Məhkəmə qərarları › İş №3(060)-425/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-425/2022

08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-425/2022 08.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, X1 Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş 12.01.2021-ci il tarixli, EPQ ******* saylı qərarın ləğv edilməsi barədə şikayətinə baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə X2 Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş 12.01.2021-ci il tarixli, EPQ ******* saylı qərarın ləğv edilməsi barədə şikayəti daxil olmuşdur. İş materiallarındakı məlumatlara əsasən protokolun tərtib edilməsinə səbəb X1 Bakı şəhəri, “Elmlər Akademiyası” metrostansiyasında COVİD-19 peyvənd sertifikatı olmadan hərəkət etməsi olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verildiyini və ehtimal olunan inzibati xətanın Bakı şəhəri, Yasamal rayonu ərazisində baş verdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110, 112, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin 12.01.2021-ci il tarixli, EPQ ******* saylı qərarının ləğv edilməsi barədə şikayətinə dair 3(060)-425/2022 saylı iş aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar