Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-416/2025 20.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Dövlət X6 20 sentyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq vermə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpası barədə X2 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşlər Nazirliyi Sumqayıt Şəhər Dövlət X6 20 sentyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 342.5 və 327.1-ci maddələri ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Umar Məlikzadə şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətlə birlikdə, Umar Məlikzadə qeyd olunan qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatətlə məhkəməyə müaciət etmişdir. X1 buraxılmış prosessual müddətin bərpası barədə vəsatətini onunla əsaslandırmışdır ki, şikayət etdiyi protokol barədə bildiriş ona gəlmədiyi üçün şikayət müddətini ötürmüşdür. Göstərilənlərə əsasən şikayət vermə müddətinin ötürülməsinin üzürlü hesab edilərək bərpa edilməsi və işə təkrar baxılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Umar Məlikzadə vəsatətinin məzmununa uyğun çıxış edərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Umar Məlikzadə ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, qərarı şəxsən müraciət edib götürmüş, lakin qərarı aldığı vaxt dəqiq yadında deyil. Bildirir ki, barəsində qərar qəbul edildikən sonra təhsili ilə əlaqədar olaraq Türkiyə Respublikasına getmişdir. Qayıtdıqdan sonra isə işlərinin çoxluğu ilə əlaqədar uraxılmış prossesaul müddətin bərpası ilə bağlı müraciəti vaxtında edə bilməmişdir. Məhkəmənin yeri və vaxtı barədə lazımı qədər məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən orqan Sumqayıt Şəhər Dövlət X6 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses Umar Məlikzadəni dinləyib, vəsatətin dəlillərini nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Qərardan şikayət verən şəxs Umar Məlikzadə şikayət verilməsi müddətini ötürməsini ölkəyə qayıtdıqdan sonra işlərinin çoxluğu ilə əlaqələndirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Umar Məlikzadə barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqından 2024-cü ilin oktyabr ayından məlumatlı olmuş, həmin vaxt özü ölkə ərazisində olmasa da, həmin qərardan onun adından atası Ömər Məlikzadə şikayət vermiş, lakin həmin şikayət ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən verildiyi üçün məhkəmə tərəfindən geri qaytarılmışdır. Bundan sonra o, xx.xx.2025-ci il tarixdə ölkəyə geri qayıtmış, lakin gəldiyi gündən 13 gün sonra həmin qərardan şikayət və buraxılmış prossesual müddətin bərpası barədə məhkəməyə vəsatət vermişdir. Umar Məlikzadənin məhkəməyə müddət bərpası ilə bağlı müraciət etməsi üçün kifayət qədər zamanı və məlumatı olmuş, lakin məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının İXM-in 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Dövlət X6 20 sentyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X2 vəsatəti rədd edilsin və buraxılmış prosessual müddət bərpa edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Dövlət X6 20 sentyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytrılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-416/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-416/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver