Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-41/2023 09.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X5 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin sahə rəisi, polis leytenantı X6, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, xx.xx.1980-cı ildə Naxçıvan MR, Babək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda oaln və yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə 06 yanvar 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş X7 xx.xx.2022-ci il tarixdə saat 12:45 radələrində heçmiş arvadı Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində 14 №-li məktəbin yanında döyərək bədən xəsarət yetirmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi tərəfindən X7 barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 09 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin sahə rəisi, polis leytenantı X9 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixində saat təxminən 12:30 radələrində anası Seyidquliyeva Lətifə ilə Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yerləşən 14 saylı tam orta məktəbə övladı X1 təqdim etmək üçün getmişdir. Orda olan zaman keçmiş əri X7 onlara yaxınlaşaraq onu təhqir etməyə başladır. X7 onu söyəndə anası Elnura öz iradını bildirmişdir. Anası məktəbin köməkçinin otaqığına daxıl olmuş, oda həmin otaqa daxil olmaq istəyərkən Elnur onun qolundan tutaraq özünə tərəf çəkmiş və ayaqı ilə ayaqından təpiklə vurmuşdur. Oda özünü müdafiə etək məqsədi ilə onun sinəsindən hər iki əli ilə itələmişdir. Bu vaxt anası otaqdan çıxaraq ona polisə xəbər verəcəyini bildirdikdə Elnur ordan qaçaraq uzaqlaşmışdır. Daha sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək haisə barəsində məlumat vermişdir. Qeyd olunanların nəzərə alınaraq X7 barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə ona övladının qeydiyyatı ilə bağlı sms gəlmiş və o həmin məktəbə getmişdir. Orada keçmiş arvadı Zərərçəkmiş şəxs görmüşdür. O, uşağını görmək istədiyini bildirdikdə Xəyalə ona uşağını göstərmiyəcəyini bildirdikdə o, əsəbləşərək qolundan vurmuşdur. Həmin an Xəyalənin anası Seyidquliyeva Lətifə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verəcəyini bildirdikdə o, qeyd olunan ərazidən uzaqlaşmışdır. Hal-hazırda o, ağ ciyər xəstəliyindən əziyyət çəkir, bu barədə xəstəliyi barədə çıxarışı məhkəməyə tədim edərək, törətdiyi əməldən peşman olduğunu və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, X7 İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda, X7 xx.xx.2022-ci il tarixdə təxminən saat 12:30 radələrində, Sumqayıt şəhəri 14 saylı məktəbdə keçmiş həyat yoldaşını döyərək sağ bazunun qançırı xəsarəti yetirmşdir. Buna görədə X3 əməlində cinayət tərkibinin olması müəyyən edilməmiş, belə ki, sonuncunun törətmiş olduğu əməl yetirdiyi xəsarət dərəcəsinə görə İXM-nin 157-ci maddəsi ilə döymə hesab edilir. Odur ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialla, X7 barəsində cinayət təqibi başlanması rədd edilməli, sonuncunun törətmiş olduğu əməli İXMnin 157-ci maddəsilə tövsüf edilməklə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin 3-cü PB-nə həvalə edilmişdir. İş materiallarına əlavə olunmuş MTE-nin xx.xx.2022-ci il tarixli, 1649 saylı ekspert rəyində görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ bazunun bayır-ön səthinin aşağı 1/3-də 4,0x3,0sm. ölçüdə qançır vardır, çəhrayımtıl - qırmızı rəngdədir. Bədəni üzərində digər xəsarət və xəsarət izi aşkar olunmaması qeyd olunmuşdur. İş materialına əlavə olunmuş “Yasamal Hospital”ında doktor Şamil Əliyev tərəfindən xəstə Elnur Muxtarzadəyə təqdim olunmuş ağ ciyərlərin kompüter tomoqrafiyasının çıxarışından görünür ki, onun hər iki ağ ciyərin yuxarı payında paraseptal və sentrolobuyar emfizemaları və sağ ağ ciyərin aşağı payında az intensivlikdə minimal infiltrasiya sahələri müşahidə olunmuşdur. X7 tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin təhqiqatçısı polis kapitanı X8 NK-1/2123 saylı, xx.xx.2022-ci il tarixli yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də öz təsdiqini tapır. Ona görə də X7 İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 peşmançılığını, ağ ciyər xəstəliyini İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, X7 barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 300,00 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-41/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-41/2023
09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver