Məhkəmə qərarları › İş №3(060)-41/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-41/2022

25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-41/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunu sədrliyi, X3 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru – X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Yəhyayev Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Nümayəndə, İcra sənədi üzrə tələbkar – X1 iştirakı ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 20ev 35 ünvanında qeydiyyatda olan Yəhyayev Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X6 tərəfindən 13.12.2021ci il tarixdə vət. Yəhyayev Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Yəhyayev Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 1633/2017 saylı, 30.06.2017-ci il tarixli icra vərəqəsi üzrə yaranmış 10059 manat aliment borcunu üzrsüz səbəbdən ödəməmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1633/2019 saylı, 30.06.2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Yəhyayev Şəxs hər ay 117(yüz on yeddi) manat sabit pul məbləğində aliment 23.01.2017-ci il tarixdən başlayaraq tutulub 18.08.2009-cu il tarixdə doğulmuş Yahyəyeva püstə Şəxs qızı, hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment 23.01.2017-ci il tarixdən başlayaraq tutulub 15.06.2013-cü il tarixdə doğulmuş Yəhyayev Yünis Şəxs oğlu və hər ay 117 (yüz ona yeddi) manat sabit pul məbləğində aliment 23.01.2017-ci il tarixdən başlayaraq tutulub 04.12.2015-ci il tarixdə doğulmuş Yəhyayev Sadiq Şəxs oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün X2 verilməlidir. Lakin icra sənədi borclu tərəfindən indiyə qədər heç bir üzürlü səbəb olmadan icra edilməmişdit. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Barəsində protokol tərtib edilmiş Yəhyayev Şəxs bildirdi ki, həqiqətən də Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1633/2019 saylı, 30.06.2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Yəhyayev Şəxs hər ay 117(yüz on yeddi) manat sabit pul məbləğində aliment 23.01.2017-ci il tarixdən başlayaraq tutulub 18.08.2009-cu il tarixdə doğulmuş Yahyəyeva püstə Şəxs qızı, hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment 23.01.2017-ci il tarixdən başlayaraq tutulub 15.06.2013-cü il tarixdə doğulmuş Yəhyayev Yünis Şəxs oğlu və hər ay 117 (yüz ona yeddi) manat sabit pul məbləğində aliment 23.01.2017-ci il tarixdən başlayaraq tutulub 04.12.2015-ci il tarixdə doğulmuş Yəhyayev Sadiq Şəxs oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün X2 verilməlidir. İndiyədək borcundan maddi imkanı ilə bağlı ödəniş edə bilməmişdir. Hazırda aliment borcu 10059 manat təşkil edir və 10000 manat ödəniş etmişdir. Məhkəmə qətnaməsini qərəzsiz olaraq icra etməkdən boyun qaçırmaq kimi niyyəti yoxdur. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar X4 məhkəmə iclasında bildirdi ki, 2(060)-1633/2019 saylı, 30.06.2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Yəhyayev Şəxs hər ay 117(yüz on yeddi) manat sabit pul məbləğində aliment 23.01.2017-ci il tarixdən başlayaraq tutulub 18.08.2009-cu il tarixdə doğulmuş Yahyəyeva püstə Şəxs qızı, hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment 23.01.2017-ci il tarixdən başlayaraq tutulub 15.06.2013-cü il tarixdə doğulmuş Yəhyayev Yünis Şəxs oğlu və hər ay 117 (yüz ona yeddi) manat sabit pul məbləğində aliment 23.01.2017-ci il tarixdən başlayaraq tutulub 04.12.2015-ci il tarixdə doğulmuş Yəhyayev Sadiq Şəxs oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün onun xeyrinə tutulmalıdır. Lakin buna baxmayaraq hazırda borclu şəxslə barışmışdır və borclu tərəfindən edilmiş 10.000 manat ödənişi qəbul edir. Borclu şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Müdafiəçi Nümayəndə hüquqlarını müdafiə etdiyi Yəhyayev Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsindəki inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Yəhyayev Şəxs oölu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati işin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 1633/2019 saylı, 30.06.2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Yəhyayev Şəxs hər ay 117(yüz on yeddi) manat sabit pul məbləğində aliment 23.01.2017ci il tarixdən başlayaraq tutulub 18.08.2009-cu il tarixdə doğulmuş Yahyəyeva püstə Şəxs qızı, hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment 23.01.2017-ci il tarixdən başlayaraq tutulub 15.06.2013-cü il tarixdə doğulmuş Yəhyayev Yünis Şəxs oğlu və hər ay 117 (yüz ona yeddi) manat sabit pul məbləğində aliment 23.01.2017-ci il tarixdən başlayaraq tutulub 04.12.2015-ci il tarixdə doğulmuş Yəhyayev Sadiq Şəxs oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün X2 verilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmş qəbzlərdən görünür ki, borclu Yəhyayev Şəxs icra sənədi üzrə 10000 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə araşdırması zamanı Yəhyayev Şəxs icra sənədini üzrsüz səbəbdən qərəzli olaraq icra etməməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş icra sənədi üzrə borclu şəxs Yəhyayev Şəxs və icra sənədi üzrə tələbkar X1 məhkəmə iclas zalında təqdim etdikləri ərizələrindən görünür ki, onlar barışmışlar və borclu şəxsin etdiyi 10.000 (on min manat) manat ödəniş tələbkar tərəfindən qəbul edilmişdir. Bu səbəbdən də barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edirlər. Məhkəmə hesab edir ki, borclu şəxsin məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmək kimi bir niyyəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Yəhyayev Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Yəhyayev Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Yəhyayev Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil Nümayəndə oğlu tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar