Məhkəmə qərarları › İş №3(060)-428/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-428/2022

02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-428/2022 02.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs - "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndələri X4 və X1 Mütəxəssis – X6 iştirakları ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xəta haqqında 03 fevral 2022-ci il tarixli, EP seriyalı ******* nömrəli protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ''MAKSİMUS'' Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) – (bundan sonra mətndə ''MAKSİMUS'' MMC) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" MMC 2500000.00 (iki milyon beş yüz min) ABŞ dolları məbləğində olan vəsaiti 10 dekabr 2019cu il tarixində xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 244487.34 (iki yüz qırx dörd min dörd yüz səksən yeddi) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 11 dekab 2021-ci il tarixində hüquqi şəxsin ünvanında törədilmişdir. "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, 08.02.2022-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən "xxxx" MMC-nin nümayəndəsi və vəkili X10 izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd olunmuş 2 500 000 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" MMC ilə Türkiyə Respublikasının "xxxx" Şirkəti arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən sonuncunun hesabına köçürülmüşdür. "xxxx" Şirkəti ilə "xxxx" MMC arasında uzunmüddətli biznes tərəfdaşlıq əlaqələri mövcuddur, həmin şirkətlə müxtəlif tarixlərdə müqavilələr bağlayaraq onlardan inşaat malları əldə edib. Hazırda da bu şirkətlə biznes əlaqələri davam edir. "xxxx" Şirkəti ilə bağladıqları alqı-satqı müqavilələr üzrə öhdəliklərini adətən vaxtında və lazimi qaydada yerinə yetirmişdir. Lakin son dövrdə bütün dünyanı bürümüş və 2020-ci ilin mart ayında X5 tərəfindən pandemiya elan edilmiş COVİD-19 koronavirus infeksiyasının yayılması və bununla əlaqədar bütün dövlətlərdə müvafiq məhdudiyyətlərin tətbiq edilməsi nəticəsində istehsalın azalması, logistik zəncirlərin qırılması, malların çatdırılmasında çətinliklərin yaranması və s. səbəblərindən "xxxx" Şirkəti müqavilə öhdəliklərini lazımi qaydada icra edə bilməmişdir. Məhz bu səbəbdən də "xxxx" MMC-nin müqavilə üzrə avans şəklində "xxxx" Şirkətinin hesabına köçürdüyü pul vəsaitinin bir hissəsi sonuncu tərəfindən geri qaytarılmışdır. "xxxx" Şirkəti ilə "xxxx" MMC arasında 17.08.2018-ci il tarixində 006/18 nömrəli alqı-satqı müqaviləsi (alqı-satqı predmeti olan malların ümumi dəyəri 2 000 000 ABŞ dolları), 19.11.2019-cu il tarixində isə 01/19 nömrəli alqı-satqı müqaviləsi (müqaviləyə əlavə olunan 30.11.2019-cu il tarixli Əlavə sazişlərlə birlikdə alqı-satqı predmeti olan malların ümumi dəyəri 5 200 000 ABŞ dolları) bağlanmışdır. 17.08.2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC (Alıcı) tərəfindən "xxxx" Şirkətinin (Satıcınm) hesabına hələ həmin tarixdə avans şəklində 2 000 000 ABŞ dolları məbləğində vəsait köçürülmüş, İakin Satıcı tərəfindən "xxxx" MMC-nin o dövrdə inşaat mallarına tələbatını nəzərə alaraq müqavilə ilə nəzərdə tutulmuş məbləğdən 474 035,3 ABŞ dolları artıq, yəni 2 474 035,3 ABŞ dolları məbləğində mal göndərilmişdir. 19.11.2019-cu il tarixli müqaviləyə əsasən 20.11.2019-cu il tarixində 200 000 ABŞ dolları, 09.12.2019-cu il tarixində 2 400 000 ABŞ dolları və 10.12.2019-cu il tarixində 2 500 000 ABŞ dolları olmaqla ümumilikdə 5 100 000 ABŞ dolları məbləğində vəsait Alıcı tərəfindən Satıcının hesabına köçürülmüşdür. Həmin vəsait müqabilində ümumilikdə 1 213 129,36 ABŞ dolları məbləğində mal idxal edilmişdir. Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və biznesə göstərdiyi mənfi təsiri səbəbindən Satıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra edə bilmədiyinə görə yuxarıda qeyd olunan vəsaitin bir hissəsi - 3 713 644 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" Şirkəti tərəfindən "xxxx" MMC-nin hesabına geri qaytarılmışdır. Beləliklə, hər iki müqavilə üzrə ümumilikdə 3 687 164,66 ABŞ dolları məbləğində mal idxal edilmişdir. Yuxarıda qeyd olunan bütün məlumat rəsmi bank sənədləri və gömrük bəyannamələri ilə tam təsdiq olunur. Lakin müvafiq gömrük bəyannamələrinin ASC “Xalq” Bankına təqdim edilməsinə baxmayaraq idxal olunan malların bir hissəsi (ümumi dəyəri 545 296 ABŞ dolları olan) müvəkkil bank tərəfindən nəzərə alınmamışdır və ödəniş əməliyyatına dair sənədlər İnzibati Xətalar Məcəlləsinin 430,4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün Mərkəzi Banka göndərilmişdir. Beləliklə, 18.12.2021-ci tarixinə "xxxx" MMC-nin 17.08.2018-ci il tarixli 006/18 Ns-li alqı-satqı müqaviləsi üzrə idxal etdiyi mallara görə "xxxx" Şirkətinə 474 035,3 ABŞ dolları məbləğində borcu yaranmışdır. Eyni zamanda həmin tarixə "xxxx" Şirkətinin 19.11,2019-cu il tarixli 01/19 Ns-li alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC qarşısında 173 226,64 ABŞ dolları məbləğində icra olunmamış öhdəliyi mövcud olmuşdur. Odur ki, "xxxx" Şirkəti "xxxx" MMC-yə müraciət edərək, sonuncu müqavilə üzrə onların qarşısında icra olunmamış öhdəliyinin məbləğini eyni tərəflər arasında bağlanmış eyni məzmunlu əvvəlki (17.08.2018-ci il tarixli 006/18 Nsli alqı-satqı müqaviləsi) müqavilə üzrə "xxxx" MMC onlara olan borc məbləğindən (474 035,3 ABŞ dolları) çıxılaraq əvəzləşdirilməsini təklif etmişdir. Təbii ki, "xxxx" MMC "xxxx" Şirkətinin bu təklifini qəbul etmiş və belə əvəzləşdirmədən sonra belə bizim "xxxx" Şirkətinə 300 808,66 ABŞ dolları (474 035,3 - 173 226,64 = 300 808,66) məbləğində borcu qalmışdır. Göründüyü kimi, "xxxx" MMC tərəfindən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin hamısı pul və ya idxal olunmuş mal şəklində xaricdən geri qaytarılmışdır. Yəni, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanın ümumi obyekti olan iqtisadi fəaliyyət, bilavasitə obyekti isə valyuta tənzimi və valyuta nəzarəti sahəsində yaranan ictimai münasibətlərə heç bir zərər vurulmamışdır. Lakin "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib etmiş Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi yuxarıda qeyd olunan halları nəzərə almamışdır. Bundan əlavə, xaricdən ölkəyə geri qaytarılmamış valyuta vəsaitinin məbləği hesablanarkən 30.04.2021-ci il tarixində idxal olunmuş 6 385,35 ABŞ dolları dəyərində (30.04.2021-ci il tarixli **********2799 Ns-li gömrük bəyannaməsi) və 17.12,2021 -ci iltarixində idxal olunmuş 64 875,35 ABŞ dolları dəyərində (17.12.2021-ci il tarixli **********5138 N-li gömrük bəyannaməsi) olan mallar nəzərə alınmamışdır. Ona görə də, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən "xxxx" MMC-nin nümayəndəsi X3 vəkili X4 izahatına oxşar izahat vermişdir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X11 bildirdi ki, ölkəyə idxal olan mallar üzrə YGB-lər və ölkədən çıxan pul vəsaitlərinin izlənilməsii vahid sistemdə olduğu üçün "xxxx" MMC tərəfindən heç bir dəyişiklik edilə bilməz. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş X8 görünür ki, "xxxx" MMC ilə “HASANOĞULLARİ” İNŞAAT şirkəti arasında 2018 və 2019-ci illərdə bağlanmış müqavilələr üzrə xaricə köçürülmüş və geri qaytarılmış pul məbləğləri və YGB-ləri müqayisəli təhlil etdikdə aydın olur ki, xaricə köçürülən puldan artıq, daha dəqiq 474 035,3 ABŞ dolları məbləğində ölkəyə mal idxal olunmuşdur. Lakin bank tərəfindən həmin mallar nəzərə alınmamışdır. İş materiallarına əlavə edilmiş “XalqBank” tərəfindən verilmiş 01.03.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin “HASANOĞULLARİ” İNŞAAT şirkəti arasında bağlanmış 006/18 saylı 17.08.2018-ci il tarixli 2.000.000 US D məbləğində olan müqaviləyə əsasən 2.000.000 USD (iki milyon ABŞ dolları sıfır sent) və 001/19 saylı 19.11.2019-cu il tarixli 5.200.000 USD məbləğində olan müqaviləyə əsasən isə 5.100.000 USD (beş milyon yüz min ABŞ dolları) ödənilmişdir. Bu köçürmələr üzrə 3.713.644.00 (üç milyon yeddi yüz on üç min altı yüz qırx dörd ABŞ dolları sıfır sent) məbləği "xxxx" MMCnin hesabına geri qaytarılmış, 3.141.868.66 USD (üç milyon yüz qırx bir min səkkiz yüz altmış səkkiz ABŞ dolları, altmış altı sent) məbləği isə əlavə 1-də qeyd olunan YGB-lər əsasında bağlanmışdır. Məktuba əlavə edilmiş cədvəldən görünür ki, 26.02.2019-cu il tarixli 5647.64 USD, 15.03.2019-cu il tarixli 3962.0 USD, 19.03.2019-cu il tarixli 5308.90 USD, 19.03.2019-cu il tarixli 6984.50 USD, 25.03.2019-cu il tarixli 8302.90 USD, 04.04.2019-cu il tarixli 6451.50 USD, 04.04.2019-cu il tarixli 5126.87 USD, 06.04.2019-cu il tarixli 8725.70 USD, 06.04.2019-cu il tarixli 9852.10 USD, 08.04.2019-cu il tarixli 7531.60 USD, 22.04.2019-cu il tarixli 2399.60 USD, 26.04.2019-cu il tarixli 6688.50 USD, 27.04.2019-cu il tarixli 3736.00 USD, 29.04.2019-cu il tarixli 9277.60 USD, 04.05.2019-cu il tarixli 7431.30 USD, 04.05.2019-cu il tarixli 6710.15 USD, 04.05.2019-cu il tarixli 907.00 USD, 08.05.2019-cu il tarixli 108450.00 USD, 10.05.2019-cu il tarixli 12971.25 USD, 10.05.2019-cu il tarixli 11442.00 USD, 10.05.2019-cu il tarixli 20733.94 USD, 10.05.2019-cu il tarixli 29687.00 USD, 13.05.2019-cu il tarixli 58592.10 USD, 13.05.2019-cu il tarixli 17831.96 USD, 14.05.2019-cu il tarixli 60676.40 USD, 14.05.2019-cu il tarixli 3701.05 USD, 14.05.2019cu il tarixli 1847.85 USD, 16.05.2019-cu il tarixli 5988.00 USD, 16.05.2019-cu il tarixli 11826.80 USD, 17.05.2019-cu il tarixli 8795.50 USD, 29.05.2019-cu il tarixli 13866.00 USD, 29.05.2019-cu il tarixli 2070.80 USD, 30.04.2021-ci il tarixli 6385.35 USD, 18.12.2021-ci il tarixli 64875.35 USD dəyərində mallar ölkəyə idxalı üzrə YGB nömrələri ilə qeydə alınsa da, "xxxx" MMC-nin “HASANOĞULLARİ” İNŞAAT şirkətinə köçürdüyü pulun əvəzi kimi nəzərə alınmamışdır. İş materillarından görünür ki, “HASANOĞULLARİ” İNŞAAT şirkətinin "xxxx" MMC-yə göndərdiyi ümumilikdə YGB ilə 3687164.66 ABŞ dolları dəyərində mal ölkəyə idxal olunsa da, bank tərəfindən ödənilmiş məbləğ kimi 3141868.66 ABŞ dolları qeydə alınmışdır. İş materaillarına “HASANOĞULLARİ” İNŞAAT şirkətinin "xxxx" MMC-yə ünvanladığı elektron yazışmanın surətindən görünür ki, 2019-cu ildə bağlanmış müqavilə üzrə bank vasitəsi ilə onların şirkətinə köçürülən pulların müqabilində malların göndərilməsində çətinliklər yarandığından əvvəlki 2018-ci il üzrə bağlanmış müqavilədən "xxxx" MMC-nin HASANOĞULLARİ” İNŞAAT şirkətinə qalan 474.035 ABŞ dolların borcundan 173.427 ABŞ dolları məbləğinin əvəzləşdirilməsini xahiş etmişdir. Beləliklə, “HASANOĞULLARİ” İNŞAAT şirkəti öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmiş, "xxxx" MMC tərəfindən ölkədən əvəzsiz olaraq valyutanın çıxarılması iş materialları ilə öz təsdiqini tapmamışdır. İş materiallarında olan 03.02.2022-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda 2500000.00 (iki milyon beş yüz min) ABŞ dolları məbləğində olan vəsaiti 10 dekabr 2019-cu il tarixində xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 244487.34 (iki yüz qırx dörd min dörd yüz səksən yeddi) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etmədiyi qeyd olunsa da, “Xalq Bank” tərəfindən məhkəməyə təqdim olunmuş məktubdan və tədqiq edilən sənədlərdən görünür ki, ümumilikdə YGB ilə 3687164.66 ABŞ dolları məbləğində ölkəyə mal idxal olmuşdur. Lakin, bank tərəfindən 3141868.66 ABŞ dolları məbləğində ödəniş qeydə alınmışdır. Bununla da "xxxx" MMC-nin xaricə göndərilmiş (“HASANOĞULLARİ” İNŞAAT şirkəti) pul vəsaitindən daha çox dəyərdə mal ölkəyə idxal edildiyi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X13 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Məhkəmə inzibati işin materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki iş materiallarından da göründüyü kimi "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs "xxxx" MMC barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: AZ5000, Sumqayıt şəhəri, ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar