Məhkəmə qərarları › İş №3(060)-413/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-413/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-413/2023 07.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.1-ci maddələri ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP seriyalı, № ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:35 radələrində idarə etdiyi Ford markalı nəqliyyat vasitəsində işıq cihazından istifadə qaydalarını pozduğuna görə saxlanılmış və tibbi müayinədən imtina etmişdiir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt ŞPİ-nin DYPŞ-si tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən 343.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan həmin maddə üzrə işə baxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin X2 Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəlki məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə səhər saat 07:00 radələrində spirtli içki qəbul edərək evinə getmişdir. Ona məxsus Ford markalı nəqliyyat vasitəsi isə kafenin qarşısında qalmışdır. Həmin gün axşam saat 23:30 radələrində kafenin qarşısına gələrək nəqliyyat vasitəsini sürücüyə təhvil vermək üçün idarə edərək onların həyətinə getmişdir. Sumqayıt şəhər X1 əməkdaşı gözlənilmədən ona yaxınlaşaraq “müəllim spirtli içki qəbul etmisənmi” deyə müraciət etmiş, o ona hazırda içkili olmadığını, səhər tezdən az miqdarda spirtli içki qəbul etdiyini, lakin o avtomobil idarə etmədiyini bildirmişdir. Lakin buna baxmayaraq X1 əməkdaşları ona onlarla getməli olduğunu bildirmişlər. Ona qara rəngli aparata üfürməyini bildirmişlər, o isə həmin aparatın aktını göstərmələrini tələb etmişdir. O, avtomobili sürücüyə təhvil verməli olduğunu, ondan sonra hara lazımdısa onlarla gedə biləcəyini demişdir. Lakin polis əməkdaşları həmin əraziyə Post Patrul Xidmətinin əməkdaşlarını dəvət edərək onu zorla polisə aparmışlar. Ona məxsus avtomobilə yaxınlaşmağa, hətda mühərrikini belə söndürməyə imkan verməmişlər. Onu əvvəlcə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə, daha sonra isə Sumqayıt şəhər Norkoloji Dispanserə aparmışlar. Dispanserdə də ondan soruşulan zaman eyni qaydada səhər az miqdarda spirtli içki qəbul etdiyini bildirmişdir. Sumqayıt şəhər Norkoloji Dispanserdə ondan sidikdən analiz götürmüşlər və məlum olmuşdur ki, onda nə narkotik vasitə nə də ki, spirtli içki əlamətləri yoxdur. Bundan sonra onu sərbədt buraxmaq əvəzinə yenidən Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis Bölməsinə gətirmişlər və orada saxlamışlar. Həmin gün səhərə qədər onu saxlamışlar və səhər onu evə buraxmışlar. Vəziyyəti pis olduğu üçün o həkimə getmiş, daha sonra isə həkimdən taksi ilə həyətə qayıdanda avtomobilinin həyətdə olmadığını görmüşdür. Daha sonra cərimə meydançasına gəlmiş, mühavizəçiyə tərtib olunmuş akta əsasən avtomobilində olan pulunu, telefonunu və axşamdan evə aldığı ətrzaqlarını götürməsinə icazə istəmişdir. O, ona mən ora müdaxilə edə bilmərəm demişdir. Təxmini 2-3 dəqiqə sonra PPX yenidən gəlmiş və onlarla Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getməli olduğunu bildirmişlər. Təxmini 02 saat sonra cərimə adıynan ondan 400 manat alıb onu buraxmışlar. Barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 240 №-li, xx.xx.2023-cü il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktına görə Şəxs (xx.xx.2023-cü il, saat 23:40-da) tibbi müayinədən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında səhər spirtli içki qəbul etdiyini və polis əməkdaşları tərəfindən təqdim olunan alkotestrlə müayinə olunmaqdan da imtina etdiyini bildirmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar