Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-411/2022 10.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə, 15.12.1993-cü ildə Sumqayıt şəhərində, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X3 tərəfindən Azərbaycan Respublikası Sumqayıt Şəhər Dövlət Yol X8 Patrul Xidməti tərəfindən tərtib olunmuş 24.01.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Sumqayıt Şəhər Dövlət Yol X8 Patrul Xidməti tərəfindən tərtib olunmuş 24.01.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Sumqayıt Şəhər Dövlət Yol X8 Patrul Xidmətinin nümayəndəsi və qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş X3 şikayətini onunla əsaslandırmışdır ki, 24.01.2022-ci il tarixdə Sumqayıt şəhəri Səməd Vurğun küçəsindən Cəfər Cabbarlı istiqmətinə hərəkət edən zaman Sumqayıt şəhəri DYPİ YPX-nin inspektoru, polis sıravisi X4 tərəfindən saxlanılmışdır. Saxlama səbəbini soruşduqda, yolayrıcısını keçmə qaydalarını pozduğu bildirildi. Lakin YPX-nin əməkdaşına bildirdi ki, Səməd Vurğun küçəsindən işıqforun yaşıl işığında dayanaraq qarşıdan gələn avtomobilləri buraxdıqdan sonra Cəfər Cabbarlı istiqamətinə hərəkət etmişdir. Polis kiçik serjant X4 heç bir əsas olmadan ona cərimə yazmaq niyyətində olduğu üçün İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib etmişdir. Protokoldan narazlığını bildirsə də, heç bir sübut olmadan protkolla bağlı qərar verilmiş, lakin tərəfindən imza edilməmişdir. Hazırda narazlığının yaranma səbəbi onun əməlində heç bir qayda pozuntusunun tərkibinin olmamasıdır. Barəsində tərtib edilmiş TP ******* saylı, 24 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt şəhər DYPŞ YPX tərəfindən qəbul edilmiş 24.01.2022-ci il tarixli, TP ******* nömrəli qərardan müəyyən olunur ki, X3 24.01.2022-ci il tarixində, saat 21:21-də Sumqayıt şəhər, C.Cabbarlı 8C ünvanında “Opel Astra minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğu üçün AR İXM-nin 327.2-ci maddəsi ilə barəsində 60 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq, qərardan şikayət vermiş şəxsin izahatını dinləyərək müəyyən edir ki, Sumqayıt şəhər DYPŞ YPX tərəfindən qəbul edilmiş 24.01.2022-ci il tarixli, TP ******* nömrəli qərarına əsasən X3 24.01.2022-ci il tarixində, saat 21:21-də Sumqayıt şəhər, C.Cabbarlı 8C ünvanında “Opel Astra minik” markalı, **- GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğu üçün AR İXM-nin 327.2-ci maddəsi ilə barəsində 60 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X1 izahatında Səməd Vurğun küçəsindən işıqforun yaşıl işığında dayanaraq qarşıdan gələn avtomobilləri buraxdıqdan sonra Cəfər Cabbarlı istiqamətinə hərəkət etdiyini bildirmişdir. Məhkəmə tərəfindən X2 şikayəti üzrə inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, protokolu tərtib etmiş orqan olan Azərbaycan Respublikası Sumqayıt Şəhər Dövlət Yol X8 Patrul Xidməti tərəfindən məhkəməyə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Sumqayıt Şəhər Dövlət Yol X8 Patrul Xidmətinin inzibati xəta haqqında 24.01.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Sumqayıt Şəhər Dövlət Yol X8 Patrul Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 24.01.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-411/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-411/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver