Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-411/2021 16.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, X2 Xidmətinin Sumqayıt Regional Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1975-ci ildə Dəvəçi, Siyəzən rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında X2 Xidməti tərəfindən 25.01.2021-ci il tarixində MN ******* nömrəli protokol tərtib edilmişdir. Ona görə ki, Şəxs “Ford Transit” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsilə Sumqayıt şəhəri ərazisində sərnişindaşıma fəaliyyəti göstərən sürücü tələb olunan sənədləri təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi ilə bağlı hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş X2 Xidmətinin Sumqayıt Regional Şöbəsinin nümayəndəsi X3 bildirdi ki, Şəxs 19 noyabr 2020-ci il tarixdə saat 09:10 radələrində idarə etdiyi “Ford Transit” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsilə Sumqayıt şəhəri ərazisində sərnişindaşıma fəaliyyəti göstərən sürücü tələb olunan sənədləri təqdim etməmişdir. Tərtib olunmuş protokolu müdafiə etdiyini bildirdi. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında işin materiallarında olan 25.01.2021-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 19 noyabr 2020-ci il tarixdə saat 09:10 radələrində idarə etdiyi “Ford Transit” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsilə Sumqayıt şəhəri ərazisində sərnişindaşıma fəaliyyəti göstərən sürücü tələb olunan sənədləri (fərqlənmə nişanı, reys qabağı texniki və tibbi müayinə kartı) vəzifəli şəxsə təqdim etməyərək tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə 50 (əlli) manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, nəzərə alaraq ona cərimə növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-411/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-411/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver