Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-412/2024 14.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Samux rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş protokola dair şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ X1 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək ona yazılan qanunsuz (İXP 5963267) cərimənin Samux rayon Polisi inspektoruna ödətdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, X3 tərəfindən sənədlər məhkəməyə natamam şəkildə təqdim edilmişdir. Belə ki, şikayət ərizəsinə barəsində şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərar əlavə edilməmişdir. Bundan başqa şikayət verən şəxs şikayət ərizəsinin “xahiş edirəm” hissəsində cərimənin polis inspektoru tərəfindən ödənilməsini xahiş etmişdir ki, qanunvericilikdə məhkəməyə belə səlahiyyət verilməmiş və bu qaydada şikayət nəzərdə tutulmamışdır. Daha sonra iş materiallarında olan şikayət ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, X3 şikayət ərizəsində mübahisələndirdiyi inzibati xətanın baş vermə yeri Samux rayonudur. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protesti səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin həmin qərarda qeyd olunur ki, inzibati xətanın törədildiyi yer üzrə aidiyyəti məhkəmə həmin ərazi üzrə yol hərəkəti qaydalarının təşkilinə, ətraf mühitin şəraitinə və inzibati araşdırma predmeti ola bilən digər sahələrin yerli aspektlərinə və xüsusiyyətlərinə dair daha məlumatlı olmaqla inzibati xətanın obyektiv və subyektiv tərəflərini qiymətləndirmək və törədilən əməlin ciddiliyini operativ şəkildə müəyyən etmək imkanına malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Qanunvericiliyin tələbinə əsasən şəxs barəsində inzibati tənbeh haqqında qəbul edilmiş qərardan inzibati xətanın baş verdiyi ərazi üzrə rayon (şəhər) məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməlidir, yalnız şəxsin vəsatəti əsasında şikayət ərizəsi onun yaşadığı yer üzrə rayon (şəhər) məhkəməsində baxıla bilər. Eyni zamanda X3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, X3 barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol qəbul edilmişdir. Lakin X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir və iş materiallarına müddətin ötürülməməsi ilə bağlı sübut və ya şikayət verilmə müddətinin üzrlü səbəbdən ötürülməsi ilə əlaqədar vəsatət əlavə etməmişdir. Bununla da Azərbaycan Respublikası İXP-nin 130.1-ci maddəsində qeyd olunan müddəti ötürdüyündən şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXP-nin 130.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Odur ki, qeyd olunanlara əsasən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində İXP ******* saylı protokola dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-412/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-412/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver