Məhkəmə qərarları › İş №3(060)-427/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-427/2021

11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-427/2021 11.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyilə, qərardan şikayət vermiş şəxs X7 nümayəndəsi və vəkili Vəkil, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X14 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin 000254 №li, 21 noyabr 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X9 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin 000254 №li, 21 noyabr 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Şikayətə göstərilmişdir ki, 2019-cu ildə asanpay.az saytında adına 3000 manat cərimə olduğunu görüb vəkilə müraciət edərək səlahiyyətli nümayəndəsi vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti tərəfindən 10 fevral 2020-ci il tarixdə müraciətlər əsasında onlara cavab verilmiş və belə bir protokol və qərar olması barədə məlumatlandırılmışlar. Təqdim olunmuş qərar və protokolda belə hansısa səbəbdən ikinci səhifələr olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-520/2020 saylı 18 iyun 2020-ci il tarixli qərarı ilə X9 tərəfindən verilən şikayət təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-520/2020 saylı 18 iyun 2020-ci il tarixli qərarından X7 nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-493/2020 saylı 27 noyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2020-ci il tarixli 3(060)-520/2020 saylı qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün 03.02.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. Şikayətə baxılması 12 fevral 2021-ci il tarixə yəyin olunmuş, Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-493/2020 saylı 27 noyabr 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyə uyğun olaraq sübutların təqdim olunması ilə bağlı X22 Xidmətinə sorğu verilmiş, sorğuya cavab verilməsi ilə bağlı və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadığı üçün işin baxılması 02 mart 2021-ci il tarixə təxirə salınmışdır. 02 mart 2021-ci il tarixdə sorğuya cavab gəlmədiyindən və qərardan şikayət vermiş şəxs və onun nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən işin baxılması 11 mart 2021-ci il tarixə təxirə salınmışdır. 11 mart 2021-ci il tarixli məhkəmə iclasında qərardan şikayət vemiş şəxs X7 nümayəndəsi və vəkili Vəkil şikayətini müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, X22 Xidmətinin X9 barəsində qəbul etdiyi 000254 №li, 21 noyabr 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından məlumatsız olmuşdurlar. Nə inzibati protokol tərtib edilərkən, nə də ki qərar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun məlumatlandırılmamışlar. Yalnız 2019-cu ildə asanpay.az saytında X7 adında 3000 manat cərimə olduğunu görmüşlər. Həmin qərarın icrası bu günə kimi onlardan tələb edilməmişdir. Mübahisəli qərarın əldə edilməsi üçün X22 Xidmətinə müraciətlər edilsə də, onlara belə bir protokol və qərar olması barədə bildirilmiş, ancaq təqdim olunmuş qərar və protokolda hansısa səbəbdən ikinci səhifələr olmamışdır. İş üzrə mübahisəsiz qaydada müəyyən olunur ki, protokol və qərar onun iştirakı olmadan baxılmışdır. Belə ki, inzibati protokolu tərtib edən şəxslər ünvanına hər hansı bildiriş göndərməmişdir. Digər bir tərəfdən 06 oktyabr 2017-ci il tarixdə yoxlama aktı tərtib olunmuş, barəsində protokol isə 10 noyabr 2017-ci il tarixdə tərtib olunmuşdur. Qərardan şikayət vemiş şəxsin nümayəndəsi və vəkili Vəkil şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X28 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin Əmək X3 tərəfindən Bakı şəhəri, Babək prospekti, Y. Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələrinin kəsişməsində yerləşən “xxxx” MTK-ya məxsus tikinti sahəsində monitorinq aparılmışdır. Monitorinqin nəticələri ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 12.10.2017-ci il tarixli, **********06 nömrəli məktuba və əlavə olunmuş sənədlərə X22 Xidmətində baxılmış və inzibati xəta əlamətləri olması müəyyən edilmişdir. İşə baxılması zamanı iştirak etməsi məqsədilə fiziki şəxs X2 Əmək Müfəttişliyinə dəvət olunmuşdur. Fiziki şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin qeyd olunan tarixlərdə işə baxılması üçün X22 Xidmətinə gəlməməsi və ya işə baxılmasının təxirə salınması barədə vəsatət verməməsi səbəbilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə uyğun olaraq işə fiziki şəxsin iştirakı olmadan baxılmış və inzibati tənbeh vermə haqqında 21 noyabr 2017-ci il tarixli, 000254 saylı qərar qəbul edilmişdir. Müvafiq qeydiyyat sənədlərinə əsasən deyir ki, həqiqətən də hazırda mübahisələndirilən 21 noyabr 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar mövcuddur. Lakin həmin qərarı və həmin qərarın qəbul edilməsinə əsas olan inzibati xəta haqqında protokolu və digər aidiyyəti sənədləri məhkəməyə təqdim edə bilmir. Çünki həmin sənədlər X22 Xidmətində olmalıdır, amma üstündən 3 ildən artıq müddət keçdiyinə görə tapa bilmirlər. X6 qeyd olunanların nəzərə alınmaqla şikayətin əsassız və qanunsuz olduğu üçün təmin olunmaması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə qərardan şikayət vemiş şəxsin nümayəndəsi və vəkilinin, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, hazırki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-493/2020 saylı 27 noyabr 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mətni tam olmayan mübahisəli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin rəis müavini X20 tərəfindən fiziki şəxs X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 21 noyabr 2017-ci il tarixdə 000254 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin X8 nümayəndəsi və müdafıçisi Vəkil ünvanlanan 23.01.2020-ci il tarixli **********5 №-li məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin Əmək X3 tərəfindən Bakı şəhəri, Babək prospekti, Y.Əliyev keçəsi, Nobel prospekti və İ.Rüstəmov küçələrinin kəsişməsində yerləşən “xxxx” MTK-ya məxsus tikini sahəsində monitorinq aparılmışdır. Monitorinqin nəticələri ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 12.10.2017-ci il tarixli, **********06 nömrəli məktuba və əlavə olunmuş sənədlərə X22 Xidmətində baxılmış və inzibati xəta əlamətləri olması müəyyən edilmişdir. İşə baxılması zamanı iştirak etməsi məqsədilə fiziki şəxs X10 23 oktyabr 2017-ci il, 8 noyabr 2017-ci il və 21 noyabr 2019-cu il tarixlərində X13 dəvət olunmuşdur. Fiziki şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin qeyd olunan tarixlərdə işə baxılması üçün X22 Xidmətinə gəlməməsi və ya işə baxılması üçün X27 Xidmətinə gəlməməsi və ya işə baxılmasının təxirə salınması barədə vəsatət verilməməsi səbəbilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə uyğun olaraq işə fiziki şəxsin iştirakı olmadan baxılmış və inzibati tənbeh vermə haqqında 21 noyabr 2017-ci il tarixli, 000254 saylı qərar qəbul edilmişdir. İş materiallarından olan “Qeyri-rəsmi X4nə dair statistika” cədvəlindən müəyyən olunur ki, X8 3 işçisi X11, X15 və X16 əmək müqaviləsi və ya mülki(xidməti) müqavilə olmadan işə cəlb edilmişdir. İş materiallarında olan AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 00015 nömrəli, 06 olktyabr 2017-ci il tarixli yoxlama aktından və ona əlavə edilmiş arayışdan görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativində X25 X1 əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edildiyi aşkarlanmışdır. İş materiallarında olan 13.11.2017-ci il tarixli **********6 №-li bildirişdən müəyyən olunur ki, X10 barəsində tərtib edilmiş 10 noyabr 2017-ci il tarixli 00028 nömrəli protokola əsasən inzibati xəta haqqında işə baxılması ilə əlaqədar X19 Xidmətinə dəvət olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.4-cü bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 469.2ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X8 təqsirliliyinin əsasında yalnız bir sübut, iş materiallarında olan AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 00015 nömrəli, 06 olktyabr 2017-ci il tarixli yoxlama aktı və ona əlavə edilmiş arayış durur. Yoxlama aktı və arayış işə tam olmamaqla yanaşı, kim tərəfindən imzalandığı, kimlərin iştirak etməsi və hansı sübutlara (şahidlər, video çəkiliş və sairə) əsaslanması öz əksini tapmamışdır. Belə ki, inzibati xəta törədilməsi faktının müəyyənləşdirilməsi yeganə sübuta əsaslanırsa, bu sübut mötəbər olmalı, mübahisə predmeti olmamalı, işin bütün gerçəkliklərini özündə əks etdirməli, bütün qanunlara və qaydalara uyğun aparılmalı, obyektivliyi şübhə doğurmamalıdır. İnzibati xəta materiallarında olan yeganə sübut Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X25 X3 tərəfindən keçirilmiş səyyar monitorinq barədə yoxlama aktı və ona uyğun tərtib olunmuş arayışın məzmunundan belə qənaətə gəlmək mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X25 X3 tərəfindən keçirilmiş səyyar monitorinq barədə yoxlama aktının əsli və ya təsdiq edilmiş sürəti məhkəməyə təqdim edilməsi ilə bağlı 12 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 xidmətinə sorğu ilə müraciət olunsa da lakin, sözü gedən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X28 isə məhkəmə iclasında iştirak edərkən qeyd olunan sənədləri məhkəməyə təqdim edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.4 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X9 tərəfindən verilmiş şikayət təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin X9 barəsindəki inzibati xəta haqqında iş üzrə qəbul etdiyi 21 noyabr 2017-ci il tarixli 000254 №li qərarı ləğv edilsin və X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar