Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-424/2021 16.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə 11.01.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 01.12.2020-ci il tarixdə saat 10:05 radələrində Sumqayıt şəhəri, “İ.Qayıbov” küçəsində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamayaraq VAZ 21074markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə bədən xəsarəti alan olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 02.02.2021-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt ŞPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xətaya dair iş materiallarında olan 08 yanvar 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs idarə etdiyi Chevrolet Cruze markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə 01 dekabr 2020-ci il tarixdə təxminən saat 10:05 radələrində Sumqayıt şəhəri, “İ.Qayıbov” küçəsi ilə X7 küçəsi istiqamətində hərəkət edən zaman “Billur” şadlıq sarayının qarşısında ara məsafəsini gözləmədiyi üçün X2 idarə etdiyi etdiyi VAZ 21074 markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sərnişin X6 xəsarət alaraq Sumqayıt şəhəri TTYX-na getmişdir. İlkin yoxlama zamanı X5 izahat verərək bildirmişdir ki, VAZ 21074 markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir, 01 dekabr 2020-ci il tarixdə saat 10:05 radələrində idarə etdiyi həmin avtomobillə Sumqayıt şəhəri, “İ.Qayıbov” küçəsi ilə X7 küçəsi istiqamətində hərəkət etmiş, həmin vaxt arvadı X3 arxa oturacaqda əyləşmiş, avtomobillə 40 km/saat surətlə sol zolaqla hərəkət edib “Billur” şadlıq sarayının qarşısında sola dönmə əməliyyatı etmək üçün sola dönmə işığını yandırıb dayanmış, bu vaxt arxadan gələn Chevrolet Cruze markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil surətlə hərəkət edib qabaq hissəsi ilə idarə etdiyi avtomobil arxa hissəsinə dəymiş, avtomobilinin arxa hissəsi əzilmiş, eyni zamanda arvadı Leylan da baş nahiyəsindən xəsarət almış, ona məxsus orta bazar qiyməti 120 manat olan “Samsung Galaxy J 5-2017” markalı mobil telefonun ekranı da sınmış, həmin vaxt Chevrolet Cruze markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona arvadının xəstəxanaya gedib işi böyütməməsini, xəstəxana xərclərini ödəyəcəyini demiş, buna görə də arvadı Leylanı xəstəxanaya aparan zaman onun yıxılaraq xəsarət aldığını bildirmiş, bundan başqa hadisə yerinə YPX əməkdaşları gəlmiş, sonra özü və digər sürücü Sumqayıt ŞPİ-nin DYPŞ-nə getmiş, orada Sumqayıt ŞPİ-nin DYPŞ-də izahat vermiş, hadisəni olduğu kimi danışmış, hətta Sumqayıt ŞPİ-nin DYPŞ inzibati protokol da tərtib etmiş və sığorta şirkətinə forma 4 də göndərmiş, buna baxmayaraq digər sürücü Şəxs arvadının müalicə xərclərini ödəmədiyi üçün Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng sisteminə zəng edib hadisə ilə bağlı müraciət etmişdir. İlkin yoxlama zamanı X6 izahat verərək bildirmişdir ki, VAZ 21074 markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil əri Halduna məxsusdur, 01 dekabr 2020-ci il tarixdə saat 10:05 dəqiqələrində Haldun idarə etdiyi həmin avtomobillə Sumqayıt şəhəri, “İ.Qayıbov” küçəsi ilə X7 küçəsi istiqamətində hərəkət etmiş, həmin vaxt özü sağ arxa oturacaqda əyləşmiş, əri avtomobillə sol zolaqla hərəkət edib “Billur” şadlıq sarayının qarşısında sola dönmək istəyərkən arxadan gələn Chevrolet Cruze markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil surətlə hərəkət edib qabaq hissəsi ilə onların avtomobilinin arxa hissəsinə dəymiş, bu vaxt baş nahiyəsindən xəsarət almış, həmin vaxt Chevrolet Cruze markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüü Halduna onun xəstəxanaya gedib işi böyütməməsini, xəstəxana xərclərini ödəyəcəyini demiş, buna görə də xəstəxanaya gedən zaman yıxılaraq xəsarət aldığını bildirmişdir. İlkin yoxlama zamanı Şəxs izahat verərək bildirmişdir ki, Chevrolet Cruze markalı **- RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə 01 dekabr 2020-ci il tarixdə təxminən saat 10:05 radələrində Sumqayıt şəhəri, “İ.Qayıbov” küçəsiilə “V.Axundov” küçəsi istiqamətində hərəkət etmiş, İ.Qayıbov və Corat qəsəbəsi, Sülh küçəsinin kəsişməsində qarşısında hərəkət edən Vaz 21074 markalı avtomobil dayanmış, maşını saxlaya bilmədiyi üçün həmin maşını arxadan vurmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Publik hüquqi şəxsi Sumqayıt şəhər Şöbəsinin 30.12.2020-ci il tarixli, 1493 saylı rəyinə əsasən X4 bədəni üzərində alın-təpə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmişcırılmış yarası və sıyrığı xəsarətləri vardır, qeyd olunan xəsarətlər küt əşya təsirindən yaranmışdılar, tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarada göstərilən şəraitdə, yəni 01.12.2020-ci il tarixdə YNH zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlərə aid edilir. Sumqayıt şəhər Narkoloji Dispanserinin 01.12.2020-ci il tarixli, 6539 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur. Qüvvədə olan cinayət qanunvericiliyinin tələblərinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istisamarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda şəxsin əməlində Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyəti yaradır. Lakin baş vermiş hadisə zamanı X1 yüngül zərərvurmaya aid olan xəsarət aldığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında haqqında qərar 08 yanvar 2021-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Şəxs oğluna təqsirli bilindiyi AR İXM-in 327.8-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququnu məhdudlaşdırma növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-424/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-424/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver