Məhkəmə qərarları › İş №3(060)-419/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-419/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-419/2025 17.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs X6, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X16 Xidməti X4 nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X16 Xidməti X4 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından X13 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X16 Xidməti X4 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ilə X13 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X13 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X13 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi yanında X16 Xidməti Abşeron-Xızı regional şöbəsindən ona s-17- 5/2—7834/2025 saylı, 28 yanvar 2025-ci il tarixli bildiriş məktubu göndərmiş, məktubda iştirakı olmadan tərtib edilmiş MN № ******* nömrəli, 28 yanvar 2025-ci il tarixli, İnzibati xəta haqqında protokola baxılması xx.xx.2025-ci il, saat 11.30-a təyin olunmuşdur. Həmin inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb-vətəndaş- X5, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə olan 15YD02T240002 nömrəli, xx.xx.2024-cü il tarixdə müraciət vərəqəsi və həmin müraciətinə təsdiqedici sənəd kimi əlavə etdiyi yol vərəqələri olmuşdur. Şikayətdən və yol vərəqələrindən məlum olur ki, bu şikayətin bizim "xxxx" MMC-yə heç bir aidiyyəti olmamışdır. Şikayətçinin şikayətinə qoşma şəklində təsdiqedici sənəd kimi təqdim etdiyi yol vərəqələrinin birinin bilavasitə "xxxx" MMC-yə aid olduğundan, həmin yol vərəqəsinə istinad edilməklə, X7suz və əsassız olaraq iştirakı olmadan MN № ******* nömrəli, 28 yanvar 2025-ci il tarixli, inzibati xəta haqqında protokola əsaslanmış, 07 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarla 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. X1 "xxxx" MMC-yə verdiyi izahatında da "xxxx" MMC-yə aid yol vərəqəsinin səhvən və onun diqqətsizliyi nəticəsində şikayətə əlavə olunduğunu bildirmişdir. O, bunu, işə baxılması ilə əlaqədar Əmək Müfəttişliyi Xidməti Abşeron Xızı regional şöbəsində, xx.xx.2025-ci il tarixdə saat 11:30-a təyin olunmuş iclasında da xüsusi olaraq qeyd etmişdir. Lakin, bu şöbənin əməkdaşı tərəfindən ona təzyiq göstərilərək yalan izahat da alınmışdır. Sahil MMC-yə aid yol vərəqəsində göstərilən nəqliyyat vasitəsinin şikayətçi-X8 aidiyyatı olmamış, QAZ (NVBA68R52) markalı, ** JG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, "xxxx" MMC- də 2023-cü il tarixindən sürücü kimi işləyən və həmin nəqliyyat vasitəsi Cəmiyyətin istifadəsinə qəbul olunduğu xx.xx.2024-cü il tarixdən etibarən bu günədək də X10 istifadəsindədir. Həmçinin, X14 izahatında onu da göstərmişdir ki, istifadəsində olduğu həmin nəqliyyat vasitəsi, nasazlığın aradan qaldırılması üçün, məhz onun xahişi ilə, X11 tərəfindən Servis Mərkəzinə aparılmış və yolda da problemlərin yaranmaması üçün onun xahişi ilə də ona yol vərəqəsi verilmişdir. Göstərilənlərlə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi yanında X16 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən 07 fevral 2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi və İnzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X13 şikayəti müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, X16 Xidməti Abşeron X19 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı əsassızdır. Belə ki, Sərxan Muradov onların müəssisəsində işləməmiş, yalnız 01 gün ərzində avtomobili təmir üçün servisə aparmışdır. Onlar inzibati araşdırmada iştirak etməmiş və onlara bu barədə bildiriş gəlməmişdir. Qərar çıxarıldıqdan sonra inzibati xətadan məlumatı olmuşdur. Sərxan Muradov onların sürücüsü olmamış, yalnız yol vərəqəsi əsasında avtomobili təmirə aparmışdır. Sərxanın onların şirkətinə qarşı heç bir şikayət və tələbi olmamışdır. Yol vərəqəsi verildiyi gün onların sürücüsü ailə vəziyyəti ilə əlaqədar rayona getməli olmuş, bu səbəbdən avtomobili Sərxan idarə etmişdir. "xxxx" MMC sərnişin daşıma fəaliyyəti ilə məşğul olur, şirkətin nəzdində 08 avtomobil var və hər birinin əmək müqaviləsi əsasında fəaliyyət göstərən sürücüləri vardır. Sərxan Muradov sərnişin daşımaqla bağlı “F.Rövşən” adlı şirkətdən şikayət etmişdir. Şirkətlərində sürücülər gündəlik onlara təhkim edilmiş avtomobillərlə fəaliyyət göstərir, yalnız ehtiyac olduqda avtomobillərini dəyişirlər. Sərxan Muradova yol vərəqəsi xx.xx.2024-cü il tarixdə verilmişdir. Əlavə olaraq bildirir ki, Sərxan Muradovun elan edilmiş izahatı təzyiq altında verilmiş, sonuncu ümumiyyətlə onların şirkətində işləməmişdir. Sərxan yalnız 1 dəfə onların xəbəri olmadan sürücü yoldaşının xahişi ilə dispetçerdən yol vərəqəsi alaraq avtomobili təmirə aparmışdır. Hesab edir ki, bu məsələdə heç bir təqsirləri yoxdur. Bu səbəbdən Azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi yanında X16 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən 07 fevral 2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi və İnzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən orqan Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında X16 Xidməti Abşeron X19 nümayəndəsi Nümayəndə bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə daxil olmuş Sərxan Muradovun "xxxx" MMC və “F.Rövsən” istehsalat müəssisəsi ilə bağlı müraciəti əsasında inzibati araşdırma aparılmış, sonuncunun izahatı alınmış və ona yol vərəqəsinin 01 ay müddətində verildiyi müəyyən edilmiş, eləcə də yol vərəqəsinin üzərində "xxxx" MMC-yə məxsus möhür mövcuddur. Sərxan Muradovun bildirdiyi xüsusatlar müfəttişlik tərəfindən araşdırılmış və onunla əmək müqaviləsi bağlanmadığı aşkar edilmişdir. Həmçinin, məhkəmə iclasında ifadə verən Ramil Abdıyevin qismən etirafından da görünür ki, Sərxana yol vərəqəsi verilərək müəssisənin işinin görülməsinə cəlb edilmişdir. Bununla da, İXM-nin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə xx.xx.2025-ci tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, X13 barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə qəbul edilmiş qərar qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən şahid X14 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə vəfat edən qohumu olması səbəbindən rayona getməli olmuş, buna görə də Sərxan Muradovdan avtomobili təmir üçün servisə aparmasını xahiş etmişdir. Avtomobil həmin gün Müşfiqabad qəsəbəsində olmuşdur. Sərxan avtomobili dispetçerin verdiyi yol vərəqəsi əsasında idarə etmişdir. O, yol vərəqəsini görməmişdir. Məhkəmə iclasında dindirilən şahid X11 ifadəsində bildirdi ki, o, sözügedən şirkətdə işləməmiş, şirkətə işə düzəlmək məqsədi ilə getmiş, tanışı Sakit Bayramov rayona getdiyinə görə ondan “İSUZU” markalı avtomobili təmir üçün servisə aparmasını xahiş etmiş, X27 tərəfindən saxlanılma ehtimalına görə dispetçerdən yol vərəqəsi almışdır. O, “F.Rövşən” adlı şirkətdən aylıq məvacibin verilməməsi səbəbindən şikayət etmişdir. Yanlışlıqla şikayət materiallarına sözügedən yol vərəqəsini əlavə etmişdir. Onun "xxxx" MMC ilə heç bir əlaqəsi olmamış, Əmək müfəttişliyi tərəfindən çağırılıb izahatı alınan zaman məlumatı olmuşdur ki, yol vərəqəsi şikayət materiallarına əlavə edilmişdir. Müfətişlikdə ondan tələb etmişlər ki, əmək haqqını almamasını izahatında qeyd etsin. Lakin o, əmindir ki, öz xətti ilə yazdığı izahatında Sahil MMC-dən şikayəti olmadığını və həmin şirkətdə işləmədiyini qeyd etmişdir. O, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-ə yaxınlaşan zaman şirkətin rəhbərini görməmiş, yalnız dispetçerdən onun üçün iş olubolmamasını maraqlanmış, sonuncu isə hazırda vakant yerin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə isintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: İş materiallarına əlavə edilmiş yol vərəqələrindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Qazel Next A68R5 markalı ** JG *** d.q.nömrəli avtobusun texniki baxışdan keçməsi və xəttə çıxmasına icazə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Sərxan Muradovun X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə verdiyi izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də avtobus sürücüsü kimi işləmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədə F-Rövşən istehsalat müəssisəsində avtobus sürücüsü kimi işləmişdir. Sahil MMC-nin rəhbərliyi tərəfindən əmək haqqı tam ödənilmişdir. F.Rövşən istehsalat müəssisəsinin rəhbərliyi tərəfindən əmək haqqı və son əmək haqqı ödənilməmişdir. Həmin müəssisələrdə işləməyini təsdiq edən sənəd kimi 4 ədəd yol vərəqəsini sizə təqdim edirəm. Onun Sahil MMC və F.Rövşən istehsalat müəssisəsinin rəhbərliyi ilə əmək müqaviləsi bağlamamışdır. F.Rövşən istehsalat müəssisəsi tərəfindən əmək haqqı və son haqq hesabın ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş yol vərəqələrindən görünür ki, X12 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Qazel Next A68R5 markalı ** JG *** d.q.nömrəli avtobusun texniki baxışdan keçməsi və xəttə çıxmasına icazə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli X24 MMC-nin direktoru Ramil Abdiyevə ünvanladığı ərizəsindən görünür ki, o, ümumiyyətlə 557 saylı marşrutda işləməmiş, işləmək üçün müraciət etmiş, yaxın zamanda onun işlə təmin ediləcəyi deyilmiş, 01 sentyabrda ona ** JG *** nömrəli avtobusu qarajdan götürüb servisə usta yanına aparmasını isə ona Sakit demişdir. Servis Bakı şəhəri, Şamaxı yolunun üzərində yerləşir. Ona yol vərəqəsinin verilməsi təhlükəsizlik baxımından olmuşdur. O, həmin avtobusu servisə aparmış və həmin avtobusda ciddi problem olduğu deyilmiş, təmirin bir həftə uzanması səbəbindən ofisə getdikdə ona rezerv kimi işləməsi təklif olunmuş, lakin ona sərf etmədiyi üçün razılaşmamış və onlarla sağollaşmışdır. Maşını servisə aparması qarşılığında heç bir maaş, pul vəsaiti almamışdır. Ona yol vərəqəsini avtobusda saxlamasını bildirmişlər. O isə fikirli olduğundan cibində aparmışdır. Onun F.Rövşən müəssisəsində olan mübahisəsi ilə bağlı şikayət edərkən səhvən "xxxx" MMC-yə məxsus yol vərəqəsini təqdim etmişdir. Daha sonra Əmək müfəttişliyinə dəvət edilmiş, müfəttişliyin nümayəndəsi onu məcbur edib ki, maaş və son əmək haqqını almasını yazsın. O, bildirmişdir ki, orada işləməmiş, heç bir əmək haqqı almamışdır. Yol vərəqəsini istəmiş, lakin verməmiş, ona bildirmişdir ki, narahat olma, onların xeyridi ki, onlar sənin əmək və son əmək haqqını veriblər. Bu səbəbdən də onun dediyi kimi yazmışdır. Lakin bu gün məlum olmuşdur ki, onu aldadıbdır. Bununla bağlı mübahisələri olmuşdur. Onun otağında müşahidə kamerasını görüb tələb etmişdir ki, kameraya baxış keçirilsin və oradan tam müəyyən olunacaqdır ki, müfəttiş Amil adlı şəxs onu necə aldadıbdır. O, ƏƏMF qaynar xətt (**********) nömrəsinə bu gün 11:58-də zəng vuraraq irad və şikayət bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli X10 Sahil MMC-nin direktoru Ramil Abdiyevə ünvanladığı ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə “Qazel”in təmirə ehtiyacı olduğundan rayona getmiş, Sərxan adlı şəxsdən maşını Bakı-Şamaxı yolunda yerləşən servisə aparmasını xahiş etmişdir. O da aparacağını bildirmişdir. O, maşını qaraja yerləşdirib, mexanikə təhvil verib rayona getmişdir. Ayın 9-u mexanik tərəfindən ona zəng edilmiş, gedib maşını servisdən götürüb, sabah işə çıxması bildirilmişdir. O, ayın 9-u maşının servisdən götürürək, sentyabr ayının 10-da işə çıxmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunan xx.xx.2025-ci il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, istifadənizdəki QAZ markalı (NVBA68R52), 77JG557 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi servisə xx.xx.2024-cü il tarixində qəbul edilmiş və nasazlıq tam olaraq aradan qaldırıldıqdan sonra, xx.xx.2024-cü il tarixində saat 16:00-17:00 radələrində nəqliyyat vasitəsi nümayəndənizə təhvil verilmişdir. Nasazlığın aradan qaldırılmasına bu qədər vaxt sərf edilməsi məsələsi ilə əlaqədar bildiririk ki, həmin vaxt ehtiyyat hissələri anbarımızda sürətlər qutusunun təmiri üçün tələb olunan 3-cü ötürmənin dişli çarxı olmadığından hissə təcili sifariş ilə istehsalçıdan sifariş edilmiş və hissə anbarımıza daxil olduqdan sonra avtomobilin təmiri tamamlanmışdır. Avtomobilin tam saz vəziyyətdə təhvil verildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsindən görünür ki, X14 ilə Sahil MMCnin direktoru X18 ilə sürücü vəsifəsinə işə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanmışdır. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, X13 barəsində Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X16 Xidməti X4 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün qanunverici iki əlamətin mövcudluğunu tələb etmişdir. 1) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməməli; 2) işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Məhkəmə hesab edir ki, X3 Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X9 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi əsası kimi çıxış edir. Şikayət vermiş şəxs tərəfindən təqdim edilən sənədlər və ifadələri dinlənilmiş şahidlərin bildirdikləri Ramil Abdiyevin inzibati məsuliyyətdən azad olunması üçün əsas deyil. Belə ki, iş materiallarında olan digər sübutlar müdafiə tərəfinin sübutlarını təkzib edir və Ramil Abdiyev barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın qanunilini və əsaslığı sübuta yetirir. xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin direktoru Abdiyev R.Q üzərində ** JG *** d.q.n-lı “nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi” və “xəttə çıxmasına icazəsi verilməsi”, “şəhərətrafı sərnişin daşıma”sının həyata keçirilməsi üçün nəzərdə tutulan və üzərində "xxxx" MMC-yə məxsus möhür və Abdiyev Ramilin imzası olan yol vərəqələrini Sakit Bayramova və Sərxan Muradova təqdim etmişdir. Bundan başqa Sərxan Muradov məhkəmədə və məhkəməyədək MMC-yə verdiyi izahatında bildirmişdir ki, X16nin əməkdaşı onu məcbur edərək "xxxx" MMC-də işləməsi məzmununda izahatını almışdır. Lakin, həmin izahatın məzmunundan məlum olur ki, yol vərəqəsinin 30 gün müddətinə verilməsinə baxmayaraq, sonuncunun verdiyi izahatında məhz xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək işləməsini təsdiq etmişdir. İnzibati tənbeh tədbiri tədbiq edildikdən "xxxx" MMC-dən şikayəti olmayan S.Muradovun həmin faktı təkzib etməsi mötəbər dəlil olaraq qiymətləndirilməməlidir. Həmçinin, Ramil Abdiyevin məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, nəqliyyat vasitəsi təmir edilməsi məqsədi ilə servisə aparması üçün Sərxan Muradovun istifadəsinə verilmişdir. “Qazel” markalı ** JG *** d.q.n-lı nəqliyyat vasitəsinin təmir edilməsi üçün servisə aparılmasının S.Muradova həvalə edilməsi də onun MMC-nin işlərinin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi kimi qiymətləndirilməlidir. Bununla da, iş materiallarında mövcud olan və mübahisələndirilməyən 04 nömrəli yol vərəqi, eləcə də Ramil Abdiyevin qismən etirafedici ifadəsi S.Muradovun "xxxx" MMCdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktını təsdiq edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məzmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd edilən bütün hallar və normaların tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, X13 barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati işin icraata xitam verilməsi üçün İXM-nin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. X13 barəsində Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X16 Xidməti X4 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1 maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 şikayəti təmin edilməsin. X6 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə olunmasına dair ƏƏSM Nazirliyi yanında X16 Xidməti Abşeron X19 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar