/21 saylı inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətanın törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə təqsirli bilinsin və 2.000,00 (iki min) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən Şəxs Açıq Səhmdar Cəmiyyətinə təyin olunmuş cərimələr qismən toplanmaqla, üzərində qəti olaraq 3.000,00 (üç min) manat məbləğində cərimə tənbehi saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-407/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-407/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver