Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-414/2025 03.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X1, Məhkəmə iclas katibi: X2, Qərardan şikayət vermiş şəxs: Qədimli Kamal Hörmət oğlunun iştirakı ilə, Qədimli Kamal Hörmət oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə Sumqayıt ŞPİ X7 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* saylı qərardan verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qədimli Kamal Hörmət oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası DİN Sumqayıt şəhər YPİ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus “Mercedes Benz 320” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 12:30 radələrində Bakı şəhəri, Sumqayıt şəhəri, Azərbaycan prospektində hərəkətdə olarkən “Kia Optima” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşub. İnzibati Xətalar Məcəlləsinin heç bir tələbini pozmadığı halda həmin məcəllənin 327.1-ci maddəsi ilə manevr qaydasını pozduğunu bildirərək barəsində inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib etmişdir. O, İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin tələbini pozmamışdır. Belə ki, o, bir hərəkət hissəsi, iki zolaqdan (nişanlanma xətti olmadan, göz ilə müəyyən etmə), iki tərəfli hərəkət yolu olan (eyni hərəkət istiqamətində bir zolaq) Azərbaycan prospektində hərəkət edərkən eyni asfalt örtüklü (Zavodlara gedən yol) sol hərəkət hissəsinə dönmək üçün sola dönmə işığını yandıraraq arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə maneə yaratmayaraq qarşıdan gələn nəqliyyat vasitələrinə yol vermək məqsədi ilə dayandı. 1-2 maşına yol verdikdən sonra 1 addımlıq hərəkət qət edərək onu sol tərəfdən ötməyə çalışan nəqliyyat vasitəsi ilə toqquşdu. Qarşı tərəfin sürücüsünün deməsinə görə də, onun arxasınca gələn Azərpoçta məxsus “Ford” markah yük maşının sürücüsü onu sağından ötərək yoluna davam edərkən onun arxası ilə gələn qarşı tərəfin sürücüsü onun nəqliyyat vasitəsi ilə toqquşub qəza yaratmamaq məqsədiylə onun sol tərəfindən ötmə əməliyyatı yerinə yetirməyə çalışmışdır. Lakin YPX inspektoru çağrılaraq qəza qeydə alındıqdan, sığorta ilə əlaqə saxlanıldıqdan sonra xx.xx.2025-ci il tarixində YPİ-də izahat yazarkən arxadan gələn nəqliyyat vasitələrini gözləmədiyi üçün SUMQAYİT ŞƏHƏR DYPS Polis kapitanı X6 327.1-ci maddəyə əsasən barəsində protokol tərtib etmişdir. Halbuki Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 51ci maddəsinin İİ bəndinə əsasən Relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevre başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. Bildirmək istəyir ki, o, sağ zolağın sağ çiynindən deyil, yolun orta hissəsində dayanıb qarşıdan gələn nəqliyyat vasitələrinə yol verdikdən sonra hərəkətə başlamışdı. Sağında və solunda kifayət qədər məsafə var idi (Azərpoçta məxsus “Ford” markalı nəqliyyat vasitəsinin sürücüsü sola dönmə işığını görərək sağdan ötmə əməliyyatı yerinə yetirmişdir). Buna baxmayaraq, eyni istiqamətdə yalnız bir hərəkət zolağı olduqda, hərəkət hissəsinin eni sağdan ötməni qeyri-mümkün edə bildiyi hallarda (sağ zolaqla arxadan gələn nəqliyyat vasitələrinə maneə yarandıqda və sağdan ötmə qeyri-mümkün olduqda) sürücü sürəti azaltmalı, zərurət olduqda dayanmalı və sola (geriyə) dönən nəqliyyat vasitəsi hərəkət zolağını boşaltdıqdan sonra yolunu davam etdirməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Qədimli Kamal Hörmət oğlunun İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası DİN Sumqayıt şəhər YPİ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Qədimli Kamal Hörmət oğlu şikayət ərizəsini müdafiə edərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Sumqayıt ŞPİ DYPŞ inspektoru, polis kapitanı X3 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Azərbaycan prospektində Mercedes markalı avtomobilin Hyundai markalı avtomobillə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin material icraatına daxil olmuşdur. Hər iki sürücünün hadisə ilə bağlı izahatı alınmış, hər iki sürücünün iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, protokol tərtib olunmuşdur. Hadisəyə səbəb Mercedes markalı avtomobilin sürücüsü olmuşdur. Mercedes markalı avtomobil yolun sağ kənarında dayanıb sola dönmə əməliyyatı apararkən arxa soldan ötmədə olan nəqliyyat vasitəsini gözləməyərək dönmə əməliyyatı etmiş, nəticədə onun sağ yan qapı hissəsindən vurmuşdur. Hadisə zamanı heç bir bədən xəsarəti alan olmamışdır. Lakin Mercedes markalı avtomobilin sürücüsü bildirmişdir ki, o, yalnız qarşıdan gələn nəqliyyat vasitələrini gözləməlidir. Arxadan gələn nəqliyyat vasitəsi isə onu gözləməyə borcludur, çünki ora yol ayırıcıdır və oradan ötmə apara bilməz. Ora yol ayırıcı deyildir, lakin yol ayırıcı hesab edilsə belə nizamlanmayan yol ayırıcı sayılır, nizamlanmayan yol ayırıcında da baş yol istisna olmaqla ikinci dərəcəli yoldan gələn nəqliyyat vasitəsini ötmə qadağandır. Yəni bu müddəa da buraya şamil olunmur. Həmçinin sürücü Yol hərəkəti haqqında Qanunun 51-ci maddəsinin İİ bəndini əsas götürür ki, relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir, amma sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. Yəni sürücü bildirir ki, o, dönmə işığını yandıraraq sola dönmə əməliyyatı edirsə digər sürücü sağdan keçməlidir. Hadisə yerinin sxemi də tərtib olunmuşdur. Birinci Mercedes markalı avtomobilin sürücüsü yolun sağ kənarından sola dönür. Orada ümumiyyətlə elə bir imkan yoxdur ki, arxadan gələn nəqliyyat vasitəsi onun sağından keçsin. Həmin anda Hyundai markalı avtomobilin qarşısında yük maşını hərəkətdə olmuş, Hyundai markalı avtomobil yük avtomobilinin arxasından ötmə üçün çıxmış, bu zaman Hyundai yük maşını görür ki, Mercedes markalı avtomobil dönür, onu vurmamaq üçün maksimum sağa keçərək kənardan keçir, Hyundai markalı avtomobil isə öz yolunu düz davam etdirir və toqquşma baş verir. Əgər yerdə 1.1 üfüqi nişanlanma xətti olsaydı və yaxud ötmək qadağandır yol nişanı olsaydı, o zaman ötmə qadağan olardı. Belə olan halda ötməni heç bir şey qadağan etmir, həmin sürücünün əməlində hər hansı bir Yol hərəkət haqqında Qanunun pozuntusu yoxdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qədimli Kamal Hörmət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. İş materiallarına əlavə olunuş Yol nəqliyyat Hadisəsinin sxemindən hadisənin baş vermə mexanizmi qeyd edilmiş, Qədimli Kamal Hörmət oğlu həmin sxemdə əks olunanları qəbul edərək imzalamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.1-ci maddəsinə əsasən “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Göründüyü kimi Qədimli Kamal Hörmət oğlu yolun sağ tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozaraq onunla arxa solda düzünə hərəkətdə olan nəqliyyat vasitəsinə yol verməmiş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd olunan hal öz ifadəsi ilə də təsdiq edilmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ X7 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Qədimli Kamal Hörmət oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Qədimli Kamal Hörmət oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt ŞPİ X7 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Qədimli Kamal Hörmət oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt ŞPİ X7 Şöbəsi tərəfindən Qədimli Kamal Hörmət oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-414/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-414/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver