Məhkəmə qərarları › İş №3(060)-412/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-412/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-412/2025 13.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun 8i-8098 saylı icra sənədinə əsasən 23.520 manat, Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun 8i-8099 saylı icra sənədinə əsasən isə 2400 manat məbləğində pul vəsaiti Şəxs tutularaq X4 verilməlidir. Borclu Şəxs icra sənədinin icrasından üzrsüz səbəbdən yayınmışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 bildirmişdir ki, Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli 8i- 8098 saylı icra sənədinə əsasən 23.520 manat, Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli 8i-8099 saylı icra sənədinə əsasən isə 2400 manat məbləğində pul vəsaiti Şəxs tutularaq X4 verilməlidir. Hər iki icra sənədi üzrə xx.xx.2024cü ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə borcluya təqdim edilmişdir. Lakin, həmin vaxtdan indiyə kimi borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Borclunun adına hər hansı daşınar və daşınmaz əmlak da müəyyən edilməmişdir. Yalnız hər ay 80 manat müavinət alması müəyyən edilmiş, həmin müavinətə isə başqa icra sənədləri üzrə yönəltmə olduğu üçün bu iş üzrə tələbin yönəldilməsi mümkün olmamışdır. Borclu maddi vəziyyətini əsas gətirərək heç bir ödəniş etmir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o işləmədiyi üçün bu günə kimi heç bir ödəniş edə bilməmiş, hazırda da heç bir ödəniş edə bilmir. Lakin, fevral ayının 18-də 3000 manat, bundan sonra hər ay isə 1000 manat ödəniş edəcək. Göstərilən halların, həmçinin Vətən müharibəsi iştiarkçısı olmasını və ailəli olmaqla bir azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirmişdir ki, borclu qərəzli olaraq icra sənədinin icrasından yayınır. Borclunun maddi imkanı var. Ona görə də borcun tam ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli yayınmır, maddi imkanı yaxşı olmadığı üçün borcunu ödəyə bilmir. Şəxs müharibə iştiarkçısıdır və himayəsində bir azyaşlı uşağı var. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun 8i- 8098 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 23545 manat tutularaq X4 ödənilməlidir. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun 8i-8099 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 2425 manat tutularaq X5 ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərarlardan görünür ki, Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun 8i-8098 saylı, xx.xx.2024-cü il tarixli və 8i-8099 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə icraata başlanmışdır. Həmin qərarların üzərində olan qeydlərdən görünür ki, qərarlar xx.xx.2024cü il tarixdə borclu Şəxs rəsmi qaydada təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş vəsiqələrin surətlərindən görünür ki, Şəxs müharibə veteranıdır, “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” müdalları ilə təltif edilmişdir. Elektron məhkəmə sistemində Şəxs qohumluq məlumatları barədə çıxarışdan görünür ki, Şəxs evli olmaqla himayəsində xx.xx.2020-cü il təvəllüdlü bir uşağı var. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli 8i-8098 saylı icra sənədinə əsasən 23.520 manat, Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli 8i-8099 saylı icra sənədinə əsasən isə 2400 manat məbləğində pul vəsaiti Şəxs tutularaq X4 verilməlidir. Hər iki icra sənədi üzrə xx.xx.2024-cü ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə borcluya təqdim edilmişdir. Lakin, həmin vaxtdan indiyə kimi borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə heç bir ödəniş etməməsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 29.2-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “Vətən müharibəsi” iştirakçısı olmasını və himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X8 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar