Məhkəmə qərarları › İş №3(060)-423/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-423/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-423/2025 14.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi X4 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-cü il tarixdə saat 22:30 radələrində Suqmayıt şəhəri, H.Əliyev prospekti, 26-cı məhəllə ərazisində yerləşən “Oba” Marketin qarşısında narkotik vasitələrin istifadəsi şübhəsi ilə əlaqədar saxlanılmış, orada üzərində şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan bir sellofan bükümdə kütləni təqdim edərək narkotik vasitə olan marixuna olmasını bildirmiş, həmin büküm büküm çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra Şəxs 4-cü PB-nə gətirilmiş, orada vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, lakin əlavə qanunsuz hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha öncədən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə isə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə açılaraq çəkilmiş və qablaşdırlaraq götürülmüşdür. Daha sonra aşkar edilmiş edilmiş maddə ekspertizaya göndərilmiş və ekspert rəyinə əsasən həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmişdir. İş üzrə eyni zamanda məhkəmə-narkoloji ekspertizası təyin edilmiş, alınmış rəyə əsasən Şəxs narkomaniya xəstəliyindən əziyət çəkməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, vvvələr ayrı-ayrı vaxtlarda CM-in 177.2.2 və 126.1-ci maddələri ilə məhkum edilmişdir. Bir müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuana qəbul edir. Özü Bakı şəhərində yaşayır, xx.xx.2025-ci il tarixdə bir dostunu görmək üçün Sumqayıt şəhərinə gəlmişdir. Həmin vaxt üzərində narkotik vasitə olan marixuana da olmuşdur. Həmin gün saat 22:30 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospekti, 26-cı məhəllə ərazisində yerləşən “Oba” Marketin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər, onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. O, üzərində olan narkotik vasitəni təqdim etmişdir. Həmin narkotik vasitə yerində çəkilmiş, həmçinin qablaşdırılaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları ilə Sumqayıt ŞPİ-nin 4-cü Polis bölməsinə getmişlər. O, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Bölmədə xidməti otaqların birində ona vəkil təqdim edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Daha sonra video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən əlavə qanunsuz hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra daha öncədən ərazidə təqdim etdiyi bir ədəd bükümdə olan marixunanın qablaşdırıldığı zərf açılmış, zərfin içərisində olan narkotik vasitə marixuana tərəziyə qoyularaq çəklimişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş kütləni üç gün əvvəl Bakı şəhərində tanımadığı bir şəxsdən 20 manata aldığını bildirmişdir. Bu barədə protokol tərtib olunmuş və imzalamışlar. Saxlanılarkən və daha sonra hər hansı təsir və ya təzyiqə məruz qalmamışdır. Göstərilən halları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşman olmasını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili X3 izahatında bildirmişdir ki, Şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-cü il tarixdə saat 22:30 radələrində Şəxs Sumqayıt şəhəri, H.Əliyev prospekti, 26-cı məhəllə ərazisində yerləşən “Oba” Marketin qarşısında tərəflərindən şübhəli şəxs kimi saxlanılmış, özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və üzərində gəzdirilməsi ilə bağlı şübhəli olmasını bildirmişlər. Şəxs üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, o da əynində olan şalvarın cibində saxladığı bir bükümü təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin büküm açıldıqda içərisində həqiqətən də narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, daha sonra isə qablaşdırılaraq götürülmüş və üzəri işitakçılar tərəfindən imzalanmışdır. Daha sonra Şəxs şübhəli şəxs kimi 4-cü Polis Bölməsinə gətirmişlər. Bölmədə Şəxs vəkil təqdim edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şəxs üzərində əlavə hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxs ərazidə təqdim etdiyi bükümün olduğu zərf açılaraq təkrar baxış keçirilmiş və çəkilmişdir. Daha sonra isə həmin kütlə təkrar qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin kütləni 03 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, şahidin izahatı, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər, ekspert rəyləri və və işdə olan digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə Sumqayıt ŞPİ-nin 4cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən 0,513 qram qurudulmuş marixuana aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXMin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan video görüntülərə baxış keçirilərkən müyyən edilmişdir ki, Şəxs Sumqayıt şəhəri, H.Əliyev prospekti, 26-cı məhəllə ərazisində yerləşən “Oba” Marketin qarşısında polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs kimi saxlanılmış, həmin vaxt Şəxs üzərində olan bir bükümdə olan kütləni təqdim edərək narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin kütlə bükümü ilə birlikdə çəkilərkən çəkisinin 0,53 qram olması müəyyən edilmişdir. Digər video görünütü müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə 4-cü Polis Bölməsində olan şəxsi axtarışla bağlı olmuşdur. Həmin vaxt Şəxs üzərində əlavə hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxs ərazidə təqdim etdiyi bükümün olduğu zərf açılaraq təkrar baxış keçirilmiş və çəkilmişdir. Həmin kütlə bükümü ilə birlikdə çəkilərkən çəkisinin 0,53 qram olması müəyyən edilmişdir. Daha sonra isə həmin kütlə təkrar qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin kütləni 03 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 7/295 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, üzərində “...təqdim etdi imza Şəxs ...” yazı və imzalar olan 1 (bir) ədəd ağ rəngli kağız zərfdə 1 (bir ədəd bükümdə təmzi çəkisi 0, 513 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ıekspertizaya dair aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 800 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 12 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:30-da tutulmuşdur. İş materiallarında olan 13 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, lakin onun əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın olması səbəbindən material aidiyyəti üzrə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə göndərilmişdir. İş materiallarında olan şübhəli şəxsin dərhal azad edilməsi haqqında 13 fevral 2025ci il tarixli qərardan görünür ki, Şəxs şübhəli şəxs statusuna xitam verilmiş və o dərhal azad edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 13 fevral 2025-ci il tarixli protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, şahidin izahatı, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər, ekspert rəyləri və və işdə olan digər iş materialları ilə də tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Beə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsini məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli 12 fevral 2025-ci il tarixdən saat 22:30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 800 nömrəli rəyinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsində saxlanılan keçirilmiş ekpertiza tədqiqatından sonra qalıq qalmış 0,463 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza xərci dövlətə aid edilməli, Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün o inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməli, qərarın icrası inzibati həbs və şəxsin məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi hissəsində Sumqayıt Şəhər Polis İdarəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində isə yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 37-ci maddəsinə əsasən 37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 12 fevral 2025-ci il tarixdən saat 22:30-dan hesablansın. Qərar inzibati həbs etmə hissəsində dərhal icra edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün o inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın icrası inzibati həbs və Şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi hissəsində Sumqayıt Şəhər Polis İdarəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində isə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində saxlanılan keçirilmiş ekpertiza tədqiqatından sonra qalıq qalmış 0,463 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza xərci dövlətə aid edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar