Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-425/2025 14.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Sumqayıt Kompressorlar ASC-nin rəhbəri və "xxxx" MMC-də təsərrüfat üzrə köməkçi vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyatda olan, Sumqayıt Kompressorlar ASC-nin vəzifəli şəxsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X10 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X10 bildirmişdir ki, Kompressorları Açıq Səhmdar Cəmiyyəti barəsində olan, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-597/2022-013 nömrəli, xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2-1733/2005 nömrəli, xx.xx.2005-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2-91/2006 nömrəli, xx.xx.2006-cı il tarixli, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1(85)-2691/2018 nömrəli, xx.xx.2019-cu il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6778/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6778/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-252/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2-208/2006 nömrəli, xx.xx.2006-cı il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-107/2023-004 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə borclu Sumqayıt Kompressorları” ASC-dən tələbkarlara ümumillikdə 100285 manat borcu üzürsüz səbəblərdən ödəməmişdir. Bu səbəbdən ASC-nin vəzifəli şəxsi İcra İdarəsinə dəvət edilərək izahatı alınmış, borcdan heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Tələbkarlar isə borc məbləğlərini tələb edirlər. Göstərilən halları nəzərə alaraq protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, qeyd olunan protokol üzrə özünü təqsirli bilmir. Hazırda müəssisə fəaliyyət göstərmədiyindən tələbkarların borcunu ödəyə bilmir. Müəssisə fəaliyyətə başladıqda ödənişlər həyata keçiriləcəkdir. Həmçinin, icra məmuru ilə də əraziyə baxış keçirilmiş, müəssisəsinin işləmədiyi öz təsdiqini tapmışdır. Əlavə olaraq qeyd etmişdir ki, 2024-cü ilin oktyabr ayında ASC-nin idarə heyətinin sədri seçilmiş, müəssisənin hazırda fəaliyyətinin dayandırmış, müəssisədən bu vaxtadək heç bir gəlir götürməmiş, buna baxmayaraq borc məbləğinin ödənilməsindən imtina etmir. Ailəsinin tək gəlir mənbəyi olduğunu, müəssisənin hazırda işləməməsi səbəbindən ödəniş edə bilməməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 bildirmişdir ki, müəssisənin bundan əvvəlki idarə heyətinin sədri Anar Məmmədov onun evinə gəlmiş, onun necə şəraitsiz vəziyyətdə yaşadığını müşahidə etmişdir. 1990-cı ildə müəssisədə işlədiyi dövrdə xəsarət almış, bundan sonra onun aqibəti ilə maraqlanan olmamışdır. Hazırkı vəziyyətinin nəzərə alınaraq ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Kompressorları Açıq Səhmdar Cəmiyyəti barəsində olan, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-597/2022-013 nömrəli, xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2-1733/2005 nömrəli, xx.xx.2005-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2-91/2006 nömrəli, xx.xx.2006-cı il tarixli, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1(85)-2691/2018 nömrəli, xx.xx.2019-cu il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6778/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6778/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-252/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2-208/2006 nömrəli, xx.xx.2006-cı il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-107/2023-004 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3252/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3252/2020 saylı, xx.xx.2020ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası Sumqayıt Kompressorlar ASC-dən tələb edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2(060)-597/2022 saylı icra vərəqəsindən görünür ki, 01 yanvar 2009-cu ildən 18 sentyabr 2019-cu il tarixinədək olan dövrə ödənilməmiş 35677 (otuz beş min altı yüz yetmiş yeddi) manat 76 (yetmiş altı) İ qəpik peşə xəstəliyi ilə əlaqədar müavinət cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı X4 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası Sumqayıt Kompressorlar ASC-dən tələb edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6778/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6778/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədi üzrə tələbin könüllü icrası Sumqayıt Kompressorlar ASC-dən tələb edilmişdir. İş materiallarında olan 2-1733-2005 saylı Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh "xxxx" ASC-dən 10544325 manat pul vəsaiti tutularaq iddiaçı Tahir Həşimova ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2005-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2-1733 saylı, xx.xx.2005-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2-1733 saylı, xx.xx.2005-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası Sumqayıt Kompressorlar ASC-dən tələb edilmiş, Şəxs isə xx.xx.2025-ci il tarixində bildirşə imza atmışdır. İş materiallarında olan 2-91-2006 saylı Sumqayıt Şəhər Məhkəməsinin qiyabi qətnaməsindən görünür ki, “Əmək haqqı borcu kimi 300 (üç yüz) memat, əmək haqqının gecikdirilməsinə görə Ödənc kimi 1.485 (min dörd yüz səksən beş) manat 30 (otuz) qəpik, zərərin əvəzi kimi 822, səkkiz yüz iyirmi iki) manat, cəmi 2.607 (iki min altı yüz yeddi manat 30 (otuz) qəpik məbləğində pul "xxxx" ASC-dən aknaraq X2 veriməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2-91 saylı, xx.xx.2006-cı il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2-91 saylı, xx.xx.2006-cı il tarixli icra sənədi üzrə tələbin könüllü icrası Sumqayıt Kompressorlar ASC-dən tələb edilmiş, Şəxs isə xx.xx.2025-ci il tarixində bildirşə imza atmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2-1(85)-2691 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2-1(85)-2691 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası Sumqayıt Kompressorlar ASC-dən tələb edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6778 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6778 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbin könüllü icrası Sumqayıt Kompressorlar ASC-dən tələb edilmişdir. İş materiallarında olan X5 izahatından görünür ki, sözügedən icra sənədlərindən məlumatı olmamış, yalnız 2024-cü ilin sentyabr ayından idarə heyətinin sədri seçildiyini bildirmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, hazırda ASC-nin idarə heyətinin sədridir. Sözügedən icra sənədlərindən izahatı alındığı gün, yəni xx.xx.2025-ci il tarixində məlumatı olmuşdur. Vəzifəsinin icrasına yeni başladığından borclar barədə müfəssəl məlumatının olmadığını, müəssisənin işə başlayıb gəlir edilən zaman icra sənədi üzrə tələbi yerinə yetirəcəyini bildirmişdir. Digər izahtında isə icra sənədini həmin günədək icra etməməsinin səbəbi kimi müəssisənin işləmədiyini və gəlir olmaması ilə əsaslandırmışdır. İş materiallarında olan elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan görsənir ki, Şəxs Sumqayıt Kompressorlar ASC-nin rəhbəri kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının İXM-in 17-ci maddəsinin qeyd hissəsində vəzifəli şəxs hesab edilən şəxslərin dairəsi göstərilmiş, S.İslamın "xxxx" ASC-dəki idarə heyətinin sədri vəzifəsini, müəssisənin təşkilati-sərəncamverici vəzifəsi olaraq qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Şəxs 2024-cü il oktyabr ayında "xxxx" ASC-nin idarə heyətinin sədri seçildikdən sonra kiyafət qədər vaxt keçməsinə, həmçinin icra məmuru tərəfindən rəhbərlik etdiyi hüquqi şəxsin borcları barədə əlavə olaraq xx.xx.2025-ci ildə xəbərdar edilməsinə baxmayaraq ASC-nin idarə heyətinin sədri kimi borcların ödənilməsi istiqamətində hər hansı fəaliyyət həyata keçirməmişdir. ASC-nin fəaliyyət göstərməməsi, balansında hər hansı əmlakın olmaması, gəlir əldə etməməsi, ASC-nin idarə heyətinin sədri vəzifəsini həyata keçirən Şəxs məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Qanunvericiliyinə əsasən cəmiyyətin icra orqanın rəhbəri cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlərin həlli səlahiyyətinə malikdir. Şəxs cəmiyyətə qarşı pul tələbinə malik olan şəxslərin pul tələblərini əvəzləşdirməklə və cəmiyyətin səhmdarı olmaqla (əlavə buraxılmış səhmləri əldə etməklə) cəmiyyətin səhmlərini ödəmək vəzifəsindən azad olunması istiqamətində ümumi yığıncağın çağırılması üçün hər hansı hərəkət etməmişdir. ( AR MM-in 103.4-1, 106-1.6) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, icra sənədini icra etməməsi və icra idarəsində gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1250 (bir min iki yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-425/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-425/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver