Məhkəmə qərarları › İş №3(060)-407/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-407/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-407/2024 27.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Oğuz rayon YPX inspektoru, polis serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli X8 haqqında qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Oğuz rayon YPX inspektoru, polis serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli X8 haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Oğuz rayon YPX inspektoru, polis serjantı X6 məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayətini onunla əsaslandırdı ki, xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi **-NP-*** dövlət qeydiyyat nişanlı, “X9 1229 Yük” markalı avtomobili ilə Oğuz rayonunda hərəkətdə olan zaman **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan YPX əmkadşı saxlamışdır. İlk öncə o, YPX əməkdaşından hansısa qayda pozmadığı halda onu saxlama səbəbin soruşmuş, YPX sonradan adını bildiyi Urfan adlı əməkdaşı idarə etdiyi avtomobilin yük yerinə baxış keçirəcəyini bildirmiş və ondan sənədləri tələb etmişdir. O, yük yerinə baxış keçirməyi üçün qapını açmış və sənədləri YPX əməkdaşına təqdim etmişdir. Daha sonra heç bir yük daşıma qaydasını pozmadığı üçün sənədləri qaytarılmış və həyətində istifadə etmək üçün ondan avtomobildə olan 300 litirlik su baçoku istəmişdir. O da onların sayla olduğunu və müştərilərə təhvil verəcəyini bildirmişdir. Adını qeyd etdiyi Urfan adlı inispektor “sənə bir protokol yazaram avtomobil sahibinə Oğuz qaisi yazdı deyərsən” deyə yenidən sənədlərini almış və YPX avtomobilinə əyləşmişdir. Təxminən 15 dəqiqə sonra gəlib ona yaxınlaşmış və sənədləri qaytararaq “gedib 50 (əlli) manat odəyərəsən narahat olma yüngül yazdım” deyə bildirmişdir. O da ona heçnə demədən məhkəməyə şikayət edəcəyini bildirmiş və avtomobildə olan su qablarını müştəriyə çatdırmaq üçün yoluna davam etmişdir. Barəsində çıxarılan X8 Haqqında qərar qanunsuz və əsassızdır və ləğv edilməlidir. Qeyd etmək istəyir ki, İXM-nin 342.5-ci maddəsində olan qayda pozuntusu və ya hansısa nasazlıq onun idarə etdiyi yük avtomobildə aşkar edilməmişdir. Buuna baxmayaraq YPX əməkdaşı ondan şikayət edəcəyini bildiyi halda qanusuz yazdığı protokola əsasən qərar qəbul etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Oğuz rayon YPX inspektoru, polis serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli X8 haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Oğuz rayon YPX inspektoru, polis serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli X8 haqqında qərardan müəyyən olunur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 124.3-cü madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü madəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.2-ci maddəsində göstərilir ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə qərardan şikayət vermiş şəxs X2 izahatını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Oğuz rayon YPX inspektoru, polis serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP seriyalı ******* nömrəli X8 haqqında qərarın ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, X3 protokolla razı olmamış, lakin buna baxmayaraq Oğuz rayon YPX inspektoru, polis serjantı X6 Azərbaycan Respublikası İXM-nin 124.4-cü maddəsinin tələblərini pozaraq inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli və yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qərar qəbul edilməli olduğu halda o, özü X6 barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli X8 haqqında qərar qəbul edərək onu 50 (əlli) manat məbləğində inzibati cərimə etmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə qərardan şikayət vermiş şəxs X2 təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Oğuz rayon YPX inspektoru, polis serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli X8 haqqında qərara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar