Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-42/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Qərardan şikayət verən şəxs – Babayev Ümid Raib oğlunun, Qərarından şikayət verilən Sumqayıt ŞPİ DYPŞ-nin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs Babayev Ümid Raib oğlunun Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş 09.12.2021ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Babayev Ümid Raib oğlu Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş 09.12.2021-ci il tarixli, TP ******* saylı qərardan şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Babayev Ümid Raib oğlu izahat verərək şikayətini onunla əsaslandırdı ki, 09.12.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən AP ******* saylı, 09.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə edilmişdir. Qərarı qanunsuz və əsassız hesab edir, barəsində tətbiq edilmiş inzibati tənbehin ləğv olunmasını istəyir və qərarın qanunsuzluğunu bununla əsaslandırır ki, 08.12.2021-ci il tarixdə Sumqayıt şəhəri, Babək küçəsində idarə etdiyi ** NE *** dövlət qeydiyyat nişanlı, mersedes markalı avtomobillə ikizolaqlı yolda düz yolla hərəkət edərkən, hərəkət etdiyi yoldan sola dönmək istəyəndə ** SP *** dövlət qeydiyyat nişanlı, chevrolet markalı avtomobil qəfil olaraq arxadan onun idarə etdiyi avtomobilə dəyərək yol hərəkəti qaydasını pozmuşdur. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gəlmiş, onun heç bir yol hərəkəti qaydası pozuntusu törətmədiyini bildirmiş və 09.12.2021-ci il tarixdə Sumqayıt Şəhəri Dövlət Yol Polisi İdarəsinə gəlməyini ondan tələb etmişlər. 09.12.2021-ci il tarixdə Sumqayıt Şəhəri Dövlət Yol Polisi İdarəsinə getdi və ona bildirildi ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir və 40 manat məbləğində cərimə edilir. Həmin vaxt inzibati xəta haqqında protokol tərtib edildi. Halbuki hadisə bir gün öncə baş vermişdi. Heç bir yol hərəkəti qaydasını pozmadığı halda əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə qanunsuz olaraq ona inzibati xəta haqqında tənbeh vermə haqqında qərarla cərimə yazılmışdır. Halbuki o, heç bir manevr etmə qaydasını pozmamışdır. Bunu təsdiq edən fotolar və videoşəkillər də var. Bundan əlavə inzibati xəta haqqında protokol dərhal tərtib edilməli olduğu halda, hadisədən bir gün sonra tərtib edilmiş və müvafiq qərar verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. O, qanunsuz olaraq inzibati qaydada tənbeh edilmişdir. Odur ki, qeyd olunan qərar ləğv edilməlidir. Bütün bunları nəzərə alaraq həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarı tərtib edən orqan – Sumqayıt ŞPİ DYPŞ-nin nümayəndəsi X2 qərarı müdafiə edərək bildirdi ki, Babayev Ümid Raib oğlu 08.12.2021-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Yol hadisəsini əks etdirən videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Babayev Ümid 08.12.2021-ci il tarixdə Sumqayıt şəhər, Babək küçəsində idarə etdiyi Mercedes Benz 170 minik markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42 maddəsinin 1-ci bəndinin tələblərini pozaraq digər yol hərəkəti iştirakçısı üçün maneə yaratmış, manevr qaydalarını pozmuş, dönmə əməliyyatını həyata keçirərkən digər düzünə hərəkətdə olan nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Belə ki, Babayev Ümid 08.12.2021-ci il tarixdə Sumqayıt şəhər, Babək küçəsində idarə etdiyi Mercedes Benz 170 minik markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42 maddəsinin 1-ci bəndinin tələblərini pozaraq digər yol hərəkəti iştirakçısı üçün maneə yaratmış, manevr qaydalarını pozmuş, dönmə əməliyyatını həyata keçirərkən digər düzünə hərəkətdə olan nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Babayev Ümid 08.12.2021-ci il tarixdə Sumqayıt şəhər, Babək küçəsində idarə etdiyi Mercedes Benz 170 minik markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42 maddəsinin 1-ci bəndinin tələblərini pozaraq digər yol hərəkəti iştirakçısı üçün maneə yaratmış, manevr qaydalarını pozmuş, dönmə əməliyyatını həyata keçirərkən digər düzünə hərəkətdə olan nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Babayev Ümid Raib oğlu Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş 09.12.2021-ci il tarixli, TP ******* saylı qərardan ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərarların ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş 09.12.2021-ci il tarixli, TP ******* saylı qərardan Babayev Ümid Raib oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-42/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-42/2022
25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver