Məhkəmə qərarları › İş №3(060)-418/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-418/2021

15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-418/2021 15.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş şəxs - Dövlət Avtomobil Nəqliyyat Xidməti Sumqayıt Regional Şöbəsinin aparıcı məsləhətçisi X1 iştirakı ilə, xx.xx.1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 91Ada qeydiyyatda olan (xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqdim olunmuş materiallara əsasən Şəxs 2020-ci ilin 26 noyabr tarixində saat 09:05 radələrində Ford Transit **-CZ-*** dövlət qeydiyyat nişanlı qvtonəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri ərazisində yükdaşıma fəaliyyəti göstərərkən sürücü xidməti vəzifəsini yerinə yetirərkən tələb olunan sənədləri təqdim etməmiş, ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Sumqayıt Regional Şöbəsinin məsləhətçisi Vüqar Sayadov tərəfindən xx xxxxxx 2021-ci il tarixdə ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Dövlət Avtomobil Nəqliyyat Xidməti Sumqayıt Regional Şöbəsinin aparıcı məsləhətçisi X2 protokolda göstərilənləri təsdiq etdi və inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi ilə bağlı hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında işin materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 2020-ci ilin 26 noyabr tarixində saat 09:05 radələrində Ford Transit **-CZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri ərazisində yükdaşıma fəaliyyəti göstərərkən tələb olunan sənədləri təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə 50 (əlli) manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, işin hallarını nəzərə alaraq ona cərimə növündə tənbeh verilməsini məqsədəuyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar