Məhkəmə qərarları › İş №3(060)-421/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-421/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-421/2025 10.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Abşeron-Xızı Regional şöbəsinin 28 yanvar 2025-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunaraq "xxxx" MMC-nin direktoru X4 barəsində barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi(işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbələrini pozaraq xitam verilməsi) ilə 1700 manat inzibati cərimə tətbiq edilmişdir. X9 ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinin(Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz) tələbləri pozularaq xitam verilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 83.4-cü (Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab, yəni istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr sonuncu iş günü ödənilməlidir) və 172.4-cü (İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) maddələrinin tələbləri pozularaq X8 əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində pozuntulara yol verilmiş, son haqq-hesabı sonuncu iş günü ödənilməmişdir. Şikayətin dəlilləri və hüquqi məsələlər: Hesab edirik ki, inzibati xəta haqqında qərar əsassızdır və ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Bildiririk ki, "xxxx" MMC tərəfindən X6 müəssisəyə külli miqdarda maddi ziyan vurduğu aşkar olunmuşdur. Və həmin ziyanın vurulduğunu X9 qəbul etmişdir. Tətbiq edilən inzibati tənbeh qanunsuz və əsassızdır, çünki işçinin qanunvericiliyə uyğun olaraq işdən çıxarılması üçün kifayət qədər əsaslar mövcud olub. Rəhbər şəxslərin iştirakı ilə X9 barəsində 01 noyabr 2024-cü il tarixli, 01 nömrəli “Akt” tərtib edilərək işçinin müəssisəyə 50.000 (əlli min) manat məbləğində maddi ziyan vurduğu təsdiq edilmişdir. Buna görə də "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli əmri (işçinin işdən kənar edilməsi) ilə X9 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndinə əsasən(iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə) işdən kənar edilmişdir. Əmək Məcəlləsinin 62-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Həmin maddənin 4-cü hissəsində qeyd olunmuşdur ki, işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən Bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. Həmçinin həmin maddənin 5-ci hissəsində qeyd olunmuşdur ki, işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. X2 tərəfindən məhkəməyə müraciət olunmamışdır. Bu da o deməkdir ki, həqiqətən də onun tərəfindən müəssisəyə maddi ziyan vurulduğu qəbul edilmişdir. X1 əri müəssisəyə gələrək ümumi olaraq 50.000 (əlli min) manat miqdarında vurulan maddi ziyanın bir hissəsini ödəmələri barədə razılığa gəlmələrini müəssisə rəhbərinə təklif etmişlər. İşin bu halını sübut edən video görüntünü şikayət ərizəsinə qoşma ilə məhkəməyə təqdim edirik. Həmin video görüntüdən də aydın olur ki, işçi X9 həqiqətəndə müəssisəyə külli miqdarda ziyan vurmuşdur. Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsini(işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən Bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər) və 186-cı maddənin “ç” bəndini (əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək) rəhbər tutaraq X9 ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixli əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işəgötürən tərəfindən ləğv edilmişdir. X9 əmək müqaviləsinə xitam verilərkən tərəfindən vurulmuş maddi ziyan məbləği hesablanmış və ona ödənilməli olan son haqq-hesabı təşkil edən məbləğ vurulmuş maddi ziyanın bir qismi ilə əvəz edilmişdir. İşçi tərəfindən müəssisəyə vurulan maddi ziyanı işçiyə verəcəyimiz, son-haqq hesab hissəsini çıxmışıq və bu qanunvericiliyin prinsiplərinə tam uyğundur. Hal-hazırda bu işlə bağlı, yəni X9 tərəfindən bizə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişik. Məhkəməyə müraciət edərkən həmin son haqq-hesab hissəsini ümumi məbləğdən çıxmışıq. Məhkəməyə müraciət ərizəmiz tam əsaslı və sübutlara dayanmışdır. Təqdim edəcəyimiz sübutlarda həqiqətəndə X9 tərəfindən vurulmuş maddi ziyan öz təsdiqini tapır. Məhkəmə prosesi icraata götürülmüş və davam edir. Həmin məhkəmə sənədlərini qoşmada təqdim edirik. X9 tərəfindən isə heç bir etiraz bildirilməmişdir. X9 onun ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işəgötürən tərəfindən ləğv edilməsinə heç bir etiraz etməmişdir. Əgər etiraz etsə idi qanunvericiliyin qeyd etdiyi müddət ərzində məhkəməyə müraciət edərdi. Bu fakt işçinin törətdiyi pozuntunu qəbul etdiyini və buna qarşı hüquqi mübahisə açmadığını göstərir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsi (Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz) ilə bağlı onu qeyd edim ki, işçi ilə əmək müqaviləsinə iki və daha artıq əsasla deyil tək əsasla xitam vermişik. Əmrdən də görünür ki, tərəfimizdən qeyd olunan əsas işçi tərəfindən vurulan külli miqdarda maddi ziyandır və işçi maddi ziyanı daxili nizam -intiizam qaydalarını pozaraq vurmuşdur. Buda iki deyil tək əsası yaradır. Bundan başqa tək əsas yaratmağını X6 ərinin müəssisənin rəhbərinə yazdığı mesajlarda təsdiq edir. İnzibati orqan tərəfindən verilmiş hüquqi qiymətləndirmə qanunvericiliyin mahiyyətinə uyğun deyil və faktiki hallarla uzlaşmır. X9 ilə "xxxx" MMC arasında tam maddi məsuliyyət haqqında 07 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilədə tərəflərin hüquqları və cavabdehlikləri konkret olaraq qeyd edilmişdir. Həmin müqavilənin 1.2-ci hissəsində qeyd edilmişdir ki, “işçi” ona “işəgötürən” tərəfindən əmək münasibətləri prosesində etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyət ilə öz üzərinə götürür və ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin qeydinə qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübariz olmalıdır. Həmin sənədi qoşma ilə təqdim edirik. X3 tərəfindən imzalanmış, lakin tərəfindən bu bəndlərdə qeyd olunmuş heç bir şərtə əməl olunmamışdır. Qeyd edirik ki, "xxxx" MMC ziyan çəkən tərəfdir. X6 təqsirli hərəkətləri nəticəsində müəssisəyə külli miqdarda ziyan dəymişdir. Ona ödənilməmiş məbləği həmin ziyan məbləğindən çıxmışıq. Buda o deməkdir ki, X9 tərəfindən mənimsənilmiş 50.000 (əlli min) manat miqdar pulun tərkibində son haqq-hesab hesab olunacaq məbləğ ələ keçirilmişdir. Ziyan çəkən tərəf kimi əlavə olunaraq inzibati qaydada cərimə olunmağımız tam əsassızdır. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənləri nəzərə alaraq inzibati xəta haqqında qərarın ləğv olunaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs məhkəmə iclaslarına gəlməmiş, xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasına isə "xxxx" MMC-nin nümayəndəsi olaraq X10 gəlmiş, lakin mövcud qərarın hüquqi şəxs barəsində deyil, vəzifəli şəxs barəsində tərtib edilməsi nəzərə alınaraq onun məhkəmə prosesində tərəf kimi iştirak etməsi təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi Nümayəndə şikayətlə razılaşmayaraq bildirmişdir ki, "xxxx" MMC-nin vəzifəli şəxsi X7 tərəfindən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Belə ki, əmrdə göstərilir ki, müəssisənin baş aviakassiri müəssisəyə külli miqdarda, yəni 40000 manat miqdarında maddi ziyan vurduğuna görə onunla son haqqhesab edilməmişdir. Bununla da İXM-nin 192.4-cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin, inzibati pozuntu 01 noyabr 2024-cü il tarixdə aşkar edilərək aktlaşdırılmış, 11 dekabr 2024-cü il tarixli əmrlə işçi əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Bununla da, Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddə deyilir: intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Qərar əsaslıdır. Göstərilən halları nəzərə alaraq X5 şikayətinin təmin edilməməsini və X12 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan və tədqiq edilmiş müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru X7 ilə işçi X9 ilə xx.xx.2024-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan və tədqiq edilmiş müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru X7 ilə işçi X9 ilə xx.xx.2024-cü il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan və tədqiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Suzanna Qədirli onunla bağlanmış əmək müqaviləsində və vəzifə təlimatında göstərilə qaydaları kobud surətdə pozaraq Şirkətin müştəri bazasını, sənəd və materialları silərək Şirkətə 50000-60000 manat məbləğində külli miqdarda maddi ziyan vurmuşdur. İş materiallarında olan və tədqiq edilmiş 072/24 saylı “İşçinin işdən kənar edilməsi barədə” əmrdən görünür ki, müəssisənin baş aviakassiri xx.xx.2024-cü il tarixindən müəssisəyə külli miqdarda maddi ziyan vurduğuna görə məsələnin tam araşdırılması səbəbi ilə araşdırma yekunlaşana qədər kənarlaşdırılması və X9 işdən kənar edildiyi dövr ərzində əmək haqqı hesablanmaması barədə X7 əmr vermişdir. İş materiallarında olan və tədqiq edilmiş 085/24 saylı “Əmək funksiyasını yerinə yetirməyən işçinin əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrdən görünür ki, "xxxx" MMC-nin Baş aviakassir vəzifəsini icra edən X9 Cəmiyyətin daxili nizam-intizam qaydalarını pozmuş, oğurluq hadisəsi törədərək Cəmiyyətin maddi maraqlarına külli miqdarda ziyan vurduğu üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq, onunla bağlanmış 01 fevral 2024-cü il tarixli əmək müqaviləsi 11 dekabr 2024-cü il tarixdən ləğv edilməsi və mühasibatlıq şöbəsinə işçinin Cəmiyyətə vurduğu 40.000 manat məbləğində maddi zərərin bir qismini qarşılanması məqsədi ilə işçiyə son haqq-hesabın ödənilməməsini təmin edilməsi barədə X7 əmr vermişdir. İş materiallarında olan və tədqiq edilmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(002)-555/2025 saylı qərardadından görünür ki, X6 "xxxx" MMCyə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası icraata qəbul edilməmiş və geri qaytarılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, xx.xx.2024-cü il tarixində R.Abdullayev, T.Cəfərov, Z.Əhmədova, M.Məlikovanın iştirakı ilə tərtib olunmuş, həmin tarixdə Suzanna Qədirlinin "xxxx" MMC-yə 50000-6000 məbləğində külli mqdarda maddi ziyan vurması barədə aktdan məlum olur ki, sonuncu tərəfindən intizam pozuntusuna yol verilməsi aşkar olunmuş, xx.xx.2024-cü il tarixində 072/24 nömrəli əmrlə işdən kənar edilməsi barədə əmr imzalanmış, xx.xx.2024cü il tarixində, yəni 1 ay 10 gün sonra 085/24 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsində isə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsində isə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin maddədən göründüyü kimi əmək məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə əmək müqaviləsini ləğv edilməsini intizam tənbehinin növü olaraq tanımışdır. Azərbaycan Respublikası İXM-in 192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar